Azərbaycan Kinosu Günü

Azərbaycan Kinosu GünüAzərbaycanda 2 avqust qeyd olunan kino işçilərin peşə bayrami.

Azərbaycan Kinosu Günü
Aleksandr Mişon tərəfindən çəkilən "Bibiheybətdə neft fontanı yanğını" filmindən kadr
Aleksandr Mişon tərəfindən çəkilən "Bibiheybətdə neft fontanı yanğını" filmindən kadr
Başlayır 18 dekabr 2000-ci il
Tarix 13 oktyabr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişonlentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil etmişdir. Həmin gün Azərbaycan milli kinonun yaranma günü sayılır.[1]

"Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda nef fontanı" 2001-ci ildə Azərbaycan Dövlət Film fondunun təşəbbüsü ilə Fransanın kino arxivindən Azərbaycana göndərilmiş və hazırda filmfondda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanılır.

18 dekabr 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Sərəncamı ilə avqustun 2-si tarixini kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edilib.[2]

  • Kazımzadə, A. Azərbaycanfilm: tarixin səhifələri: 2 avqust Azərbaycan Kinosu günüdür / A.Kazimzadə // Kaspi.- 2014.-2-4-avqust
  1. "AZƏRBAYCANDA KİNO SƏNƏTİNİN YARANMA TARİXİ. SƏSSİZ DÖVR (1920-1935)". www.azerbaijan.az. www.azerbaijan.az. 2018-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016.
  2. "Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2000 tarixli, 588 nömrəli Sərəncamı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.