Taleh Məhəmməd oğlu Ziyadov — "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru. 18 mart 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru vəzifəsinə təyin edilib.[1] 8 dekabr 2021-ci ildə səsvermə nəticəsində Azərbaycan Badminton Federasiyasının yeni prezidenti seçilib.[2]
Taleh Ziyadov | |
---|---|
Vəzifədədir | |
18 mart 2015-ci ildən | |
Əvvəlki | vəzifə təsis edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1977 |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | nəqliyyat, logistika |
Taleh Ziyadov 1977-ci ildə Bakı şəhərində anadan olub. O, 2002-ci ildə bakalavr təhsilini ABŞ-ın Beloit Kollecində Biznesin idarə edilməsi üzrə alıb. 2005-ci ildə bakalavr təhsilini başa vurduqdan sonra elə həmin ildə ABŞ-ın Corctaun Universitetində Beynəlxalq Münasibətlər və Diplomatiya üzrə magistr dərəcəsi üzrə almışdır. 2015-ci ildə Böyük Britaniyanın Kembric Universitetində PhD dərəcəsini almışdır.
Ailəlidir, 3 övladı var.
2006–2007-ci illərdə Vaşinqtonda Azərbaycan Ticarət Palatasının icraçı direktorunun müavini vəzifəsində çalışıb.[3] 2008-ci ildən etibarən Taleh Ziyadov bir çox yerli özəl və dövlət şirkətlərinə, o cümlədən beynəlxalq qurumlara Azərbaycan və Mərkəzi Asiyada nəqliyyat və logistika məsələləri üzrə məsləhətlər verib və mühazirələr keçib.[4]
Azərbaycan Diplomatik Akademiyasının elmi işçisi və professoru olub. ADA-da dekanın akademik məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.
O bir sıra elmi araşdırmaların müəllifidir. Araşdırmalar əsasən Xəzər regionu və zəngin təbii sərvətlərə malik ölkələrdə nəqliyyat, logistika və energetika məsələlərini əhatə edir.[5]
Onun "Analysis of Current Events", "Central Asia-Caucasus Institute Analyst", "Eurasia Daily Monitor", "Turkish Policy Quarterly", "International Negotiation Journal", və "the Moscow Times" kimi nüfuzlu qəzet və jurnallarda araşdırmaları dərc olunub. O, Johns Hopkins Universiteti tərəfindən 2007-ci ildə dərc edilən Yeni İpək yolu: Böyük Mərkəzi Asiyada Nəqliyyat və Ticarət kitabında Azərbaycanın Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rolu barədə fəsli yazıb.