Bertels Yevgeni Eduardoviç (13 (25) dekabr 1890[1], 25 dekabr 1890[1] və ya 1890[2], Sankt-Peterburq[3] – 7 oktyabr 1957[3][4][…] və ya 1957[2], Moskva[3]) — şərqşünas. SSRİ EA müxbir üzvü (1939), Özbəkistan (1944) və Tacikistan əməkdar elm xadimi (1946). İran EA (1944) və Ərəb EA (Dəməşqdə) müxbir üzvü (1955). SSRİ Dövlət mükafatı laureatı (Nizami yaradıcılığı ilə bağlı tədqiqatlarına görə, 1948).
Yevgeni Bertels | |
---|---|
rus. Евгений Эдуардович Бертельс | |
Doğum tarixi | 13 (25) dekabr 1890[1], 25 dekabr 1890[1] və ya 1890[2] |
Doğum yeri | |
Vəfat tarixi | 7 oktyabr 1957[3][4][…] və ya 1957[2] |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | şərqşünaslıq, İranşünaslıq, türkologiya |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
1920-ci ildə Petroqrad Universitetinin Şərq dilləri fakültəsini bitirmiş, ömrünün sonunadək SSRİ EA Şərqşünaslıq İn-tunda (1930 ilədək SSRİ EA Asiya Muzeyi) işləmişdir. Y.Bertels fars, tacik və bir sıra türkdilli xalqların ədəbiyyat tarixi sahəsində görkəmli mütəxəssis olmuşdur. Sufizm və sufi ədəbiyyatına, Firdovsi, Sədi, Cami, Nəvai və b. klassiklərin yaradıcılığına, Yaxın və Orta Şərq xalqlarının mədəniyyət tarixinə həsr olunmuş əsərlərin müəllifidir. "İslam Ensiklopediyası"nın fəal müəlliflərindən olmuşdur.
Y.Bertels Firdovsinin "Şahnamə", Nizaminin "İsgəndərnamə" (Ə.Əlizadə ilə birlikdə) əsərlərinin elmi-tənqidi mətnini hazırlamış, mətnşünaslığa dair nəzəri məqalələr yazmışdır. Y.Bertels Azərb. ədəbiyyatının tədqiqi sahəsində də böyük iş görmüş, Nizami, Xaqani və Füzulinin yaradıcılığının tədqiqi ilə ardıcıl məşğul olmuşdur. Y.Bertels SSRİ-də Nizamişünaslığın banilərindəndir. Bir çox əsəri Şərq və Qərbi Avropa dillərinə tərcümə olunmuşdur. Y.Bertelsin şəxsi kitabxanası Azərb. SSR EA kitabxanasına verilmişdir. Əsərləri: "Böyük Azərbaycan şairi Nizami" (1958); "Nizami və Füzuli" (1962).
Faktlara münasibətdə Yevgeni Eduardoviç Bertelsin əsərləri özünün incəliyi, korrektliliyi, yüksək professionallığı və səlahətliliyi, zərif filoloji və mövzunun analiz olunması baxımından digərlərindən fərqlənir. Fars, tacik və bir sıra türkdilli ədəbiyyatların mahir bilicisi kimi o, ayrı-ayrı vaxtlarda qırx il ərzində Leninqrad Universitetində, Leninqrad şərq dilləri institutunda, Orta Asiya Dövlət universitetində, Moskva şərqşünaslıq institutunda dərs demiş və SSRİ Elmlər Akademiyasının Asiya muzeyinin elmi işçisi vəzifəsində çalışmışdır. Tədris işi ilə bərabər Y.E. Bertels Şərq xalqlarının ədəbiyyatının öyrənilməsi işində böyük zəhmət çəkmiş və şərq filologiyası sahəsində üç yüzdən çox samballı elmi işləri bizlərə töhfə vermişdir. Rus şərqşünaslıq tarixində şərq dillərini geniş mənimsəmə sayəsində o, sərbəst olaraq təkcə fars – tacik dillərini deyil, ərəb və bir neçə türkdilli (özbək, türkmən, azərbaycan və türk) ədəbiyyatların tədqiqatlarını həyata keçirirdi.
