Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti

Xəzər Hövzə Qəza-xilasetmə Xidməti-Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxildir.

Xəzər Hövzə Qəza-xilasetmə Xidməti
  • Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 19 aprel 2006
Ünvan Bakı
Rəhbərlik
Rəhbər Fuad Bağırov
Müavin Samir Orucov

Rəsmi saytı xhqx.fhn.gov.az

Xəzər Hövzə Qəza-xilasetmə Xidməti (XHQXX) Fövqəladə Hallar Nazirliyinin tərkibində önəmli yer tutan qurumlardan biridir. Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin sələfi olan “İxtisaslaşdırılmış Hövzə Qəza-xilasetmə Xidməti” 1959-cu ildən 1991- ci ilə qədər Xəzər Dəniz Gəmiçiliyinin, 1992-2006-cı illərdə isə Azərbaycan Respublikası Nazirlər kabinetinin tərkibində olmaqla dənizdə axtarış-xilasetmə, sualtı-texniki, 1980-cı ildən neft dağılmalarının ləğvi, 1983-cü ildən xilasedici-qoruyucu vasitələrin təmiri,yoxlanılması və sertifikatlaşdırılması işlərini həyata keçirmişdir.Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə Xidmət Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi strukturunun tərkibinə verilmiş və Fövqəladə Hallar Nazirliyinin 16 may 2008-ci il tarixli 049a nömrəli əmri ilə yenidən təşkil olunaraq, Əsasnaməsi və strukturu təsdiq edilmişdir.

Xəzər Hövzə Qəza-xilasetmə Xidməti Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sektorunda və digər sularda ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, dəniz-hidroloji və s.) və texnogen (neft-qaz hasilatı və emalı obyektlərində, quruda və sularda magistral boru kəmərlərində, dəniz və digər nəqliyyat növlərində, hidrotexniki qurğularda qəzalar, yanğınlar, partlayışlar və s.) xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində öz səlahiyyətləri daxilində idarəetmə, əlaqələndirmə və nəzarət üzrə dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edən və həyata keçirən, habelə quruda və sularda qəzaların baş vermə ehtimalı böyük olduqda, yaxud baş verdikdə neft və neft məhsullarının dağılması ilə əlaqədar yaranmış fövqəladə hallara çevik reaksiya verilməsi, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə fəaliyyətin təşkilini, sularda baş vermiş qəza və hadisələr zamanı axtarış-xilasetmə işlərinin həyata keçirilməsini təmin edən bir qurumdur.

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]
Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İşləri İdarəsi
Ölkə  Azərbaycan
Şəhər Neftçala
Tikilmə tarixi 2012
Mərtəbə sayı 2
Aidiyyatı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti bu gün öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, normativ hüquqi aktları, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, o cümlədən Xidmətin Əsasnaməsini, Beynəlxalq Əmniyyətli İdarəetmə Məcəlləsinin tələblərini əsas götürərək dənizdə qəza-xilasetmə, yedək, dalğıc, neft dağılmalarının ləğvi, insanların daşınması, xilasedici-qoruyucu vasitələrə xidmət işlərini həyata keçirir.

Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin fəaliyyəti Beynəlxalq Menecment sisteminin  İSO 9001:2008; İSO 14001:2004; OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun tənzimlənir.

  • Gəmiçilik
  • Dağılmış neftin ləğvi
  • Dalğıc və sualtı texniki işlər
  • Torpaqsorma və dibdərinləşdirmə işləri

Gəmiçilik sahəsində fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Xə­zər Höv­zə Qə­za-xi­la­set­mə Xid­mə­ti key­fiy­yət, eko­lo­gi­ya, pe­şə təh­lü­kə­siz­li­yi və əmək mü­ha­fi­zə­si sa­hə­sin­də əl­də et­di­yi uğur­la­ra gö­rə mü­va­fiq ser­ti­fi­kat­la­ra la­yiq gö­rül­müş­dür. Xid­mət BP, Fuq­ro, OS­CA Cas­pian, Sai­pem ki­mi xa­ri­ci şir­kət­lə­rin si­fa­ri­şi ilə də­niz­də müx­tə­lif əmə­liy­yat­lar hə­ya­ta ke­çi­rir.

