Azərbaycan Şahmat Federasiyası və ya qısaldılmış adı ilə AŞF — Azərbaycanda şahmata nəzarət edən rəsmi qurum.
Azərbaycan Şahmat Federasiyası AŞF | |
---|---|
Növü | İdman Federasiyası |
Yaranma tarixi | 1920 (1992) |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi | Xaqani küçəsi 1, Bakı, Azərbaycan |
Sədr | Mahir Məmmədov |
Üzvləri | 1000+ (2012) |
asf.org.az |
1920-ci ildə Sovetlər Birliyi dövründə, Azərbaycan Şahmat Federasiyası yaradıldı. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə Azərbaycan Şahmat Federasiyası, Beynəlxalq Şahmat Federasiyası (FIDE)-ye üzv olmuşdur.
2002-ci ildə Bakıda Avropa çempionatı, 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında gənclər arasında dünya çempionatı keçirilmişdir. Azərbaycan şahmatçıları dünya və Avropa çempionatların da 33 qızıl, 25 gümüş, 24 bürünc medal qazanmışlar. 2007–2010 illərdə Bakıda bir neçə beynəlxalq yarış, qadınlar arasında beynəlxalq şahmat turniri, Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Qran-pri", "Prezident kuboku" beynəlxalq turnirləri, "Bakı Open — 2010" yarışları keçirilmişdir.
2007-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankın sədri Elman Rüstəmov federasiyanın prezidenti seçilmişdir. 2021-ci ildən federasiya prezidenti Mahir Məmmədovdur.