Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Google Play — (əvvəllər Android Market) Google-nin Android üçün inkişaf etdirdiyi bir proqramlar mağazası və elektronik platformasıdır.
Google Play | |
---|---|
Tipi | Proqramlar mağazası |
Tərtibatçı | |
Əməliyyat sistemi | Android |
Yayımlanma tarixi | 22 oktyabr 2008 |
Sonuncu versiya |
|
Sayt | play.google.com |
Vikianbarda əlaqəli mediafayllar |
Android tətbiqləri, Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramlardılar.
Android üçün proqramların hazırlamasını Java (Java 1.6) və Kotlin dillərində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur)[2].
Mümkün kitabxanalar:
Linux-un adi proqramlarıyla müqayisədə, Android proqramları əlavə qaydalara tabe olur[3]:
22 oktyabrda 2008-ci il Google Android ƏS-i üçün proqramların onlayn-mağazasının açılışını elan etdi — "'Android Market"'. Android Market üçün proqramların istehsalçıları gəlirin 70 %-ini alırlar, ödənişə və billinq xidmətinə, həmçinin vergilərə görə qalan 30 % ödənilir, bu halda Google özü proqramların satışından heç bir gəlir ala bilmir.[4]
2009-cu il fevral ayının ortasında ABŞ və Böyük Britaniyadan Android Market-də öz proqramları üçün ödənişsiz etmələrinə qadağa qoyuldu[5].
Google Play-da faydalı və müxtəlif cür proqram tapmaq olar. Mağazada pullu və pulsuz proqramlar olur. 31 oktyabr 2012-ci ildə Google şirkəti elan etdi ki, proqramların miqdarı 700 minə çatmışdır, və ümumi yükləmələrin miqdarı 25 milyard dəfə olmuşdur, amma eyni zamanda istifadəçilər şikayət edirlər ki, mağazada aşağı keyfiyyətli proqramlara tez-tez rast gəlinir, həmçinin zərərverici proqramlara da rast gəlinir. 15 may 2013-cü il Google I/O konfransında elan etmişdi ki, hal-hazırda bütün dünyada 900 milyondan çox Android-qurğu aktivləşdirilmişdir. Google Play-dan 48 milyarddan proqram yüklənmişdir, bunların 2.8 milyardı son ay ərzində yüklənmişdir. Google Play-da 34 kateqoriya (Oyunlar daxil olmaqla) var.
Google Movies bölməsi filmləri və TV şouların yazılarını təklif edir. Bəziləri HD keyfiyyətdə olmaqla komediyalar, dramlar, döyüşçülər, və sənədli filmlər təqdim edilir. Film və ya serialın epizodunu kirayələmək və Google Play saytında və ya proqramda baxmaq olar.[6] Proqramdan istifadə edərək filmi almaq və oflayn baxmaq olar.[7]
"Filmlər" bölməsi ABŞ, Böyük Britaniya, Rusiya, Kanada, Avstraliya, Yaponiya, İspaniya, Fransa, Almaniya, Braziliya, Hindistan, Cənubi Koreya, Meksikada mümkündür. Ancaq filmin icarəsi bütün bu ölkələrdə mümkün deyil.
Google I/O 2010 konfranslarına Cloud mediapleyri təqdim etdi. Bu Android Market hissəsidir, və həmçinin istifadəçilər Market vasitəsilə musiqini yükləyə bilərlər. Musiqi axın xidmətni Google I/O 2011-ci ildə Music Beta konfransında elan etmişdi və bununla da Google Music xidmətinin əsasını qoymuşdu. Xidmət Adobe Flash proqramı mövcud olan bütün qurğuları dəstəkləyir.[8] Əvvəlcə xidmət dəvətlər vasitəsilə mümkün idi, amma 2011-ci ilin noyabrında ABŞ-dən daxil olan bütün istifadəçilərə açıldı.[9] İndi, Musiqi bölməsində minlərlə pulsuz və milyonlarla pullu mahnı var. Bundan başqa, siz ora öz kolleksiyasından 20 000 mahnı yükləyə bilərsiniz. Mahnıların dəyəri müxtəlif olur: $1.29, $0.99, $0.69, və pulsuzlar.[10] Musiqilərə Google Play saytında qulaq asmaq olar.
"Musiqi" bölməsi yalnız, Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, İrlandiya, İspaniya, İtaliya, Lüksemburq, Yeni Zelandiya, Portuqaliya, Fransa, və ABŞ kimi ölkələrdən daxil olan istifadəçiləri üçün mümkündür.
15 may 2013-cü il Google I/O şirkəti All Music Access xidmətini yəni, musiqinin təkrar axın istehsalının xidmətini təqdim etdi. O radio prinsipinə əsaslandırılmışdır. İstifadəçiyə bir neçə radiostansiya təklif edilir. Mahnıları pleylistə və öz kitabxanasına əlavə etmək, həmçinin qurğunun yaddaşında saxlamaq olar.[11] Sonra Google Music-də iTunesdən treklərinin daşınmasının mümkün olduğu məlumatı verildi."All Music Access" xidməti pulludur (ABŞ-də $9,99, Böyük Britaniyada £9,99) və Avstraliyada, Böyük Britaniyada, Yeni Zelandiyada və ABŞ-də işləyir[12].
2011-ci ilin mart ayında Android Marketdə zərərverici proqramların aşkar edilməsi böyük qalmaqala səbəb oldu.[13][14][15] Şirkət bildirdi ki, neqatif halların qarşısını almaq üçün təcili yenilənmiş buraxılış haqqında qərar üçün partnyorlarla əlaqəyə girəcək, həmçinin onu da zəmanət verdi ki,[16] zərərvericinin yaranmasına mane olan bir sıra tədbirlər görüləcək buna baxmayaraq, Google Play-da indiyə qədər bir sıra zərərverici proqramlar tapmaq olar. Onların sayı zamanla artır. İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislərin ittihamlarına cavab olaraq Google şirkəti xüsusi komponenti Bouncer tətbiqini təqdim etdi.[17]. Bununla belə, bir neçə ay sonra Bouncer mexanizminin zəifliyini Çarli Miller və Mişel Levin tərəfindən aşkar edildi və Black Hat konfransında zərərvericinin Bouncer mexanizmindən gizlənmək üsulunu nümayiş etdirdilər[18].
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |