Azay Əjdər oğlu Quliyev (23 iyun 1971, Vağudi, Sisian rayonu) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri (2021-ci ildən); Azərbaycan Respublikası Milli Məclisinin III[1], IV çağırış, V çağırış, VI çağırış və VII çağırış deputatı; ATƏT-in Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini (2013–2016); ATƏT PA-nın vitse-prezidenti (2016–2022)[2][3]; ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri (2017-ci ildən); Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının koordinatoru (2019-cu ildən); Azərbaycan Respublikası Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri (2020–2024); ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi (2021–2022); ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitəsinin sədri (2022-ci ildən); Özbəkistanda keçirilən Parlamet seçkilərində ATƏT-in Qısamüddətli Müşahidəçilər Missasının rəhbəri və Xüsusi Koordinatoru (2024); Siyasi elmlər üzrə fəlsəfə doktoru.
Azay Quliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 iyun 1971 (53 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Azay Quliyev 23 iyun 1971-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının, Qarakilsə rayonunun Vağudi kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. 1989–1991-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1992–1998-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1995–1996-cı illərdə Ankarada Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun "Beynəlxalq Dövlət İdarəçilik Proqramı"nda, 2010-cu ilin fevral-mart aylarında ABŞ-də Harvard, "Kennedy School"-da, "QHT Liderləri üçün Strateji İdarəetmə" proqramında iştirak etmişdir. 2007–2013-cü illərdə Bakı Dövlət Universitetinin Doktoranturasında təhsil almışdır.
İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var.
2005 və 2010-cu illərdə 46 saylı Şirvan seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.
2005-ci ildən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Azərbaycan – Çexiya, Azərbaycan — Estoniya, Azərbaycan — Türkiyə, Azərbaycan – Avstriya, Azərbaycan – Cənubi Afrika Respublikası, Azərbaycan – İsveçrə, Azərbaycan — Özbəkistan, Azərbaycan — Serbiya Parlamentlərarası İşçi qruplarının üzvü, Azərbaycan – Rumıniya Parlamentlərarası İşçi qrupun rəhbəridir.
2011–2014-cü illərdə Avronest Parlament Assambleyasının Sosial Məsələlər, Təhsil və Vətəndaş Cəmiyyəti Komitəsinin sədr müavini olmuşdur.
2015-ci ildə 8 saylı Binəqədi birinci Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.
2019-cu ildən Azərbaycan-Almaniya, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İspaniya və Azərbaycan-İtaliya Parlamentlərarası İşçi qruplarının üzvüdür.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[4]
2005-ci ildən ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür, 2005–2013-cü illərdə Böyük Britaniya, Ukrayna, Serbiya, Rumıniya, Rusiya, Belarus və Gürcüstanda keçirilən seçkilərdə ATƏT PA-nın seçki müşahidə missiyalarının üzvü olub. 2013–2016-cı illərdə bu qurumun Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, 2016–2022-ci illərdə ATƏT PA-nın vitse-prezidenti olub.
2016-cı ildə Monteneqroda keçirilən parlament seçkilərində ATƏT PA-nın Seçki Müşahidə Missiyasının rəhbəri olub,[5] 2016-cı ildə Şimali Makedoniyada keçirilən parlament seçkilərində ATƏT PA-nın Seçki Müşahidə Missiyasının rəhbəri olub,[6]
2017-ci ildə Qırğızıstan Respublikasında keçirilən prezident seçkilərində ATƏT-in Seçki Müşahidə Missiyasının xüsusi koordinatoru olub, 2017-ci ildə ATƏT PA-nın "İpək Yoluna Dəstək Qrupu"nun (Silk Road Support Group of the OSCE PA, SRG) yaradılmasının təşəbbüskarı olmuş və Qrupun sədri seçilmişdir. Qrupa hazırda ATƏT-in 27 ölkəsi üzvdür.[7]
2020-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəridir.
