Azərbaycan Mədəniyyət Mərkəzi

Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) - əsas məqsədi azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya olunması, gənclərin təhsilə marağının artırılması, azərbaycanlıların mədəniyyətinin, tarixinin, ədəbiyyatının təbliğini aparan, Gürcüstanın Marneuli şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Mərkəz 2006-cı ildə indiki sədri Fazil Həsənovun Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Gürcüstan Respublikasının prezidenti Mixail Saakaşvilinin Marneulidəki görüşləri zamanı müraciətindən sonra yaranmışdır.

Azərbaycanlılarn Mədəniyyət Mərkəzinin nəzdində sistematik gürcü dilöyrətmə və kompüter kursları fəaliyyət göstərir. Eləcə də, mərkəzin nəzdində "Sarvan" folklor rəqs qrupu fəaliyyət göstərir. Qrupun bədii rəhbəri Cəmilə Məmmədovadır, xoreoqrafı isə Nino Lomidzedır. Qrupun repertuarında azərbaycan və gürcü milli rəqsləri var. Gürcüstanda yaşayan etnik azlıqlar (Gürcüstan, Ukrayna, Estoniya, Ermənistan və s) arasında keçirilən Global Peace Festivalda qrupun solisti Aygün Həsənova milli rəqs "Sarı gəlin"i ifa edərək 1 yer qazanmışdır. Bundan əlavə, "Open new world 2009" yarışmasının solo nominasiyasında "Sarı gəlin" rəqsi 1-lik qazanmışdır, qrup nominasiyasında isə "Nazilə" rəqsini ifa edərək Sarvan qrupu 2 yerə sahib olub.

Azərbaycanlıların Mədəniyyət Mərkəzi qəzet və jurnal nəşri ilə məşquldur. "Region press" qazeti artıq ayda 3 dəfə oxucuların qarşısına çıxır, qazetdə gənc qələmlərin yazılarına və hüquq məsləhətlərinə rublika ayrılıb. AMM-də elmi-kütləvi "Qarapapaqlar" dərgisi və rəngli "Meydan" jurnalı nəşr olunur.

Mərkəzdə Gürcüstanın və Azərbaycanın milli bayramları ilə yanaşı Azərbaycan tarixində olan qara səhifələr də qeyd edilir (20 yanvar, Xocalı faciəsi, 9 aprel və s.).

Tədbirlər geniş şəkildə ziyalıların və gənclərin iştirakı ilə qeyd edilir.

Humanitar yardım

[redaktə | mənbəni redaktə et]

Azərbaycanlılar yaşayan ucqar kəndlər üçün 6 bölgəyə bütün ləvazimatları ilə birgə xeyir-şər üçün çadır-palatkalar çatdırılıb. AMM-nin Gürcüstanın Qardabani, Bolnisi, Marneuli, Dmanisi bölgələrində Azərbaycanın Səhiyyə Nazirliyinin xətti ilə 6 nəfərdən həkim briqadası bir neçə gün ərzində imkansız xəstələri təmənnasız müayinədən keçiriblər.

Heydər Əliyev FondununAzərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun təşəbbüsü ilə milli bayramlarda uşaqlara, əllilərə, imkansızlara, eşitmə qabiliyətı zəif olanlara əlil arabaları, eşitmə aparatları və digər hədiyələr təqdim olunur.

Azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya olunması prossesində apardığı uğurlu fəaliyyətinə görə 2008-ci ildə Berlində Azərbaycanlıların Mədəniyyət Mərkəzi "Beynəlxalq Qobustan" mükafatına layiq görülmüşdür. 2009-cu ildə isə uğurlu ictimai fəaliyyətinə görə "Qızıl buta" mükafatı ilə təltif olunub.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]