![]() | Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Azərbaycanın fəxri adları — Azərbaycan Respublikasının dövlət təltifi. Fəxri ad bir fəxri nişan ilə birlikdə təltif olunur.
Sovet Azərbaycanında ümumittifaq miqyasında fəxri adlarla yanaşı, müxtəlif fəaliyyət sahələrində fəxri adlar verilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə isə 45 fəxri ad müəyyən edilmişdir.
5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etdikdən sonra fəxri adlar barədə heç bir hüquqi sənəd qəbul olunmamışdı. Buna baxmayaraq, 1991–1993-cü illərdə sovet dövrünün bir sıra fəxri adlarının verilməsi davam etmişdi. 1993–1998-ci illərdə isə heç bir fəxri ad təqdim olunmamışdır.
22 may 1998-ci ildə Azərbaycan Respublikasının fəxri adları yenidən təsis edilmiş, əsasnaməsi isə 14 may 1999-cu ildə təsdiq edilmişdir.