1929-1930-cu illərdən başlayaraq Bertelsin elmi yaradıcılığında bir neçə tədqiqat mövzuları müəyyən edilir. Hər bir mövzu onun tərəfindən müxtəlif xarakterli elmi işlərdə uzun illər boyu tətqiq edilmişdir. Söhbət fars tacik ədəbiyyatından, Nizami yaradıcılığından, sufizmdən, Nəvai və onun müasirlərinin yaradıcılığından, necə deyərlər qerat şairlərindən, eləcə də iran və türk filologiyasına aid olan ümumi məsələrdən gedir. Vacib məqamlardan biri də odur ki, Bertels Şərq xalqlarının ədəbiyyatlarının öyrənilməsini, əsrlər boyu iqtisadi və siyasi şəraitdən doğmuş, qarşılıqlı mədəni və ədəbi əlaqələri nəzərə almadan təsəvvürünə gətirə bilmir.
Özünün "Orta Asiyada fars dilində ədəbiyyat" adlı elmi işində Bertels iri həcmli faktiki materiallara əsaslanaraq, şərq klassiklərinin bir-biri ilə sıx əlaqəsini və eləcə də onların nadir yaradıcılıqlarını açıqlayır. Adı çəkilən tədqiqatda alim, fars və müxtəlif türk dillərində yaradan iyirmidən cox müəllifin qəzəllərinin, qəsidələrinin, beytlərinin, məsnəvilərinin və kıtlarının müqayisəli analizini aparır. Onların içərisində Rudaki, Abu Şükür Bəlxi, Şəhid Balxi, Dəqiqi, Firdovsi, Ünsuri, Fərruxi, Minuçixri, Xəqani, Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Sənani, Cəlaləddin Rumi, Əlişir Nəvai, Əbdül Rəhman Cami, Füzuli və b. var idi. Bertels yazırdı: "… fars ədəbiyyatının ayrı-ayrı hissələrinin bir-biri ilə bağlılığına baxmayaraq, onu bütün inkişafı boyu bütün coğrafi və xronoloji baxımdan heç bir vəclə absolyut olaraq eyni şəkilli qəbul etmək olmaz. Onun yayıldığı müxtəlif sahələrdə, böyük təsadüflər nəticəsində böyük fərqlər ortaya çıxıb ki, bunu da baş verən müxtəlif tarixi proseslərlə əlaqələndirmək olar".[5]. Daha sonra alim əlavə edir: "Fars ədəbiyyatı demək olar ki, dörd regionda yayılıb ki, bunların da hər biri özünün spesifik xassəsilə fərqlənir: 1. Zaqafqaziya (Aran, Şirvan, Gürcüstan, Ermənistan); 2. Orta Asiya (Xorəzm, Buxara, Xorasanın hissələri, Fərqanə, Balx, Qazna); 3. İran (fars İraqı, Xəzəryanı, Fars, Həmədan, Sistan); 4. Hindistan".[6]. Bertelsin fikrincə şairlərin yaradıcılıqlarının spesifik xassəsi ilk növbədə mövzu seçimində, dilin fərdiliyindədir ki, bunu da misal gətirilən məişət detalları, mənzərə rəsmləri təsdiqləyir. Tam aydındır ki, "Nizami və Xəqaninin xarakterik cəhətləri yalnız Zaqafqaziyada inkişaf edə bilərdi… məhz bu cür Əmir Xosrovun yaradıcılığı Hindistanın Türkiyəyə aid olan sahəsinin xarakterik şəraitini əks etdirir…".[7]. Bu prizmadan baxan rus şərqşünası Şərq şairlərinin yaradıcılıqlarına həsr olunmuş monoqrafiyaları, məqalələri, resenziyaları yazır.
