Azərbaycan SSR əməkdar jurnalisti (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар журналисти) — Azərbaycan SSR-də jurnalistika sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad.
Azərbaycan SSR əməkdar jurnalisti | |
---|---|
Азәрбајҹан ССР әмәкдар журналисти | |
|
|
Ölkə | Azərbaycan SSR |
Tip | fəxri ad |
Kimə verilir | jurnalistika sahəsində fərqlənmiş şəxslərə |
Təltif edir |
|
Status | verilmir |
Statistika | |
Təsis tarixi | 26 avqust 1983 |
"Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir.[1]
Fəxri ad jurnalistika işində azı 15 il stajı olan SSRİ Jurnalistlər İttifaqı üzvlərinə, qəzet, jurnal, nəşriyyat redaksiyaları, teleqraf agentliyi, televiziya radio verilişləri işçilərinə, ştatdankənar müxbirlərə, fəhlə-kəndli müxbirlərinə verilirdi.[1]
5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR jurnalisti" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar jurnalisti" adı ilə verilmişdir.