Gə­mi­çi­lik­lə bağ­lı əsa­sən müx­tə­lif tə­yi­nat­lı (ax­ta­rış-xi­la­set­mə, ye­dək, dal­ğıc, yük­sək sü­rət­li və s.) gə­mi­lə­rin is­tis­ma­rı­nı hə­ya­ta ke­çi­rən XHQXX qə­za-xi­la­set­mə ha­zır­lı­ğı­nın apa­rıl­ma­sı, ax­ta­rış-xi­la­set­mə iş­lə­ri­nin təş­ki­lini yerinə yetirir. Xə­zər Höv­zə Qə­za-xi­la­set­mə Xid­mə­ti baş ver­miş qə­za ha­di­sə­lə­ri­nin qey­də alın­ma­sı, təd­qi­qa­tı və qə­za hal­la­rı­nın qar­şı­sı­nın alın­ma­sı­na da­ir təd­bir­lər pla­nı­nı ha­zır­la­ya­raq, qə­za və­ziy­yə­ti­nə düş­müş gə­mi­lə­rin ka­pi­tan­la­rı­na və di­gər üzən va­si­tə­lə­rin rəh­bər­lə­ri­nə təh­lü­kə­siz üz­mə ba­rə­sin­də gös­tə­riş və məs­lə­hət­lər ve­rir.

XHQXX-nin əsas fəa­liy­yət is­ti­qa­mət­lə­rin­dən bi­ri də də­niz üz­gü­çü­lü­yü­nün təh­lü­kə­siz­li­yi sa­hə­si­dir. Bu istiqamətdə əsa­sən də­niz­də ax­ta­rış və xi­la­set­mə iş­lə­ri mü­hüm rol oy­na­yır. Be­lə ki, qu­ru­mun ba­lan­sın­da olan ən müa­sir tex­ni­ka və ava­dan­lıq­lar­dan is­ti­fa­də edən xi­la­set­mə qrup­la­rı də­niz­də baş ver­miş hər bir qə­za ha­di­sə­si­nə dər­hal reak­si­ya ve­rir və bü­tün la­zı­mi ax­ta­rış-xi­la­set­mə iş­lə­ri­ni hə­ya­ta ke­çi­rir. Xə­zər də­ni­zin­də baş ve­rə bi­lə­cək hər han­sı qə­za ilə əla­qə­dar da­ğıl­mış nef­tin ləğ­vi əmə­liy­yat­la­rı da xid­mə­tin xü­su­si əhə­miy­yət­li iş­lə­rin­dən he­sab olu­nur. Hər han­sı bir ha­di­sə­nin qar­şı­sı­nın alın­ma­sı məq­sə­di­lə də­niz­də üzən za­ma­nı gə­mi­lə­rin də­niz üz­gü­çü­lü­yü­nün təh­lü­kə­siz­li­yi­nə cid­di nə­za­rət olu­nur. Bun­dan əla­və, gə­mi sü­rü­cü­lə­ri­nin və mexaniklərinin bi­lik sə­viy­yə­si­nin yük­səl­dil­mə­si məq­sə­di­lə xid­mət tə­rə­fin­dən mü­va­fiq tre­ninq­lər və məş­ğə­lə­lər ke­çi­ri­lir. On­la­rın müa­sir gə­mi­lə­rin idarə olun­ma­sı və texniki istismarı is­ti­qa­mə­tin­də ba­ca­rıq­la­rı­nın ar­tı­rıl­ma­sı üçün la­zı­mi iş­lər gö­rü­lür.

