Azadə Hüseynova (tam adı: Azadə Cəbrayıl qızı Hüseynova; 2 yanvar 1937 – 1 dekabr 2016) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor.[1]
Azadə Hüseynova | |
---|---|
Azadə Cəbrayıl qızı Hüseynova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | texnika üzrə elmlər doktoru |
Elmi adı | professor |
İş yeri | |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu |
Mükafatları |
Azadə Cəbrayıl qızı Hüseynova 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1959-cu ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakultəsini bitirdikdən sonra “SK” zavodunda (Sumqayıt şəhərində) işləmiş, 1960-cı ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiraturasına daxil olmuş, 1963-cü ildə dissertasiya işini müdafiə etmiş və kimya elmlər namizədi elmi dərəcəsini almışdır.
1963-cü ildən AMEA-nın Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitututunda kiçik elmi işçi, böyük elmi işçi və 1982-2016-cı illərdə “Avtomobil benzinləri” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.
1980-cı ildə “Xırda dispersli katalizator iştirakında katalitik krekinq prosesindən istifadə etməkə yükəkoktanlı etilləşməmiş avtomobil benzinlərinin alınma texnolgiyasının işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmlər doktoru elmi dərəcəsini almışdır.
1990-cı ildə “Qaz və yanacağın kimyəvi texnologiyası” ixtisası üzrə professor adına layiq görülmüşdür.
A.C. Hüseynova 2016-cı il dekabr ayının 1-də vəfat etmişdir.[2]
A.C. Hüseynovanin elmi fəaliyyəti neftkimyası və neft emalı sahəsində yeni tullantısız texnoloji proseslərin elmi əsaslarının işlənib hazırlanmasına və yüksəkoktanlı etilləşməmiş Aİ-93 benzininin alınmasının yüksəkeffektli texnologiyasının yaradılmasına, həmçinin avtomobil benzinlərinə yüksəkoktanlı əlavələrin alınmasına, ağır neft xammallarının emalı üçün yeni texnoloji sistemlərin və katalizatorların yaradılmasına yönəlmişdir.
A.C. Hüseynova az və yüksək kükürdlü vakuum distillatlarının əsasında birbaşa katalitik krekinq prosesinin özündə etilləşməmiş Aİ-93 benzininin alınmasına verilmiş patentin müəlliflərindən biridir. O, əsas rejim parametrlərini və xammalın karbohidrogen tərkibini dəyişmək yolu ilə etilləşməmiş Aİ-93 benzininin alınmasını proqnozlaşdırmağa imkan verən bu prosesin elmi əsaslarını işləyib hazırlamışdır. Bu proses H. Əliyev adına Neft Emalı zavodunda 2,9 mln. manat/il iqtisadi səmərə verməklə müvəffəqiyyətlə tətbiq olunmuşdur.
A.C. Hüseynovanın rəhbərliyi altında və onun bilavasitə iştirakı ilə seolittərkibli katalizatorların iştirakında alternativ xammalın (C1-C3 biratomlu spirtlər) və katalitik krekinq prosesindən alınan C3-C4 qazlarının əsasında avtomobil benzinləri üçün yüksəkoktanlı əlavələrin alınması texnologiyası işlənib hazırlanmış, tətbiq üçün H. Əliyev adına Neft Emalı Zavoduna təqdim edilmiş və tövsiyələr zavod tərəfindən qəbul olunmuşdur.
A.C. Hüseynovanın rəhbərliyi altında benzinin çıxımını atırmaq və aşağı keyfiyyətli avtomobil benzinlərinin motor xassələrini yaxşılaşdırmaq məqsədi ilə onların metanolla qarşılıqlı təsiri üzrə tədqiqatlar aparılmışdır. İşlənib hazırlanmış proses mövcud analoji proseslərdən onunla fərqlənir ki, təkrar emalın aşağı keyfiyyətli benzinlərinin keyfiyyətinin yaxşılaşdırılması onların ehtiyatlarının qeyri neft mənşəli xammaların hesabına artması ilə müşayiət olunur.
