Azərbaycanda Fransız İnstitutu (fr. Institut Français d'Azerbaïdjan) — bütün dünyadakı Fransız İnstitututları şəbəkəsinə qoşulmuş mədəniyyət mərkəzidir[1].
Azərbaycanın bir çox nazirlərinin və Fransa parlamenti nümayəndələrinin iştirakı ilə 11 aprel 2005-ci il tarixində rəsmi açılışı olmuşdur[2].
Bakıdakı frankofonların görüş yeri olan bu mərkəz, fransız dilində danışmaq, Fransanı və Fransa mədəniyyətini yaxından tanımaq istəyənlərin üzünə açıqdır[1].
Bu İnstitutun əsas hissəsi olan Mediatekada, mədəni fəaliyyətlərə həsr olunan tədbirlər – sərgilər, konfranslar, animasiyalar və s. təşkil edilir[1]. Fransız İnstitutu həmçinin şəhərin müxtəlif yerlərində də bədii və mədəni tədbirlər təşkil edir[1].
İnstitutunda Fransız dili kursları müasir materiallarla təmin olunmuş dərs otaqlarında keçirilir[1].