Xə­zər Höv­zə Qə­za-xi­la­set­mə Xid­mə­ti tə­rə­fin­dən "Xi­la­set­mə Ha­zır­lıq­la­rı" (XH-1, XH-2) plan­la­rı ha­zır­lan­mış və hə­ya­ta ke­çi­ril­mək­də­dir. Xi­la­se­di­ci­lər tə­lim­lər­də, nü­mu­nə­vi bey­nəl­xalq tə­lim­lər­də və fak­ti­ki xi­la­set­mə əmə­liy­yat­la­rın­da fə­al iş­ti­rak edir­lər. Ar­tıq xid­mət xi­la­se­di­ci gə­mi, ava­dan­lıq və va­si­tə­lə­ri ilə FHN-nin qu­rum­la­ra­ra­sı, BP şir­kə­ti­nin təş­kil et­di­yi tə­lim­lər­də tam gü­cü ilə iş­ti­rak edir. Ha­zır­da xid­mə­tin də­niz üz­gü­çü­lü­yü­nün təh­lü­kə­siz­li­yi (DÜT) şö­bə­si­nin əmək­daş­la­rı tə­lim və xi­la­set­mə iş­lə­ri­nin bey­nəl­xalq sə­viy­yə­də ke­çi­ril­mə­si­nə ça­lı­şır­lar.

SO­LAS-74 Bey­nəl­xalq Kon­ven­si­ya­nın IX "Bey­nəl­xalq Əm­niy­yət­li İda­rəet­mə Sis­te­mi" və XI "Gə­mi və Li­man Va­si­tə­lə­ri­nin Mü­ha­fi­zə­si" ad­la­nan böl­mə­lə­rin tə­ləb­lə­ri­nin xid­mət və gə­mi­lər­də ic­ra­sı­nın tə­min edil­mə­si də­niz üz­gü­çü­lü­yü­nün təh­lü­kə­siz­li­yi şö­bə­si­nə hə­va­lə edilib. Xid­mət və gə­mi­lər­də işin təş­ki­li hə­min tə­ləb­lə­rə uy­ğun qay­da­da qu­rul­du­ğu­na gö­rə, xid­mə­tə Azər­bay­can Res­pub­li­ka­sı Döv­lət Də­niz Ad­mi­nist­ra­si­ya­sı tə­rə­fin­dən mü­va­fiq ser­ti­fi­kat­lar təq­dim olunub. Hə­min bey­nəl­xalq ser­ti­fi­kat­la­rın alın­ma­sı nə­ti­cə­sin­də xid­mət BP da­xil ol­maq­la xa­ri­ci şir­kət­lər­lə iş­lə­mək im­ka­nı­na ma­lik­dir.

Xid­mət və gə­mi­lər­də işin təş­ki­li­nin SO­LAS-74 Bey­nəl­xalq Kon­ven­si­ya­sı­nın tə­ləb­lə­ri­nə uy­ğun ol­ma­sı üçün də­niz üz­gü­çü­lü­yü­nün təh­lü­kə­siz­li­yi şö­bə­sin­də hər ca­ri il ər­zin­də tər­tib edil­miş cəd­vəl əsa­sın­da xa­ri­ci və da­xi­li au­dit­lər təş­kil edi­lir. Bey­nəl­xalq kon­ven­si­ya­la­rın müa­sir tə­ləb­lə­ri əsa­sın­da şö­bə­də xid­mə­tin "Əm­niy­yət­li İda­rəet­mə Sis­te­mi"­nin sə­nəd­lə­rin­də kor­rek­tu­ra­lar, ye­ni tə­li­mat­lar, pro­se­dur­lar tər­tib edi­lir və ai­diy­ya­tı his­sə­lə­rə, he­yə­tə çat­dı­rı­lır. Be­lə­lik­lə, gö­rü­lən işin nə­ti­cə­sin­də xid­mət və gə­mi­lər bey­nəl­xalq sə­nəd­lə­rin tə­ləb­lə­ri­nə uy­ğun ola­raq fəa­liy­yət gös­tə­rir və in­ki­şaf edir.

