Gədəbəy hadisələri[3][4][5][6] və ya Söyüdlü hadisələri[7][8][9] — Gədəbəyin Söyüdlü kəndində Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasına razı olmayan kənd sakinlərinin 20 iyun 2023-cü il tarixində başlatdıqları etiraz aksiyaları. Etiraza səbəb təkcə qızıl mədənləri üçün süni göl düzəltmək yox, həm də qızıl mədən tullantıxanasının ləğvi və qızıl emalı zavodunun zəhərli tullantıları ərazidə toplanması faktorudur. Etirazın qarşısını almaq üçün kənd əhalisinin üzərinə daxili qoşunlar yeridilib. Polis gözyaşardıcı qaz və rezin güllə istifadə edərək etiraz aksiyasını yatırdıb.[10][11]
Gədəbəy hadisələri | |||
---|---|---|---|
Tarix | 20 iyun – 21 iyun 2023 | ||
Yeri |
Söyüdlü kəndi, Gədəbəy rayonu, Azərbaycan |
||
Səbəbi | Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün 2-ci süni gölün yaradılması | ||
Nəticəsi | Söyüdlü kəndinin blokadası | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Kənd sakinləri 21 iyun 2023 tarixində 2-ci dəfə aksiya keçirib. Onlar ötən günki aksiyada həbs olunan 5 nəfərin[2] sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə mane olub. Polis kəndin çıxışında dayanaraq sakinlərin kəndi tərk etməsinin qarşısını alıb.[12] Polislər Gədəbəyin Söyüdlü kəndinə giriş-çıxışı bağlayıblar və kəndə yalnız sakinlər buraxılıb.[13]
Söyüdlü kəndində baş verən etirazları bəzi media orqanları xarici amillərlə əlaqələndirirlər. Hökumətyönlü medianın bir neçəsi iddia edir ki, Gədəbəy hadisələrinin arxasında Qərb-ABŞ dayanıb. Həmçinin bu etirazların təşkilində Rusiyanın adını çəkən media orqanları da var.[14] Eləcə də Milli Məclisdə Gədəbəy hadisələrinin müzakirəsində deputatlar xarici iz axtarsalar da,[15] digər ziyalılar belə bir izin axtarılmasını tamamilə əsassız sayırlar. Sakinlər süni gölün suyunun zəhərli olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirmişlər. Aksiya iştirakçıları bildiriblər ki, yaradılan su hövzəsində zəhərli maddələr toplanır. Etiraza əsas səbəb isə kənddə yaradılması planlaşdırılan ikinci su hövzəsidir.[16]
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, "polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb."[11]
Videobloqqer, siyasətçi, jurnalist Mehman Hüseynov YouTube kanalında hadisə ilə bağlı videopaylaşım edib. O, paylaşımında aksiyada iştirak edən polislərin cəzalandırılmasını tələb edib.[17]
Müğənni, xalq artisti Brilliant Dadaşova Instagram hesabında hadisə ilə bağlı paylaşım edib. O, paylaşımında hadisəni qınayıb.[18]
Siyasətçi, Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, Söyüdlü camaatı onların rahatlığını pozan, həyatlarını və həyətlərini zəhərləyən, dolanışığına və təsərrüfatlarına ciddi təhlükə törədən sianid süni göllərinə qarşı etiraz edirlər. [19]