Azərbaycan Xalq Cümhuriyyətinin dəmir yol şəbəkəsi

Xudadat bəy Məlik-Aslanov

Cümhuriyyət Hökumətinin qərarı ilə 1918 il iyunun 1-dən ölkə ərazisindəki bütün dəmir yol xətləri müstəqil Azərbaycan dəmir yoluna çevrildi.[1]

Azərbaycan Dəmir Yolu İdarəsi yaradıldı. Həmin dövrdə Azərbaycan dəmir yollarının ümumi uzunluğu 954,2 km (894,4 versi) idi. Onun 498,2 km-i (467 versi) Qərb (BakıBöyük Kəsik), 187,8 km-i (176 verst) Şimal (BiləcəriYalama), 189,9 km-i (178 verst) Cənub-qərb (UluxanlıCulfa), 51,2 km-i (48 verst) Cənub (ƏlətZubovka) istiqamətlərinin, 27,1 km-i (25,4 verst) "neft sahəsi"nin (BakıBalaxanıSabunçuSuraxanı) payına düşürdü.

1918 ilin sentyabrında Azərbaycan Dəmir Yolu İdarəsinin sərəncamında cəmi 235 parovoz (o cümlədən işlək 52, təmirdə 14, təmir gözləyən 169) və 4092 vaqon (o cümlədən 2075 yük vaqonu, 2017 vaqon-sistern var idi; onların 52%-i istis mara yararlı idi) vardı

Müstəqil Azərbaycan Hökuməti təşkil edildiyi ilk gündən ölkənin yol təsərrüfatına rəhbərlik üçün Yollar Nazirliyi yaradılmışdı. Yollar naziri vəzifəsini bütün Hökumət kabinelərində Xudadat bəy Məlik-Aslanov icra etmişdir.[2]

Osmanlı, Gürcüstan, Ermənistan və Azərbaycan arasında sazişin imzalanması

[redaktə | mənbəni redaktə et]

1918 il iyunun 4-də Batumda Azərbaycan, Osmanlı, GürcüstanErmənistan hökumətləri arasında Cənubi Qafqaz dəmir yollarının vaqon-parovoz parkını bölüşdürmək barədə saziş bağlandı. Azərbaycan tərəfindən Məhəmməd Əmin RəsulzadəMəmməd Həsən Hacinskinin imza ladıqları həmin sənədə görə, Cənubi Qafqazın vaqon-parovoz parkı tərəflər arasında, sazişi imzalayan ölkələrin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna uyğun olaraq, bölüşdürülməli idi, lakin Cənubi Qafqaz respublikaları arasında ərazi mübahisələri olduğuna görə sazişin müddəaları reallaşmadı. Buna görə də, Azərbaycan Xalq Cümhuriyyəti 1918 il dekabrın 26-da Gürcüstanla ayrıca müqavilə bağladı. Müqaviləyə əsasən, Azərbaycan tərəfi Gürcüstan dəmir yolunun normal istismarı üçün mazut və digər neft məhsulları verməyi öhdəsinə götürdü. Gürcüstan isə bunun müqabilində Azərbaycan dəmir yolunu zəruri material və avadanlıqla təmin etməli idi.

1919 il martın 8-də Azərbaycanla Gürcüstan arasında dəmiryolu rabitəsi haqqında ayrıca bir saziş də imzalandı. Bu sazişə əsasən, 1918 il mayın 26-dək hər iki dövlətin ərazisində olmuş bütün parovoz və vaqonlar, bu məsələ arbitraj komissiyasında həll edilənə qədər, həmin dövlətlərin öz istifadəsində və sərəncamında qalmalı idi. Eyni zamanda, Azərbaycan dəmir yolunun əsaslı və xüsusi təmir barədə sifarişləri Tiflis dəmiryolunun baş emalatxanalarında yerinə yetirilməli idi.[3]

1919 il aprelin 17-də Azərbaycan Dəmir Yolu İdarəsi Batumda öz ticarət agentliyini yaratdı. Azərbaycan Dəmir Yolu İdarəsinin rəisi Teymur bəy Məlik-AslanovE. Matiyeviç ("F. A. Matiyeviç və Ko" Ticarət evinin nümayəndəsi) arasında imzalanmış sazişə əsasən, "F. A. Matiyeviç və Ko" Ticarət evi Azərbaycan dəmir yolunun Batumda nümayəndəsi təyin edildi və Azərbaycan Dəmir Yolu İdarəsinin və dəmiryolunun kommersiya agentliyinin müştərilərinin bütün sifarişlərinin icrası ona tapşırıldı.[2]