Də­niz üz­gü­çü­lü­yü­nün təh­lü­kə­siz­li­yi­ni tə­min et­mək gə­mi sü­rü­cü­lə­ri­nin əsas və­zi­fə­lə­rin­dən­dir. Də­niz üz­gü­çü­lü­yü­nün təh­lü­kə­siz­li­yi şö­bə­si­nin əsas işlərindən bi­ri də gə­mi sü­rü­cü­lə­ri­nin ha­zır­lı­ğı­dır. Şö­bə­də gə­mi sü­rü­cü­lə­ri­nin ha­zır­lı­ğı ilə məş­ğul ol­maq, on­la­rın pe­şə bi­lik­lə­ri­ni müa­sir sə­viy­yə­də sax­la­maq üçün ştur­man si­n­fi ya­ra­dılıb və müvafiq tə­li­mat ha­zır­lanıb. Tə­li­mat­da həm sı­ra­vi, həm­ də ko­man­dir he­yə­ti üçün dərs­lər, məş­ğə­lə­lər və tə­lim­lər nə­zər­də tu­tul­ub. Hər ilin so­nun­da gə­mi sü­rü­cü­lə­ri­nin ha­zır­lı­ğı im­ta­han­la yox­la­nı­lır. İm­ta­han nə­ti­cə­lə­ri əsa­sın­da hər bir gə­mi sü­rü­cü­sü­nün bi­lik və ba­ca­rı­ğı ba­rə­də xid­mət rəi­si­nə mə­lu­mat ve­ri­lir. Gö­rü­lən iş­lər də­niz üz­gü­çü­lü­yü­nün təh­lü­kə­siz­li­yi mə­sə­lə­lə­rin­də müs­bət nə­ti­cə­lə­rə gə­ti­rib çı­xa­rır. Bun­dan əla­və, hər ayın so­nun­da xid­mə­tin mü­tə­xəs­sis­lə­ri­nin iş­ti­ra­kı ilə yox­la­ma­lar apa­rı­lır, aş­kar edi­lən nöq­san­la­rın ara­dan qal­dı­rıl­ma­sı məq­sə­di­lə zə­ru­ri təd­bir­lər gö­rü­lür. Cid­di nə­za­rət al­tın­da ha­va şə­rai­ti­ni nə­zə­rə ala­raq təc­rü­bə­li gə­mi sü­rü­cü­lə­rin­dən iba­rət növ­bət­çi­lik tər­tib edi­lir və gə­mi­lə­rin təh­lü­kə­siz­li­yi tə­min olu­nur.­

Dağılmış neftin ləğvi üzrə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Xəzər Hövzə Qəza-xilasetmə Xidməti - sularda və quru ərazidə fövqəladə hallar baş verdikdə neft və neft məhsullarının dağılması ilə əlaqədar yaranmış halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması və bu sahədə idarəetmənin həyata keçirilməsi üzrə əməliyyatların aparılmasına məsul olan qurumdur. Xidmət və onun sələfləri mövcud olduğu dövrdən bu yana neft dağılmalarının aradan qaldırılması üzrə 18 uğurlu əməliyyat həyata keçirmiş, 1990-cı ildə ilk dəfə olaraq, dağılmış neftin ləğvi üçün lazım olan məhdudlaşdırıcı çəpərin (bonların) helkopterlə dənizə qoyulmasını sınaqdan keçirmişdir. Bu uğurlu yeniliyə görə Xidmət Beynəlxalq “The Seatrade Annual Awards for Achievement” xüsusi diplomu ilə təltif olunmuşdur.

Bu gün Xə­zər-Höv­zə Qə­za-xi­la­set­mə Xid­mə­ti da­ğıl­mış nef­tin su üzə­rin­dən yı­ğıl­ma­sın­da da­ha mü­kəm­məl müa­sir ava­dan­lıq­lar­dan is­ti­fa­də edir. Bu əmə­liy­yat­lar­da "Ro-BO­OM", "Eks­pan­di- 4300", he­li­kop­ter­dən atıl­maq üçün nə­zər­də tutul­muş "Troyl bo­om" mar­ka­lı bon çə­pər­lə­ri, "Va­lo­sep", "DES­Mİ", "FOX­TAİL" tip­li neft­yı­ğan qur­ğu­lar tət­biq edi­lir. Də­niz­də mo­ni­to­rin­qin apa­rıl­ma­sın­da və bon çə­pər­lə­ri­nin qu­raş­dı­rıl­ma­sın­da kö­mək­çi "Har­dinq" ka­te­rin­dən is­ti­fa­də olu­nur. "Fra­mo" sis­te­mi, di­zel mü­hər­rik­li "Ford" ener­ji blo­ku, "Ro-Clean" aq­re­qa­tı, "Ro-Sett" çö­kün­tü çə­ni neft da­ğıl­ma­la­rı­nın qa­r­şı­sı­nın alın­ma­sın­da is­ti­fa­də olu­nan zə­ru­ri ava­dan­lıq­lar­dan­dır.

