Azadə Taleh Abbasqızı

Hacı Azadə Taleh Abbasqızı (Hüseynova) (26 fevral 1964, Kirovabad7 mart 2023[1], Bakı) — şair, publisist, həkim-jurnalist. Prezident təqaüdçüsü. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin idarə heyətinin üzvü (1995). Avropa Kardioloqlar və Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvü idi. 1998-ci ildə Yeni Azərbaycan Partiyasının üzvü olub. 2017-ci ildən Avrasiya Sanat Kultur və Bilim Fedarasiyonuna Azərbaycan təmsilçisi seçilmişdir. 2014-cü ildən Rusiya, Dağıstan, Dərbəndə fəaliyyət göstərən "Gülüstan" Ədəbiyyatçılar ittifaqının üzvü olmuşdur. Gürcüstan-Azərbaycan Ziyalılar Birliyinin fəxri üzvü. Gürcüstan Azərbaycanlıları Jurnalistlər Birliyinin üzvü idi.[2] "Qafqaz-Press" qəzeti, "Qanqal" qəzeti, "Hakimiyyət və zaman", və "Kardioloqiya" jurnallarının təsisçi və baş redaktoru olub. "Borçalı" qəzetinin və eyni adlı jurnalın baş redaktoru. "Qafqaz-Media" İctimai Birliyinin sədri və Qafqazmedia.az saytının rəhbəri olub.[3][4]

Azadə Taleh Abbasqızı
azərb. Hacı Azadə Taleh Abbasqızı (Hüseynova)
Doğum tarixi 26 fevral 1964(1964-02-26)
Doğum yeri
Vəfat tarixi 7 mart 2023(2023-03-07)[1] (59 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Həyat yoldaşı Cavanşir Vahabov
Uşağı Taleh Cavanşiroğlu
Atası Abbas Hüseynov
Anası Zenfira Hüseynova
Təhsili
Fəaliyyəti şairə, publisist, kardioloq, jurnalist
Üzvlüyü

Həyatı[redaktə | mənbəni redaktə et]

Hacı Azadə Taleh Abbasqızı — Soy kökü Ulu Borçalıya bağlıdır. Atası Sarvanın (Qasımlı), Anası (Sadaxlı) köyünə bağlıdır. 1964-cü il fevralın 26-da Gəncə şəhərində anadan olmuşdur.

Təhsili[redaktə | mənbəni redaktə et]

1 saylı Gəncə şəhər orta məktəbini qızıl medalla bitirdikdən sonra N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə-profilaktika fakültəsinə daxil olub.
1985–1987-ci illərdə Tələbə Elmi Cəmiyyətinin üzvü olub.
1988–1989-cu illərdə M. Qədirli adına Hövzə-klinik xəstəxanasında interna keçib.
1992-ci ildə 13 saylı Bakı şəhər xəstəxanası poliklinikasında sahə həkimi olmuş, eyni zamanda kardiologiya üzrə tam kurs keçmişdir.
1992–1994-cü illərdə Ə. Əliyev adına II terapiya kafedrasında klinik-ordinaturanı bitirdikdən sonra baş laborant işləyib.
2002–2005-ci illərdə Kliniki kardiologiya, 2005-ci ildə Allerqologiyanın aktual məsələləri ixtisaslaşdırma və təkmilləşdirmə kursu keçib. Tibb üzrə fəlsəfə doktorudur.

Tibbi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1989–1992-ci illərdə 13 saylı Birləşmiş Şəhər Xəstəxanasında sahə həkimi kimi çalışıb.
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının həkimi — assistenti işləyib.
19–21 yanvar 1990-cı il tarixində 2 yaşlı oğlu Talehlə növbədə qalıb, terapevt olduğu halda cərrahı əvəz edib. Avropa Kardioloqlar və Azərbaycan Kardioloqlar cəmiyyətinin üzvüdür.

Jurnalistika fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Ədəbi yaradıcılığa erkən başlayan Azadə xanım ilk qələm təcrübələrini 1984–1988-ci illərdə "Tibb kadrları uğrunda" qəzetində çap etdirib.
1984–1988-ci illərdə ATİ-də İctimai İxtisaslar fakültəsində xüsusi jurnalistika kursu keçərək jurnalist ixtisasına da yiyələnib.
1994-cü ildə "Səhər" qəzeti redaksiyasında şöbə müdiri olmuşdur.
1996-cı ildən "Borçalı" qəzetinin və eyni adlı jurnalın baş redaktorudur.
2002-ci ildən"Kardiologiya", "Hakimiyyət və zaman" jurnallarının təsisçisi və naşiridir.
2003-cü ildən "Qafqaz Media" Ictimai Birliyinin sədri, "Qafqaz Press" qəzetinin təsisçisi və baş redaktoru.