Azərbaycan Hökuməti dəmir yolu nəqliyyatının normal fəaliyyət göstərməsini və inkişafını təmin etmək üçün digər tədbirlər də həyata keçirdi. 1918 il iyunun 25-də Azərbaycan dəmir yolunun mühafizə xidməti Daxili İşlər Nazirliyinə tabe edildi, dəmir yolu jandarm idarəsi yaradıldı və dəmir yolu xətlərinin, stansiyaların, körpülərin mühafizəsi, sərnişinlərin və yüklərin təhlükəsizliyinin təmin olunması ona həvalə olundu.

1918–1920 illərdə dəmir yolu xətlərinin, hərəkət vasitələrinin təmiri işi qaydaya salındı. Dəmir yolunun xidmətinin müvafiq qulluqçularla, təmir emalatxanaları və depoların usta və ixtisaslı fəhlələrlə komplektləşdirilməsi həyata keçirildi. 1920 ilin yazında Azərbaycan dəmir yolunda çalışanların ümumi sayı 11 min nəfərə çatırdı. Azərbaycan Parlamenti 1919 il fevralın 4-də dəmiryolçuların məvaciblərini artırmaq haqqında qanun qəbul etdi. Qanuna görə, 1919 il yanvarın 1-dən dəmir yolu işçilərinin əmək haqqı orta hesabla 60%, bəzi kateqoriyalardan olan dəmiryolçuların məvacibi isə 90–95% artırıldı. Azərbaycan Parlamentinin 17 aprel 1919 il tarixli qərarı ilə Azərbaycan dəmir yolunda qulluq edən parovoz maşinistlərinə və onların köməkçilərinə həqiqi hərbi xidmətdən möhlət hüququ verildi. Azərbaycan Hökuməti 1919 il fevralın 17-də ölkə ərazisindəki bütün dəmir yolu stansiyalarının qaydaya salınması haqqında qərar qəbul etdi. Bundan əlavə, Hərbi Nazirlik həmin il martın 28-də Bakı, BiləcəriXaçmaz stansiyalarında komendantlıqlar yaratdı. ƏlətCulfa dəmir yolunun inşasını davam etdirmək üçün 1919 ilin dövlət büdcəsindən 100 milyon manat vəsait ayrıldı.[1]

Göstəricilər

[redaktə | mənbəni redaktə et]

1919 il oktyabrın 20-də Azərbaycan Parlamentinin iclasında çıxış edən yollar naziri Xudadat bəy Məlik-Aslanovun məlumatına görə, son dövrdə alman 50-dən çox parovoz dəmir yolunun buraxıcılıq qabiliyyətini 2 dəfə artırmağa imkan vermişdi. 1919 ildə dəmir yolu nəqliyyatının aylıq gəliri 5 milyon manatdan 40 milyon manata qədər artmışdı. 1920 ilin başlanğıcında Azərbaycan dəmir yolunun 300 parovozu, 4000 s ərnişin vaqonu, 2300 örtülü yük vaqonu, 2000 vaqonplatforması, 1600 vaqon-sisterni vardı. Azərbaycan Hökuməti vaqon-parovoz parkını daha da artırmağı, dəmir yolu təsərrüfatının inkişafı üçün digər vacib tədbirləri həyata keçirməyi planlaşdırırdı, lakin Aprel işğalı (1920) bu planları yarımçıq qoydu.[3]

  1. 1 2 Aзepбaйджанская Демократиская Pecnyблика (1918–1920), Законодательные акты (сборник документов), Б., 1998
  2. 1 2 Vəliyev (Baharlı) M. H., Azərbaycan Cümhuriyyəti (1918–1920). Parlament (stenoqrafik hesabatlar), c.2, B., 1998
  3. 1 2 Əliyev Q., Azərbaycan nəqliyyatı və iqtisadiyyatı (XIX əsr — XX əsrin ilk onillikləri), B., 2001.