Azərbaycan SSR əməkdar maşınqayıranı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар машынгајыраны) — Azərbaycan SSR-də maşınqayırma sənayesi sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad.
Azərbaycan SSR əməkdar maşınqayıranı | |
---|---|
Азәрбајҹан ССР әмәкдар машынгајыраны | |
|
|
Ölkə | Azərbaycan SSR |
Tip | fəxri ad |
Kimə verilir | maşınqayırma sənayesi qabaqcıllarına |
Təltif edir |
|
Status | verilmir |
Statistika | |
Təsis tarixi | 26 avqust 1983 |
"Azərbaycan SSR əməkdar maşınqayıranı" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir.[1]
Fəxri ad maşınqayırma müəssisələrinin, birliklərinin, elmi-tədqiqat və digər idarələrinin bu sahədə azı 15 il işləmiş fəhlələrinə, mühəndis-texnik işçilərinə verilirdi.[1]
5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar maşınqayıranı" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar maşınqayıranı" adı ilə verilmişdir.