Vüqar Abbasov

Vüqar Zakir oğlu Abbasov (12 aprel 1974, Naxçıvan) — azərbaycanlı iş adamı, Cahan Holdingin prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri[1], Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin VI çağırış deputatı.

Vüqar Abbasov
Vəzifədədir
22 fevral 2020-ci ildən
Seçki dairəsi24 saylı Naxçıvan şəhər
ƏvvəlkiMəhərrəm Abbasov
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri
Vəzifədədir
18 yanvar 2022-ci ildən
ƏvvəlkiAzad Cabbarov
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri
Vəzifədədir
2014-cü ildən
Şəxsi məlumatlar
Doğum tarixi 12 aprel 1974(1974-04-12) (50 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti sahibkar, siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi iqtisadiyyat

Vüqar Zakir oğlu Abbasov 1974-cü il aprel ayının 12-də Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini 1981-ci ildə Naxçıvan şəhər 7 nömrəli orta məktəbdə başlamış və oranı 1991-ci ildə qırmızı attestatla bitirmişdir. Elə həmin ildə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinə qəbul olmuş, 1996-cı ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. 1998–2001-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq və iqtisadiyyat fakültəsində, 2001–2006-cı illərdə isə Hüquq fakültəsində təhsil alaraq hər ikisini qırmızı diplomla bitirmişdir.

2008-ci ildə AMEA İqtisadiyyat İnstitutunun dissertantı olmuş, xarici ölkələrdə 10-dan çox elmi əsəri çapdan çıxmışdır.

2016-cı ildə Regionda Sahibkarlığın İnkişafı üzrə elmi işini müdafiə edərək İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını almışdır.

Cahan Holdingin 1995-ci ildən təsisçisi və rəhbəridir.[2]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Vüqar Abbasov 9 fevral 2020-ci ildə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq 24 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Vüqar Abbasov 24 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3681-nin və ya 80,8%-nin səsini toplayaraq deputat seçilmişdir.[3]

Vüqar Abbasov 18 yanvar 2022-ci ildə Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının hesabat-seçki yığıncağında federasiyanın sədri seçilmişdir.[4] O bu vəzifədə Naxçıvan Muxtar Respublikasının sabiq gənclər və idman naziri Azad Cabbarovu əvəz etmişdir.[5]

  1. "Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyası". 2019-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-26.
  2. "Arxivlənmiş surət". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-09.
  3. Naxçıvan MR MSK. "Naxçıvan Ali Məclisinin deputatları". 22.02.2020. 01.05.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.08.2020.
  4. "Arxivlənmiş surət". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-09.
  5. "Arxivlənmiş surət". 2019-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]