Dalğıc və sualtı-texniki işləri üzrə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Dalğıc və sualtı-texniki işlər gəmilərin və üzən qurğuların sualtı hissələrinin şəhadətləndirilməsi, sualtı video çəkilişlərin aparılması, gəmi gövdələrinin, kinqstonların təmizlənməsi, batmış gəmilərin qaldırılması, sualtı təmir, dəniz akvatoriyasının müayinəsi, qəzaya uğramış insanların xilas edilməsi, axtarış işlərinin aparılması, heyətsiz sualtı aparat (HSA) işlərinin görülməsindən ibarətdir. Dalğıc işlərinin dəqiq və təhlükəsiz aparılması, təcrübəli dalğıc personalının yetişdirilməsi məqsədilə xidmətdə günün tələblərinə tam cavab verən dalğıc tədris mərkəzi fəaliyyət göstərir.

Dib dərinləşdirmə işləri üzrə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Kür çayı boyunca və deltasında dibdərinləşdirmə işlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə 2012-ci ilin fevralın 1-də Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin tərkibində Dib Dərinləşdirmə İşləri İdarəsi yaradılmışdır. Kür çayının daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün dövlət başçısının Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən Niderland Krallığından alınan "CSD-500" markalı 3 torpaqsoran qurğu, Türkiyə istehsalı olan 6 ədəd yedək təchizat gəmisi, 3 ədəd tədqiqat və 3 ədəd kiçik həcmli xilasedici katerləri 2012-ci ilin sentyabrından etibarən Kür çayında dibdərinləşdirmə işlərini həyata keçirməkdədir. Kür çayının dibinin dərinləşdirilməsi və onun ötürücülük qabiliyyətinin artırılması üçün ilkin olaraq Neftçala, Salyan və Sabirabad rayonları ərazisində daha təhlükəli hesab edilən və hər birinin uzunluğu 10 km olmaqla təmizlənməsi vacib olan yerlər müəyyənləşdirilib. Dibdərinləşdirmə zamanı məcradan kənarlaşdırılan lil-su qarışığının toplanmasına xidmət edən durulducuların tikintisi üçün yerlər seçilib. Təmizlənməsi nəzərdə tutulan ərazilərdə aparılan batimetriya tədqiqatları nəticəsində çıxarılacaq çöküntülərin miqdarı hesablanıb.

Dibdərinləşdirmə işlərinin planlı şəkildə həyata keçirilməsi məqsədilə ilk olaraq tədqiqat katerinin köməyi ilə çayda barimetriya işləri aparılır. Hollandiya istehsalı olan "Hidrabat" adlı aparat bir metr dərinlikdən başlayaraq 200 metr dərinliyədək məsafədə ölçü-axtarış işləri apara bilir. Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İşləri İdarəsinin ölçü-axtarış üzrə mühəndisi Nail Sadıqovun sözlərinə görə, tədqiqat katerində yerləşdirilmiş "Hidrabat" adlı aparat vasitəsilə Kür çayında və deltasında istənilən sahənin xəritəsini çəkmək mümkündür: "Götürülən ölçü materialları əsasında təmizlənəcək sahənin dizayn-faylı hazırlanmalıdır. Bunun üçün qum, lil və başqa çöküntülərlə zəngin olan sahələr haqqında dəqiq məlumatlar tədqiqat kateri vasitəsilə əldə olunur. Tədqiqat katerindən alınan məlumatlar dibdərinləşdirmə işləri idarəsinin ölçü-axtarış bolməsinə ötürülür. Bölmədə emal olunan ölçü məlumatları isə Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinə göndərilir. Mütəxəssislər tərəfindən hansı sahənin qazılacağı və yaxud hansı işlərin görülməsi barədə dizayn-fayllar hazırlandıqdan sonra son məlumatlar Kür çayı və onun deltasında dibdərinləşdirmə işləri aparan torpaqsoran qurğulara ötürülür.

