Azadə Rüs­tə­mova

Azadə Cəfər qızı Rüstəmova (18 iyul 1932, Bakı, Azərbaycan SSR, SSRİ — 19 aprel, 2005, Bakı, Azərbaycan) — Azərbaycansovet şərqşünası və ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü. Təxminən 300 məqalənin, həmçinin 20 kitabmonoqrafiyanın müəllifi.[2][3]

Azadə Rüs­tə­mova
Azadə Cəfər qızı Rüstəmova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahələri şərqşünaslıq, ədəbiyyatşünaslıq
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı professor
İş yeri AMEA Ədəbiyyat İnstitutu
Alma-mater Bakı Dövlət Universiteti;
REA Şərqşünaslıq İnstitutu
Təhsili
Elmi rəhbəri Yevgeni Bertels
Tanınmış yetirməsi Teymur Kərimli[1]
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1982 "Şərəf nişanı" ordeni — 1971

Həyatı[redaktə | mənbəni redaktə et]

Azadə Cəfər qızı Rüstəmova 1932-ci il iyulun 18-də Bakı şəhərində anadan olmuşdur.[4]

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini (1951) bitirmiş, keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspirantı (1953–1956) olmuşdur.

Filologiya üzrə namizədlik (1956), doktorluq (1971) dissertasiyaları müdafiə etmiş, professor (1990) elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi (1957), şöbə müdiri (1961–1991) vəzifələrində çalışmışdır.

Orta əsrlər Azərbaycan şeirinin tarixi-nəzəri səpkidə araşdırılması, həmin dövr ədəbiyyatımızın janr, metod və üslub xüsusiyyətləri, folklor əlaqələri, varis və irs problemi, klassik sənətkarlarımızın humanist-bəşəri ideyalarının, dini və sufi-panteist fikrin poeziyadakı təcəssümü və b. məsələlər alimin tədqiqatlarında öz elmi həllini tapmışdır. O, 15-dən artıq kitabın, 300-ə qədər məqalənin, o cümlədən, "Azərbaycan epik şeirinin inkişaf yolları (XII–XVII əsrlər)" (1977), Nizami Gəncəvi (həyatı və sənəti)" (1979), "Klassik Azərbaycan poeziyasında qəzəl. Janrın tarixi və poetikası" (1990), "Mütəfəkkir Mövlana Füzuli" (1996), "Nizami və onun poeziya sələfləri" (2001) və b. əhəmiyyətli tədqiqatların müəllifidir. Həmçinin, Türkiyədə nəşr olunan 30 cildlik "Türk xalqları ədəbiyyatı ensiklopediyası"nın "Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı" hissəsini yazmışdır. Xaricdə yaşayan azərbaycanlılar üçün yazılmış "Azərbaycan ədəbiyyatı (müxtəsər oçerk)" kitabının (2003), nəşr edilməkdə olan çoxcildli "Azərbaycan ədəbiyyatı tarixi"nin II, III cildlərinin müəlliflərindən biridir.[4]

Görkəmli alim Əməkdar elm xadimi fəxri adına layiq görülmüş (1982), "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir (1971).

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Azadə Rüstəmova 2005-ci il aprelin 19-da Bakıda vəfat etmişdir.[4]

Bəzi işləri[redaktə | mənbəni redaktə et]

  • Füzuii yaşayır. (Vəfatının 400 illiyi münasibətilə) // Azərbaycan müəllimi. — 1958. — 6 aprel
  • Nizami və Füzuli "Leyli və Məcnun"ları. (Füzulinin 400 illiyi münasibətilə // Ədəbiyyat və incəsənət. — 1958. — 12 aprel.
  • Füzulinin lirikası // Bakı. — 1958. — 14 avqust
  • Füzuli "Leyli və Məcnun"unda qadına münasibət // Azərbaycan qadını. — 1958. — № 7.- S. 16–17.
  • Füzulinin "Leyli və Məcnun" poemasının ideya-bədii xüsusiyyətləri // Məhəmməd Füzuli. Elmi-tədqiqi məqalələr. — Bakı: Azərnəşr, 1958.-S. 139–173
  • Vidadinin irsi və onun nəşri tarixindən // Azərbaycan SSR EA Xəbərləri. İctimai elmlər ser. — 1960. — № 4. — S. 113–121.
  • Fələki irsinin öyrənilməsi tarixindən // Azərbaycan SSR EA Xəbərləri. İctimai elmlər ser. — 1961. — № 3. — S.87–92.
  • Низамиведение: достижения и задачи // Известия Академии наук Азербайджанской ССР. Bakı. 1987. S. 49–60.
  • Fələki Şirvani // Академия наук Азербайджанской ССР. Институт литературы имени Низами. Bakı: Элм. 1987. S. 78.
  • Азербайджанская литература : краткий очерк для азербайджанской диаспоры. Bakı: Элм. ред.: Б. А. Набиев, Т. Г. Керимли. 2005. 456. ISBN 5-8066-1788-3.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ədəbiyyatşünas alimin 75 illiyi qeyd olunmuşdur // modern.az (3). — 2007. may.
  2. Hidayətqızı S. Elmimizin Azadə Rüstəmova səhifəsi: parlaq, zəngin və mənalı // 525-ci Qəzet (30). — 2013. aprel.
  3. Xəlilzadə F. Tarixi-poetik həqiqətlərə sadiqlik // Kaspiy (17-19). — 2014. may. — S. 16.
  4. 1 2 3 "Rüstəmova Azadə Cəfər qızı". Science.gov.az. 2 dekabr 2018 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]