Azərbaycan–Gürcüstan sərhədi — Azərbaycan və Gürcüstan arasında dövlət sərhəddinin uzunluğu 428 km-dir. Qərbdə Ermənistanla sərhəd qovşağından şərqdə Rusiya ilə sərhəd qovşağına qədər uzanır[1].
Azərbaycan–Gürcüstan sərhədi | |
---|---|
Xüsusiyyətləri | |
Dövlətlər | |
Uzunluğu |
|
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan-Gürcüstan sərhədi qərbdən Ermənistanla sərhəddən başlayır və Candargöl gölünü keçərək cənub-şərq istiqamətində uzanır. Bir qədər sonra Azərbaycanın Mingəçevir su anbarının ətrafından şimal-şərqə doğru qalxır. Sonra sərhəddin bir hissəsi Qanıxçayın yatağını təşkil edir. Əvvəlcə şimal-şərqə, daha sonra şimal-qərb istiqamətində gedir. Bundan əlavə sərhəd Şromis-Xevi su axını ilə şimala doğru keçir. Burada Azərbaycanın Yeni-Şərif kəndi ərazisində Matsinis-Tskali çayına şərqə bir dönüş və sonuncunun mənbəyində Rusiya ilə sərhəd qovşağına çatır.
XIX əsrdə tənəzzülə uğrayan Qafqaz bölgəsi Osmanlı, Qacar dövləti və Rusiya İmperiyası arasında hərbi poliqona çevrilmişdi[2]. Rusiyanın cənub istiqamətində genişlənən genişlənən hərbi müdaxiləsi vardı. Rusiya 1801-ci ildə Şərqi Gürcüstanı (Kartli-Kaxetiya çarlığını), daha sonra 1804-cü ildə Qərbi Gürcüstan (İmeretiya çarlığını) rəsmən ilhaq etdi. 1800-cü illər ərzində Rusiya İran və Osmanlı imperatorluğu hesabına cənub sərhədlərini daha cənuba doğru itələdi. Rusiya-İran müharibəsi (1804-1813) və ondan sonrakı Gülüstan müqaviləsi nəticəsində Rusiya indiki Azərbaycan ərazilərinin çox hissəsini və Ermənistanın bir hissəsini ələ keçirir[3][4]. Səlahiyyətlilər Gürcüstan və Azərbaycan ərazilərini Tiflis, Kutaisi, Bakı və Yelizavetpol quberniyalarına çevirdilər.
Rusiyada 1917-ci il inqilabından sonra Cənubi Qafqaz xalqları 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasını elan etdilər və Osmanlı ilə sülh danışıqlarına başladılar[5][6]. Daxili fikir ayrılıqları Gürcüstanın 1918-ci ilin mayında federasiyadan ayrılmasına, daha sonra isə bunun Ermənistan və Azərbaycan tərəfindən izlənilməsinə səbəb olur. Üç respublika arasındakı sərhədlər mübahisəli olaraq qalır. Azərbaycanla Gürcüstan arasındakı fikir ayrılıqları bir zamanlar keçmiş Tiflis vilayətinin bir hissəsi olan Zaqatala mahalının (Zaqatala) ərazisinə aid idi[7]. Sovet Rusiyası 1920-ci il Moskva Müqaviləsinə əsasən Gürcüstanın müstəqilliyini tanıyır. Zaqatala üzərindəki Gürcüstan suverenliyini də tanıdıqda, bu addım Azərbaycan hökumətinin etirazına səbəb olur[8]. 1920-ci ilin mayında Rusiyanın təşkil edilən komisiyya sərhədin bu bölgənin taleyini həll edəcəyinə qərar verir. Sərhədin böyük bir hissəsi, 12 iyun 1920-ci ildə Zaqatala ilə bağlı qərarın Rusiyanın rəhbərlik etdiyi bir komissiya tərəfindən verilməsi ilə aparılan sülh danışıqlarında razılaşdırılır[9]. 1920-ci ildə Sovet ordusu, hər iki ölkənin müstəqilliyinə son qoyaraq Azərbaycan və Ermənistanı işğal edir. Daha sonra 1921-ci ilin fevral-mart aylarında Gürcüstan ərazisinə daxil olur. 5 iyul 1921-ci ildə RSFSR, Azərbaycan-Gürcüstan sərhədinin mübahisəli hissələrinin dəyişməz qalacağını və Zaqatalanın Azərbaycana veriləcəyini təsdiqləyir və bu razılaşma nəhayət 15 noyabr 1921-ci il tarixli razılaşma ilə təsdiqlənir. 1922-ci ildə hər üç dövlət SSRİ-nin bir hissəsi olaraq Zaqafqaziya SFSR-yə daxil edilir. 1936-cı ildə isə federasiya yenidən bölünür.
Sərhəd 1991-ci ildə SSRİ-nin dağılmasından və üzv respublikaların müstəqillik əldə etməsindən sonra dövlət sərhəddinə çevrilir. 1994-cü ildə sərhədlərin delimitasiyası üzərində iş başlayır, lakin tərəflərin iddialarının qismən üst-üstə düşməsi səbəbindən bu istiqamətdə irəliləyiş yavaş gedir[10]. Xüsusilə qızğın mübahisələr birbaşa sərhəddə yerləşən, gürcülər üçün müqəddəs olan Keşikçidağ monastır kompleksi üzərində alovlandr[11]. Gürcüstanda xüsusən Kvemo-Kartli bölgəsinin cənub bələdiyyələrində cəmlənmiş xeyli azərbaycanlı var[12][13]. Azərbaycanda Qax rayonu ərazisində cəmləşən bir gürcü azlığı vardır. Bunlar ingiloylardır[14][15][16].
Qırmızı Körpü ətrafındakı sərhədin bir hissəsi Azərbaycan tərəfindən Ermənistanın Gürcüstandakı xaosdan istifadə edərək ərazisinə zərbə vurmaq üçün istifadə edəcəyindən qorxduğu üçün 1990-cı illərdəki Qarabağ müharibəsi zamanı minalanmışdır.
İkinci Şıxlı (Azərbaycan) - Tsiteli (Gürcüstan)[17]
Balakən (Azərbaycan) - Laqodexi (Gürcüstan)[17], Mazımçay kəndin yaxinliğinda.
İki keçid məntəqənin gün ərzində nəqliyyat vasitələrin buraxma qabiliyyəti 1000 nəqliyyat vasitədir[18].