1934-cü ildən etibarən rus iranistikası, türkologiyası, ərəbistikası Firdovsi, Nizami, Nəvai və Avisennanın yübileylərinin keçirilməsinə böyük diqqət yetirir. Bu yübileylərin hər birinin keçirilməsində Bertelsin böyük əməyi var. Belə ki, 1935-ci ildə Firdousinin yübileyi ərəfəsində o, rus şərqşünaslığı tarixində ilk dəfə olaraq şairin həyat və yaradıcılığı haqda monoqrafiyasını çapdan çıxarır. Avropa və müasir iran alimləri tərəfindən Firdovsi haqqında apardıqları tədqiqatları dərindən analiz edən Bertels, məşhur şairin dövründə Səmənid Buxarasında yaranan bütün ədəbiyyatı dərindən tətqiq edir. Bu görülən işin sayəsində alimin – "Buxarada fars poeziyası" adlanan daha bir elmi əsəri ortaya çıxır ki, burada iranistikada ilk dəfə olaraq orta əsr farsdilli ədəbiyyat materiallarına müasir ədəbiyyatşünaslığın analizinin verilməsi təcrübəsi həyata keçirilir.
1939-cu ildən Bertelsin Nizaminin, 1940-cı ildən isə Nəvainin həyat və yaradıcılıqları haqqında elmi əsərlər çap olunmağa başlayır.
Nizami mövzusu Bertelsin elmi yaradıcılığının mərkəzi kimi adlana bilər. Ona ali¬min ən çox əsərləri həsr olunub və bununla da Nizami və onun dövrünün öyrənilməsi işin¬dəki əsas məsələ müəyyən dərəcədə həll olunmuş olub. Alim Nizaminin poema¬la¬rının mətinlərinin həqiqi olmasını müəyyən etməkdən üçün çox nəhəng olan tekstoloji iş aparmış, hər beş poemanın (çapdan buraxılıb: "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Şərəfnamə", "İqbalnamə") elmi tənqidçisi olmuş və nəhayət "Şərəfnamə"-nin elmi tərcüməsini həyata keçirmişdir. Tekstoloji işinin konsepsiyasını o, "Nizaminin mətnləri üzərində iş" adlı məqaləsində açıqlamışdır.[8].
Y.E.Bertelsə Nizami irsinin tədqiqatını apararkən, konkret tarixi metodlardan istifadə edir və bununla da görkəmli azərbaycan şairinin əsərləri ilə ondan əvvəlki və onun müasirlərinin yaradıcılıqları ilə sıx əlaqəni aşkar edir. Alim "Orta əsr şərq ədəbiyyatında fars dilində yazılan və özünün dəst-xətti olan Azərbaycan poeziyası mövcuddur" sözlərini deməklə əsl həqiqəti ilk dəfə olaraq açıqlayır.[9] Nəvai mövzusu üzərində işi Y.E.Bertels, Nizami mövzusu ilə paralel aparır. Nəvai ədəbiyyatı, ondan əvvəl yaşayan və onun müasirlərinin əsərlərinin təhlili yekun monoqrafiyanın yazılmasına gətirib-çıxarır ki, bu da müəllifin özünün dediyi kimi şairin "yaradıcı təcrübə tərcümeyi-halı" kimi təqdim oluna bilər.
Y.E.Bertelsə Nəvainin müasiri və dostu Əbdar Rəhmani Cami haqqında yazılan monoqrafiya və müsəlman orta əsr dövründə İskəndər haqqında romandakı tarixi şəxslərin tədqiqatı işi də məxsusdur. "İskəndər haqqında roman və onun başlıca Şərq versiyaları" işi qarşılıqlı ədəbi əlaqələrin birbaşa diaxronik tədqiqatının nümunəsi olmaqla yanaşı, Yaxın və Orta Şərq xalqlarının mədəni həyatında böyük rol oynamışdır. Y.E.Bertels romandakı çoxsaylı versiyaları müqayisə edərək, elmə farsdilli Hind şairi – Xosrov Dəhlavi haqda təmamilə yeni bir materialı daxil edir.
