Azərbaycanda hicabla bağlı etirazlar — 2010-cu ilin sentyabr ayından etibarən Azərbaycanda və əsasən paytaxt Bakıda hicabla bağlı bir sıra etiraz aksiyalarının keçirilməsi.
Etirazların əsas səbəbləri aşağıdakılardır:
Azərbaycanın təhsil naziri Misir Mərdanov 2010-ci il sentyabr ayinda qızların hicabla dərsə gəlməsini qadağan etdi.[1] Təhsil naziri öz açıqlamasında isə hicabın qadağan edilmədiyini, sadəcə olaraq orta məktəblərdə vahid məktəbli formasına keçdiyini qeyd etdi.[2] Mərdanovon bu sözlərinlən sonra etirazlar Azərbaycanın müxtəlif şəhərlərin bürüdü və bundan əlavə bir neçə ölkədə o cümlədən Türkiyə [3], Gürcüstan [4][5], Ukraynada [6] və İranda da etiraz aksiyaları keçirildi .[7][8][9][10] Lakin İranın mövqeyini düzgün hesab etməyən bir qrup vətəndaş bu hərəkətlərə etiraz aksiyası ilə cavab vermişlər.[11][12][13][14][15]
Etiraz səbəblərindən biri də dini[mənbə göstərin] və ictimai fəallarin həbs olunması olmuşdur. Bu hadisələr dindar cəmiyyətdə narahatliğa səbəb oldu. Həbs edilənlərin sırasında Arif Hacılı, Nemət Pənahlı [16][17] və Mövsüm Səmədovu [18][19][20] misal göstərmək mümkündür. Nemət Pənahlı 2011-ci il, 11 yanvarda, bir vətəndaşı döymək şübhəsi ilə polis tərəfindən saxlanmışdı.[21] Lakin onun tərəfdarları Nemət Pənahlının həbsinin siyasi sifariş olduğunu iddia etmişdi.[16]. 17 iyulda o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə 6 il azadlıqdan məhrum edildi.[22][23] 5 oktyabr 2012-ci ilin etiraz aksiyası zamanı saxlanılanlara 20 il 5 ay həbs cəzası verildi.[24] Azərbaycanın müxalifət partiyalarından AXCP Rəyasət Heyətinin 3 iyun 2013-cü ildə keçirtdiyi iclasda 5 oktyabr 2012-ci il tarixində keçirilən “Hicaba azadlıq” aksiyası zamanı həbs olunan daha altı məhbusa uzun müddətli azadlıqdan məhrum etmə cəzası verilməsini insan hüquq və azadlıqlarına amansız qəsd kimi qiymətləndirib.[25]
Bu səbəblərə görə bir sıra şəxs Azərbaycanın müxtəlif bölgələrində etiraz aksiyaları keçirdilər. Aksiyalarda Azərbaycan İslam Partiyası və Nida Vətəndaş Hərəkatı da iştirak etmişdir. Aksiyalar azərbaycanin müxtəlif şəhərlərində o cümlədən Gəncə [26][27][28][29], Masalli [30][31] və Lənkəranda [32] keçirilib . Ən izdihamli aksiya Bakı şəhərində 2011-ci il 6 mayda təhsil nazirliyi binasinin qarşısinda keçirilib [33][34].[35][36][37][38][39][40][41][42]. Bu aksiya polis tərəfindən dağıdıldı.[43] 5 oktyabr 2012-ci ildə növbəti bir "Hicaba azadlıq" aksiyası keçirildi. Aksiya zamanı 32 nəfər həbs olundu.[44]
2011-ci ilin iyulun 4-də ayında Dini Etiqad və Azadlıqların Müdafiə Mərkəzinin (DEVAMM) sədri İlqar İbrahimoğlunun təşəbbüsü ilə orta məktəblərdə hicab probleminin həlli üçün prezident İlham Əliyevə müraciət ünvanlanması üçün 100 min imza toplanması prosesinə start verildi. İyul ayının 27-də İlqar İbrahimoğlu 100 min imzanın artıq toplandığını bildirdi.[45][46][47][48][49][50][51]
Təhsil naziri Misir Mərdanov məktəb yaşlı qızların sinifdə hicab taxmasının qeyri-normal qəbul etdiyini bildirib.[52] Həmçinin, o, öz açıqlamasında bu qadağanın universitet tələbələrinə və müəllimlərə aid edilmədiyini də deyib.[53]