Azərbaycandakı olimpiya idman komplekslərinin siyahısı
Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planına əsasən Olimpiya idman komplekslərinin tikintisi, Gənclər evlərinin tikintisi, Universal idman zallarının (üzgüçülük hovuzları, gimnastika, güləş, əl oyunları, açıq tipli idman meydançaları və digər idman təsisatları ilə birgə) tikintisi, “İmarət” stadionunun (futbol məktəbi, “Qarabağ” futbol klubu üçün köməkçi idman təsisatları ilə birgə) tikintisi nəzərdə tutulur.[3]
Layihələndirilməni Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Tikintiyə nəzarət isə Gənclər İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən ediləcək.
İdman obyektlərinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulub.[4]