Məşhur rus şərqşünası uzun illər ərzində özünün fars dilində ədəbiyyat tarixi konsepsiyasını təkmilləşdirirdi. Onun nəzəriyyəsində ən vacib problemlərdən biri fars və türkdilli ədəbiyyatçıların müqayisəsini aparmaq işi idi. "Fars-tacik ədəbiyyatı tarixi" əsərinin müqədiməsində o, yazırdı: "Necə deyərlər klassik dildə, yəni dar və ya fars dilində olan ədəbi irsə, hər halda hər iki xalqın (fars və tacik) ixtiyarı var, və bu ədəbiyyatı bir xalqın adı ilə bağlamaq cəhdi digərinə qarşı ədalətsizlik kimi qiymətləndirilə bilər".[10] Bununla belə Y.E.Bertels, ayrı-ayrı süjet xəttlərinin, – poetik obrazların, metoforların, fəndlərin, metr sayı və s. yalnız müqayisəsi ilə kifayətlənmir. O, şərq yazıçılarının yaradıcılıqlarının üslub xassələrini müəyyən edərkən, onların əsərlərindəki xalq mənbəinə yüksək əhəmiyyət verir. Alim tərəfindən klassik fars poeziyasına verilən nəticəni, rubainin şifahi xalq ədəbiyyatı ilə əlaqəsinə və ürəkləri fəth edən sufi lirikası xalq mahnılarına olan məhəbbətdən irəli gəlir kimi fikrə ünvanlandırmaq lazımdır. Burada fövqəladə vacib olan bir məqamı qeyd olunur, bu da ondan ibarətdir ki, "… artıq X əsrdən başlayaraq fars-tacik ədəbiyyatlarında iki ayrı-ayrı axının yaranması halı sezilməyə başlayır: özündə ərəb ədəbiyyatının təsirini hiss edən saray poeziyası və qədim xalq ənənələrini qoruyub-saxlayan və inkişaf etdirən poeziya".[11]
Burada Y.U.Bertelsin hər bir xalqın milli məsələyə, milli qürura olan münasi¬bə¬tinə aid hər bir şeyə prinsipial şəkildə yanaşmasını qeyd etmək lazımdır. Şərq ədəbiy¬yatının filoloji əsaslarının öyrənilməsinə həsr edilmiş bir məqalədə o yazır: "… olanı, bir xalqdan digərinə keçdiyi səbəbdən rədd etmək, yalnız reallıqla hesablaşmamaq şərtilə mümkündür, təsir əlbəttə ki nəzərə alınmalıdır, lakin düşünmək olmaz ki, bu açar hər bir qıfılı aça bilər və elmi işin mənası təmamilə bununla bağlıdır. İqtibas prosesinin özü yox, onun vacibliyi, götürülən materialın yeni şəkildə təqdim olunması maraq doğurur".[7].
Müasir şərqşünaslıq – XIX əsrin sonu və XX əsrin əvvəllərində rus elminin yarat-dığı ən gözəl irs kimi dəyərləndirilir. Keçmiş rus şərqşünasları, bir qayda olaraq, Şərq xalqlarının mədəni irsinin təhlilinə müraciət edərkən, əsas fikri nəzəri ümu¬miləşmələrdən qaçınaraq fikirlərini faktların dəqiq təqdim olunmasında, bədii analizin aparılmasında cəmləyirdilər. XX əsrdə ölkəşünaslıqla bərabər, şərq ölkələrinin ümumi qanunauyğunluqları, siyasi, iqtisadi, mədəni inkişafı da dərindən tətqiq edilir. XX əsrin ikinci yarısında alimlər təkcə ayrıca götürülmüş bir mədəniyyətin analizini aparmaqdan çəkinərək, region həcmində və hətta daha geniş – aləm masştabında ümumi inkişaf kontekstində bir-biri ilə bağlı mədəniyyətlərin təhlilini həyata keçirirlər.