Torpaqsoran qurğular su səthindən 14 metr dərinliyə qədər dibdərinləşdirmə işlərini aparmağa imkan verir. İstehsal nasoslarının gücü saatda 4000 kubmetr təşkil edən torpaqsoran qurğular qazma nöqtəsindən su, qrunt, lil qarışığını suda batmayan borular vasitəsi ilə sudurulducusuna axıdır. Oradan isə su ötürücü vasitəsilə yenidən Kür çayına axıdılır.

Kür çayı və deltasında dibdərinləşdirmə işlərinin intensiv şəkildə aparılması məqsədilə Neftçala rayonunun Qaralı kəndi ərazisində Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İşləri İdarəsinin yeni bazası inşa olunub. 5 hektar ərazisi olan bazaya inzibatı bina, 2 anbar, qarajlar, yataqxana, emalatxana və məişət binası daxildir. Ərazidə geniş yaşıllıq salınıb, işçilərin istirahəti üçün lazımi şərait yaradılıb. Növbəli iş qrafiki ilə fəaliyyət göstərən baza ilin bütün fəsillərində Kür çayında suyun səviyyəsinə nəzarət edir və bu ərazidə yaşayan vətəndaşların təhlükəsizliyinin təminatı istiqamətində lazımi işlər görür.

Dispetçer məntəqəsi

[redaktə | mənbəni redaktə et]

Xidmətin operativ rabitə, analitik-informasiya və dispetçer məntəqəsi fasiləsiz fəaliyyət göstərərək- gəmilərlə daimi əlaqəni təmin edir, sularda baş vermiş fövqəladə hallar zamanı hadisələrin xəbərdar edilməsi, qarşısının alınması, nəticələrinin aradan qaldırılması üzrə əlaqələndirməni həyata keçirir. Məntəqə orta-qısa və ultra-qısa dalğalı radiostansiyalar, Beynəlxalq peyk rabitə sistemi - İNMARSAT-C, avtomatlaşdırılmış təyinetmə sistemi, elektron xəritə sistemi, fax və s. təchiz edilmişdir.

  • Orta-qısa dalğalı radiostansiya 2580 kHs-ötürmə və 2525 kHs-qəbuletmə tezliklərində növbətçi qaydada işləməklə bərabər, eyni zamanda təyin edilmiş Beynəlxalq tezliklərdə ötürülən təhlükəsizlik və qəza siqnallarini avtomatik olaraq qəbul edir. Bu radiostansiya vasitəsilə tezlikləri dəyişməklə 10 000 mil məsafəyə qədər əlaqə saxamaq mümkündür.
  • Ultra-qısa dalğalı radiostansiya isə 156,675 MHs tezlikdə 73-cü dəniz kanalında işləməklə bərabər 70-ci dəniz kanalında növbətçi qaydada rəqəmsal çağırış sistemi vasitəsilə ötürülən bütün təhlükəsizlik və qəza siqnallarini qəbul edir.Radiostansiya ilə 25-30 mil məsafəyə qədər rabitə əlaqəsi saxlamaq olur.
  • Beynəlxalq peyk rabitə sistemi- İNMARSAT-C dünyanın istənilən nöqtəsindən ötürülən təhlükəsizlik və qəza siqnallarını növbətçi qaydada avtomatik olaraq qəbul edir. Bu avadanlıq vasitəsilə dünyanın istənilən nöqtəsinə teleks, fax, e-mail məktublar ötümək və qəbul etmək münkündür.

İstər radiostansiyalar, istərsə də İNMARSAT – C qəbul etdiyi məlumatları çap şəklində verir.

  • Avtomatlaşdırılmış təyinetmə sistemi 25-30 mil dairəsində avtomatlaşdırılmış təyinetmə sistemi olan gəmiləri təyin edir, gəmi haqqında bütün məlumatlar manitorda göstərilir.
  • Elektron xəritə sistemi Xəzər dənizinin aktiv xəritəsi üzərində 25-30 mil zonada yerləşən gəmiləri təyin edir və onları izləmək imkanı yaradır.

Xidmət gəmilərin və digər üzən vasitələrin saxlanılması, gəmilərin zəruri avadanlıq və vasitələrlə təmin olunması, yükləmə-boşaltma əməliyytlarının həyata keçirilməsi (avtokran vasitəsilə) üçün sahil və üzən yanalma körpülərinə malikdir.