2018-ci ildən Xalq TV və QafqazMedia TV-nin direktoru idi.

Mükafatları[redaktə | mənbəni redaktə et]

200-dən artıq fəxri fərman və diplomlarla təltif olunub, Dünyanın 32 ölkəsində olub, 20-yə yaxın xarici dövlətlərdə müxtəlif diplomlara layiq görülüb. Dünyanın 16-dan çox Ədəbiyyat antologiyalarında şeirləri çap olunub. Əsərləri rus , ingilis, gürcü, alman, özbək, fars, ərəb dillərinə tərcümə olunub.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 2007-ci il 12 mart tarixli 2023 nömrəli sərəncamına əsasən "Prezidentin xüsusi təqaüdünə" layiq görülmüşdür.

Azadə Taleh Abbasqızı 7 mart 2023-cü ildə vəfat etmişdir.[5]

Elmi işləri[redaktə | mənbəni redaktə et]

Bir patentin, bir səmərələşdirici təklifin, 2 metodik tövsiyənin, 60-a yaxın elmi məqalənin, bir dərsliyin müəllifidir. Növbəti dərslik çapa hazırdır.

İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Rəhbərlik etdiyi "Qafqaz Media" Ictimai Birliyi yarandığı gündən bu günə qədər 450-ə yaxın tədbir keçirib ki, bunun 400-ü xeyriyyə tədbiri olub.

Kitabları[redaktə | mənbəni redaktə et]

Hacı Azadə Taleh Abbasqızı Ulu öndər Heydər Əliyevlə (2002)
Hacı Azadə Taleh Abbasqızı Prezident İlham Əliyevlə (2005)
Azadə Taleh Abbasqızı Gürcüstanın mərhum eks prezidenti Eduard Şeverdnadzeyə kitablarını və Borçalı qəzetini təqdim edərkən (2000)
  • "Nə yaxşı ki, dəniz varmış" (1999)
  • "Borçalı lətifələri" (2000)
  • "Taleyim mənim, Talehim mənim" (2000)
  • "Dədə Qorqudda Borçalı izləri" (2001)
  • "Tənha ağac" (2002)
  • "Sənsiz" (2002, şeirlər)
  • "CO metal və canlı orqanizm" (2003, dərslik)
  • "Otçizni ya svoey Azada" (2003)
  • "Xalqları birləşdirən şəxsiyyətlərdir" (2004)
  • "Hikmət xəzinəsindən incilər" (2005)
  • "Yaz" ingilis dilində" (2005)
  • "Həqiqətin təşnəsiyəm" (2006)
  • "Stokholm-Helsinki" (ingilis dilində) 2005)
  • "Unudarammı" (2006)
  • "Sənsiz" adlı şeirlərinə bəstələnmiş not kitabı (2006)
  • "90 let v stayu" (2007)
  • "Bu sevgi qəlbimə haqdan gəlibdi" (2008)
  • "Çiçəklərin söhbəti" (gürcü dilində, 2007)
  • "Borçalının ziyalı qadınları" (ensiklopedik toplu, 2008)
  • "Ele bil Məkkəyə nur ələnibdi" (2009)
  • "Dunya məni tanidinmi" (2010)
  • "Haqqin quluyam" (2011)
  • "Ətraf mülit və canlı orqanizm (2012, dərslik)
  • "Qızılgül" (2013, toplu)
  • "Azadə Taleh (seçilmiş əsərləri, I cild, 2014)
  • "Azadə Taleh (seçilmiş əsərləri, II cild, 2015)
  • "Azadə Taleh (seçilmiş əsərləri III cild, 2016)

Həsr edilən kitablar[redaktə | mənbəni redaktə et]

  • "Şuşalı, İ. Sən dünyanın taleyisən"
  • "Mahalqızı, E. Azadə Nağılı"
  • "Zeynaloğlu, C. Xeyirxah əməllər yolçusu"

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 https://modern.az/allahrehmetelesin/399620/azade-taleh-huseynova-vefat-edib/.
  2. "Hacı xanım Azadə Taleh Abbasqızı: "Qələm olmasa, gecələrim səhəri açmaz"…". 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  3. "Hacı Azadə Taleh Abbasqızı Əbədiyyət ağacının yarpaqları". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  4. "Ruhlar dindi, ürək susdu o gecə... - Hacı Azadə - Taleh Abbasqızı". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  5. Hacı Azadə Taleh Abbasqızı vəfat edib

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]