Azad Cabbarov

Cabbarov Azad Vaqif oğlu (14 aprel 1981, Şovu, Lənkəran rayonu) — Naxçıvan Muxtar Respublikasının sabiq gənclər və idman naziri, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sabiq sədri[1]

Azad Cabbarov
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri
18 iyun 2019 – 18 yanvar 2022
ƏvvəlkiSəbuhi Şahverdiyev
SonrakıVüqar Abbasov
bayraq
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri
bayraq2
1 iyul 2011 – 13 iyul 2021
ƏvvəlkiXəqani İsmayılov
SonrakıRamil Hacı
Şəxsi məlumatlar
Doğum tarixi 14 aprel 1981(1981-04-14) (43 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Cabbarov Azad Vaqif oğlu 14 aprel 1981-ci ildə Lənkəran rayonunun Şovu kəndində anadan olmuşdur. 1998–2002-ci illərdə "Naxçıvan" Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisasını bitirmişdir. 2002-ci ildə N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. 2006–2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır. 2010–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirmişdir. 2008-ci il oktyabrın 6-dan 11-dək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Azərbaycan Respublikasında gənclər siyasəti" proqramı üzrə qısamüddətli ixtisasartırma kursunda iştirak etmişdir.

2004–2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi təyinatlı əməliyyat taqımında polis vəzifəsində çalışmışdır. 2007–2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Əməliyyat şöbəsində inspektor-əməliyyat müvəkkili və şöbə rəisi vəzifəsində işləmişdir.

2008–2009-cu ilərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışmışdır. 2009–2011-ci il tarixinədək Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir müavini vəzifəsində çalışmışdır. 2011-ci il aprel–iyul aylarında Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyində nazir müavini olmuşdur. 1 iyul 2011-ci il tarixindən 13 iyul 2021-ci il tarixinədək Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri vəzifəsində çalışıb.[2] 18 iyun 2019-cu il tarixində keçirilən iclasda Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilib.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədridir. YAP Gənclər Birliyinin İdarə Heyətinin və YAP Naxçıvan MR Təşkilatının İdarə Heyətinin üzvüdür.

İdman sahəsində fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Milli Olimpiya Komitəsinin İdarə Heyətinin üzvüdür. Kikboksinq və budo idman növləri üzrə yüksək nailiyyətlər əldə etmişdir.

Ailəlidir, iki övladı var.

1 fevral 2019-cu ildə Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[3]

  1. "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında". 2018-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-01.
  2. "Nuhçıxan". 2021-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-13.
  3. "Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-02.