Le Carrefour

"Le Carrefour" (azərb. "Yol qovşağı"‎) — Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan<ref name="xeberle.com">

Le Carrefour
Növ Gündəlik ictimai-siyasi qəzet
Format A3
Təsisçi Zeynəb Kazımova
Baş redaktor Zeynəb Kazımova
Yaranma tarixi 2007
Dil fransız dili
Ünvan Bakı
www.lecarrefour.az

"Le Carrefour" qəzetinin ilk sayı 2007-ci ilin iyul ayında çıxıb. Belə ki, 2007-ci il may ayının 14-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınan qəzet oxucularının görüşünə ilk dəfə iyul ayında gəlib.

Qəzetin təsisiçisi və baş redaktoru Zeynəb Kazımovadır.

Əsas məqsədi

[redaktə | mənbəni redaktə et]

Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan-Fransa arasındakı əlaqələrin inkişafına töhfə vermək, Azərbaycan haqqında fransızdilli oxuculara məlumat verməklə ölkəni tanıtmaq və xalqın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir. Qəzet özünün ilk sayından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində oxucu kütləsinə çatdırır. Qəzet Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızlari və ümumilikdə, əcnəbiləri ölkədə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, həmçinin Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb[1].

Qəzetin Fransanın Azərbaycandakı səfirliyi və fransızdilli digər ölkələrin səfirlikləri, ölkədəki xarici şirkət və beynəlxalq təşkilatların yerli ofisləri ilə əlaqələri var. Yeganə fransızdilli qəzet olmaqla bərabər, bu nəşr həm bir sıra ali təhsil müəssisələrinin fransız dili üzrə müəllim və professor heyəti, o cümlədən tələbələri, bu dili öyrənən gənclər arasında çox maraqla qarşılanıb[1].

Hazırda qəzetin 110 ölkənin mediasını birləşdirən və baş ofisi Parisdə yerləşən Beynəlxalq Fransızdilli Mətbuat Birliyi və Fransanın TV5 Monde kanalı ilə əlaqələri var[1].

"Le Carrefour" qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə 2008 və 2012-ci illərdə "Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri" mövzusunda Azərbaycan Mətbuat Şurası ilə birgə iki dəfə dəyirmi masa təşkil edilib. Eyni zamanda, 2016-cı ilin yanvar ayında qəzetin təşəbbüsü ilə Jurnalist Qadınlar Assosiasiyası ilə birgə Azərbaycanın ilk şəhid qadın jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günü ilə əlaqədar olaraq tədbir təşkil olunub. 2016-cı ilin aprel ayının 19-da Azərbaycan Dillər Universitetində sözügedən ali təhsil müəssisəsinin İctimaiyyətlə əlaqələr departamenti ilə birgə "Le Carrefour" qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə "Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə" mövzusunda konfrans keçirilib[1].

2016-cı ilin əvvəlində qəzetin saytı – www.lecarrefour.az fəaliyyətə başlayıb və fransızdilli ölkələrdən olan oxuculara Azərbaycan haqqında öz oxucuları üçün maraqlı ola biləcək gündəlik məlumatlar verilir[1].

  1. 1 2 3 4 5 Sitat səhvi: Yanlış <ref> teqi; xeberle.com adlı istinad üçün mətn göstərilməyib

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]