Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi[1].
Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialı AMİ | |
---|---|
Əsası qoyulub | 13 iyun 2000 |
Bağlanıb | 24 iyul 2015 |
Şəhər | Salyan |
Ölkə |
Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı[2] ilə Salyan Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dayaq məntəqələri şəbəkəsinin yaradılması barədə 30 noyabr 2000-ci il tarixli əmri əsasında pedaqoji kadrların ixtisasının artırılması məqsədilə AMİ-də və filiallarında dayaq məntəqələrinin dislokasiyası yaradılmış və Salyan filialının dislokasiyasına Salyan, Əli Bayramlı, Neftçala və Hacıqabul rayonları daxil edilmişdir.
2001-ci ildə filialda "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" kafedrası, həmçinin müəllimlərin yenidən hazırlanması, ixtisasının artırılması və təkmilləşdirilməsi məqsədi ilə fakültələr yaradılmışdır.
2003/2004–cü tədris ilində ixtisasartırma təhsili üzrə 21 qrup fəaliyyət göstərmiş, 520 nəfər müdavim ixtisasını artırmışdır.
2003–cü ildə Tələbə Elmi Cəmiyyəti yaradılmışdır.
3 fevral 2006-cı ildə filialın nəzdində aşağıdakı kafedralar yaradılmışdır:
Filial Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmişdir.[3]