Azərbaycan SSR əməkdar sənaye işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар сәнаје ишчиси) — Azərbaycan SSR-də sənaye sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad.
Azərbaycan SSR əməkdar sənaye işçisi | |
---|---|
Азәрбајҹан ССР әмәкдар сәнаје ишчиси | |
|
|
Ölkə | Azərbaycan SSR |
Tip | fəxri ad |
Kimə verilir | sənaye qabaqcıllarına |
Təltif edir |
|
Status | verilmir |
Statistika | |
Təsis tarixi | 26 avqust 1983 |
"Azərbaycan SSR əməkdar sənaye işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir.[1]
Fəxri ad müəssisələrin, birliklərin, elmi-tədqiqat və layihə institutlarının, konstruktor büroları və laboratoriyalarının fəhlələrinə, mühəndis-texnik və digər işçilərinə sənayenin müvafiq sahələrində azı 15 il işlədikdə verilirdi.[1]
5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar sənaye işçisi" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar sənaye işçisi" adı ilə verilmişdir.