2021-ci ildə Albaniya Respublikasında keçirilən parlament seçkilərində ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri olub. ATƏT çərçivəsində 15-dən artıq ölkədə keçirilən seçkilərdə müşahidəçi olmuşdur.
2021–2022-ci illərdə ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə Xüsusi Nümayəndəsi olmuşdur.
2022-ci ildə Böyük Britaniyanın Birminhem şəhərində keçirilən ATƏT PA-nın illik sessiyasında İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Ümumi Komitənin sədri seçilmişdir.
Azay Quliyevin müəllifliyi ilə Milli Məclisdə 2 qanun qəbul edilib:
Azay Quliyevin müəllifi olduğu 4 qətnamə ATƏT-in Parlament Assambleyasında qəbul olunub:
Qətnamənin məqsədi iştirakçı dövlətləri və ATƏT inistutlarını milli QHT-lərin fəaliyyət imkanlarının genişlənməsi, inkişafı, ölkələri daxilində qərar qəbuletmə prosesində yaxından iştirak etməsi üçün əlverişli şəraitin yaradılmasına həvəsləndirməkdir. ATƏT-in müvafiq inistitutlarında QHT-lərə məşvərətçi statusun verilməsini nəzərdə tutan qətnamənin qəbulundan sonra ATƏT PA-nın illik sessiyalarında QHT-lərin iştirakına icazə verilir[8][9][10].
Qətnamənin məqsədi iştirakçı dövlətlərin mühüm əhəmiyyət kəsb edən mədəni və tarixi, dini mülkiyyətin, xüsusi ilə də işğal edilmiş ərazilərdə olan abidələrin qorunması, saxlanılması, qanunsuz olaraq formasının və məzmununun dəyişdirilməsinə qarşı mübarizəsinin gücləndirilməsi və bu istiqamətdə fəaliyyətinin əlaqələndirilməsidir.[11]
Bu qətnamənin məqsədi dövlətlərarası münasibətlərdə, xüsusilə də Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazilərində davam edən münaqişələrdə Helsinki prinsiplərinə riayət edilməsinin vacibliyini vurğulamaqdır. Qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud münaqişələrdən ciddi narahatlıq və bu münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusuilədə həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsinin vacibliyi vurğulanır.[12][13]
Bu qətnamənin məqsədi ticarət və nəqliyyat sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin, həmçinin, Şimal-Cənub və Şərq-Qərb multimodal dəhlizlərinin artan əhəmiyyəti fonunda bu sahədə müvafiq prosedurların asanlaşdırılmasının vacibliyini vurğulamaqdır. Qətnamədə həmçinin Böyük İpək Yolunun dirçəldilməsinin potensialı qeyd olunur və ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu tərəfindən həyata keçirilən fəaliyyətlərə dəstək verilir.[14]
"Beynəlxalq Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin sədridir.
2013-cü ildə "Qeyri-Hökumət Təşkilatlarının İctimai-Siyasi Sistemdə yeri: Milli və Beynəlxalq Təcrübə" mövzusunda dissertasiya işi müdafiə edib, siyasi elmlər üzrə fəlsəfə doktorudur. QHT sahəsində ilk doktorluq işi olan dissertasiyada vətəndaş cəmiyyətinin vacib tərkib hissəsi olan QHT-lərin inkişaf dinamikası, müasir Azərbaycan siyasi elmində QHT institutlarının yeri və rolu araşdırılıb, mövzu beynəlxalq təcrübə müstəvisində geniş təhlil edilib.
2018-ci ildə nəşr edilmiş "Azərbaycanda qeyri-hökumət təşkilatları: tarix və inkişaf" adlı kitabın (monoqrafiya) müəllifidir.
ABŞ, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və digər Avropa ölkələrinin nüfuzlu elmi jurnallarında vətəndaş cəmiyyətinin qarşısında dayanan aktual problemlərin təhlilinə həsr edilən 30-dan artıq elmi məqaləsi dərc olunub.