Böyük şəhərin işıqları (ing. City Lights) — Çarli Çaplinin rejissorluğu, prodüserliyi, ssenarisi əsasında çəkilmiş və özünün baş rolda oynadığı 1931-ci il Amerika səssiz romantik komediya filmi.
Böyük şəhərin işıqları | |
---|---|
ing. City Lights | |
Janr | romantik komediya |
Rejissor | Çarli Çaplin |
Prodüser | Çarli Çaplin |
Ssenari müəllifi | Çarli Çaplin |
Baş rollarda |
Çarli Çaplin Virciniya Çerrill Florens Li Herri Mayers Allan Qarsiya |
Operatorlar |
Qordon Pollok Roland Totero Mark Marklett |
Bəstəkarlar |
Çarli Çaplin Çiçəkli qızın musiqisi: Coz Padilla[1] Orkestr: Artur Conston Alfred Nyumen |
Montajçı | Çarli Çaplin |
İstehsalçı | United Artists |
Distribütor | Netflix |
İlk baxış tarixi | 30 yanvar 1931 |
Filmin digər adı | Böyük şəhərin işıqları |
Filmin növü | bədii film |
Müddət | 87 dəqiqə |
Büdcə | $1,5 milyon |
Gəlir | $5 milyon |
Ölkələr | ABŞ |
Dil | İngilis dili |
İl | 1931 |
Rəng | ağ-qara |
IMDb | ID0021749 |
Vikianbarda əlaqəli mediafayllar |
Bir gün avara (Çarli Çaplin) böyük şəhərdə özü üçün sərgərdan gəzir. Bu zaman o, bir kor qızla (Virciniya Çerrill) rastlaşır. Elə onun kimi bədbəxt və heç kəsə lazım olmayan bu qız gül satmaqla məşğuldur. Qız elə zənn edir ki, qarşısındakı varlıdır və onun üçün bir gül dəstəsi hazırlayır. Lakin təsadüfən qız gülləri əlindən yerə salır. Gülsatan diz üstə çökərək əlilə gülləri axtarmağa başlayır. Avara güllərin yerini qıza göstərir, lakin qız hələ də gülləri axtarmağa davam edir. Avara başa düşür ki, o, kordur. Mütəəssir olmuş avara qıza qalxmağa kömək edir.
Bir gün avara sərxoş vəziyyətdə özünə qəsd etmək istəyən ekssentrik milyonçunun həyatını xilas edir. Lakin avara milyonçuda çox qəribə bir xüsusiyyət müşahidə edir. Milyonçu sərxoş olanda avaraya ən yaxın dostu kimi yanaşır. Ancaq ayılandan sonra onu tanımır və öz evindən qovur.
Avara öyrənir ki, Vyanadakı göz klinikasında əməliyyat qızın görməsinə səbəb ola bilər. Bunun üçün pul əldə etmək istəyən avara müxtəlif yollara əl atır. Küçələri gəzir, rinqdə boksla məşğul olur. Lakin təsadüfən sonra yenidən sərxoş və son dərəcə əliaçıq milyonçu ilə rastlaşır. Bədbəxtlikdən milyonçu ona pulları evinə oğrular girən vaxt verir. Artıq götürdüyü pulları gülsatan qıza çatdıran avaradan oğurluq etdiyi ilə bağlı şübhələnməyə başlayırlar. Onu həbsxanaya atırlar.
Avara isə həbsxanadan əvvəlkindən də pis vəziyyətdə çıxır. Bütün bu vaxt ərzində artıq gözlərinin müalicəsi uğurla başa çatmış qız gül dükanı açıb. Gülsatan qız heç vaxt öz "xilaskar"ının üzünü görməyib və həmişə bunun arzusundadır. Qız onu xəyalında varlı və gözəl təsəvvür edir. Həbsdən çıxmış avara təsadüfən həmin gül dükanının qarşısından keçir və sevinclə artıq gözləri açılmış qıza tamaşa edir. Qız yaxınlaşıb ona qəpik və gül vermək istəyəndə o, qaçmağa çalışır. Çünki avara öz görkəmindən utanır, qızla danışmaqdan çəkinir. Lakin qız əlinə toxunanda onu tanıyır. Onlar diqqətlə br-birinə baxırlar. "Siz?" – deyə qız təəccüblənir. Başı ilə təsdiq edən avara: "Artıq siz görürsünüz?" – deyə ondan soruşur.
Filmin həmin final səhnəsi dünya kinematoqrafiyasının tarixində ən kəskin və heyrətə layiq sonluqdur.
YouTube
Azərbaycan dilində