2003-cü il Azərbaycan etirazları — 2003-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində baş tutan etiraz aksiyaları.
Azərbaycan etirazları | |
---|---|
Tarix | 2003 |
Vikianbarda əlaqəli mediafayllar |
Seçkidən əvvəl ən genişmiqyaslı etiraz aksiyası icazəli şəkildə Bizim Azərbaycan bloku tərəfindən 12 oktyabr 2003-cü ildə Bakı şəhəri, Yasamal rayonu ərazisindəki Qələbə meydanında baş tutmuşdur.
Seçkidən, seçkilərin nəticələri açıqlandıqdan sonra 16 oktyabr 2003-cü ildə yenə Bizim Azərbaycan blokunun dəstəkçiləri başda olmaqla müxalif seçicilər tərəfindən Bakıda Azadlıq meydanında və Müsavat Partiyasının baş qərargahının qarşısında prezident seçkilərinin nəticələrinə etiraz aksiyaları keçirilmişdir. Polis hadisələrə sərt müdaxilə etmiş, 100-dən çox fəal həbs edilmiş və nəticədə 1-i uşaq 2 nəfər ölmüşdür.[1]