Azərbaycan Respublikasının əməkdar geoloqu

Azərbaycan SSR əməkdar geoloqu (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар ҝеологу) — Azərbaycan SSR-də geologiya sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad.

Azərbaycan SSR əməkdar geoloqu
Азәрбајҹан ССР әмәкдар ҝеологу

Ölkə Azərbaycan Azərbaycan SSR
Tip fəxri ad
Kimə verilir geologiya sahəsində fərqlənmiş şəxslərə
Təltif edir
Status verilmir
Statistika
Təsis tarixi 20 iyul 1977

Tarixi və əsasnaməsi

[redaktə | mənbəni redaktə et]

"Azərbaycan SSR əməkdar geoloqu" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 20 iyul 1977-ci il tarixli Fərmanı ilə təsis edilmişdir.[1]

Fəxri ad geologiya, geofizika, hidrogeologiya, topoqrafiya-geodeziya təşkilatlarında və elmi-tədqiqat idarələrində azı 10 il işləmiş, öz əməli və ya elmi fəaliyyətində xüsusilə fərqlənmiş, geologiya və yeraltı sərvətlərin kəşfi sahəsində böyük xidmət göstərmiş yüksək ixtisaslı mühəndis-texnik işçilərinə və elmi işçilərə, habelə geologiya kadrlarının hazırlanması və tərbiyələnməsi işində xüsusi xidmətləri olan şəxslərə verilirdi.[1][2]

5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar geoloqu" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar geoloqu" adı ilə verilmişdir.

  1. 1 2 «Азәрбајҹан ССР әмәкдар ҝеологу» вә «Азәрбајҹан ССР әмәкдар коммунал вә әһалијә мәишәт хидмәти ишчиси» фәхри адларынын мүәјјән едилмәси һаггында Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Коммунист. № 168 (16603). 21 ијул 1977-ҹи ил. С. 2.
  2. Азәрбајҹан ССР фәхри адларынын мүәјјән едилмәси вә Азәрбајҹан ССР дөвләт тәлтифләри һаггында Әсаснамәнин тәсдиг олунмасы барәсиндә Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин Фәрманы // Азәрбајҹан Совет Сосиалист Республикасы Али Советинин Мә’луматы. № 16 (654). Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 31 август 1983-ҹү ил. С. 14–23.