A.C. Hüseynova tərəfindən yaradılmış ağır neft qalıqlarının emalı prosesi çox böyük əhəmiyyətə malikdir. Bu proses ağır neft qalıqlarından (mazut, qudron) nəinki mühərrik yanacaqlarının alınmasını, həmçinin tərkibində 90 %-ə qədər hidrogen olan qazın alınmasını da təmin edir. Prosesin işlənməsi zamanı müəyyən olunmuşdur ki, ağır neft qalıqlarının tərkibində olan və istifadə edilən dəmir oksid katalizatorunun səthinə çökən vanadium və nikel (V, Ni) metallarını legirləyici əlavə kimi effektli istifadə etmək mümkündür və bu praktiki olaraq müxtəlif növ neft qalıqlarının (kükürdlü, yüksəközülü) emalına imkan yaradır.
A.C. Hüseynova tərkibində zəif birləşmiş hidrogen atomu olan birləşmələrdən hidrogenin foto və termokatalitik yolla alınması üzrə tədqiqatlar aparmışdır. İlk dəfə üzvi birləşmələrdən hidrogenin alınması üçün volframın polibirləşmələrinin məhlulları əsasında fotosistemlər işlənib hazırlanmışdır. İşlənib hazırlanmış proses öz göstəricilərinə görə ən yaxşı xarici analoqlarından üstündür. O, əmtəə benzinlərinin tərkibində benzolun miqdarını azaltmaq və dünya standartları səviyyəsinə qədər endirmək məqsədi ilə birbaşa distillə benzinindən riforminq prosesində benzol əmələ gətirən fraksiyanı (q.b.-90 °C) ayırıb, hidroizomerləşmə prosesinə uğratmışdır. Həmçinin riformiq benzinindən ayrılmış benzol saxlayan fraksiyanı (q.b.-90 °C) katalitik krekinq prosesindən alınan butan-butilen fraksiyası ilə alkilləşdirərək riforminq benzininin tərkibində benzolun miqdarını 0,8 %-ə endirmişdir. O, həmçinin mühərrik yanacaqlarının ehtiyatını artırmaq məqsədi ilə ilkin xammal kimi aşağı keyfiyyətli kokslaşma benzinini hidrogenləşdirdikdən sonra riforminq prosesi üçün xammal kimi istifadə olunmasını da təklif etmişdir.
Onun rəhbərliyi altında və bilavasitə iştirakı ilə ümumi kükürdün miqdarını əmtəə benzinlərinin tərkibində aşağı salmaq (30 ppm-ə qədər və daha aşağı) məqsədi ilə yeni sənaye katalizatorlarından istifadə etməklə katalitik krekinq benzininin hidrokükürdsüzləşdirilməsi prosesinin (2-təbəqəli katalitik sistem sistem) texnologiyası işlənib hazırlanmışdır. Işlənib hazırlanmış texnologiya katalitik krekinq benzinində ümumi kükürdün miqdarını 25-20 ppm-ə, ən zəhərli və korroziya yaradan merkaptan kükürdünün miqdarını isə 5-3 ppm-ə qədər aşağı salmışdır. O, katalitik krekinq benzinində ümumi kükürdün miqdarını daha da aşağı salmaq üçün tərkibində dəyişkən valentli metallar olan heterogen katalizatorların iştirakında hidrogen-peroksidlə oksidləşdirici kükürdsüzləşdirmə prosesinin texnologiyasını da təqdim etmiş və oktan ədədini aşağı salmadan kükürdsüzləşdirmə dərəcəsini 86 %-ə çatdırmışdır.
Onun bilavasitə iştirakı ilə Beynəlxalq bankın spesifikasiyasına uyğun Azərbaycan üçün tövsiyə olunan yüksək oktanlı Aİ-92 benzininin alınma texnologiyası üzrə tövsiyələr işlənib hazırlanmış və təqdim olunmuşdur.
A.C. Hüseynova 260-dan çox elmi əsərin, o cümlədən 24 müəlliflik şəhadətnaməsi və ABŞ, AFR, İngiltərə, Kanada, Fransa, Yaponiya patentlərinin müəllifidir. Onun rəhbərliyi altında 16 elmlər namizədi və 2 elmlər doktoru müdafiə etmişdir.