""Böyük Arktik" dövlət təbiət qoruğu" — federal əhəmiyyətli elmi-araşdırma, təbiəti qoruma, ekoloji xüsisiyyətləri özündə birləşdirən qoruqdur. Qoruğun yaradılmasına səbəb təbii şəraitdə ətraf mühütin sərbəst inkişaf xüsusiyyətlərini araşdırmaq, bu zaman ardıcıl baş verən proseləri dəqiq müşahidə etmək və canlılar aləminin mühafizəsini təşkil etmək olmuşdur. Qoruq sahəsinə görə Avrasiyanın ən böyük qoruğudur.
Böyük Arktik qoruğu | |
---|---|
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 4169222 ha |
Yaradılma tarixi | 25 may, 1993 |
Faunası | Morj, Ağ ayı, Tülkü, Ağ balina |
Yerləşməsi | |
75°46′39″ şm. e. 98°15′11″ ş. u. | |
Ölkə | Rusiya |
bigarctic.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
"Böyük Arktik" qoruğu Rusiya Federasiyası hökumətinin Nazirlər Sovetinin 11 may 1993 il № 431 əmri ilə yaradılmışdır. Qoruq Dikson rayonunun qərbində 4 169 222 ha ərazidə təşkil edilir. Üstəlik Qoruğun sərhədləri xaricində muxtar dairənin ərazisindən Böyük Arktik qoruğu üçün 2 007 069 ha ərazi ayrılır. 20 mart 2013 il tarixində qoruq "Taymır qoruqları" qrupuna daxil edilmişdir. Bununla da qoruq müstəqil qoruq olmasını hüququnu itirmişdir. Taymır və Putoranski qoruqları ilə birlikdə vahid qoruqda birləşdirilmişdir[1].
"Böyük Arktik" qoruğu 7 sahədən ibarətdir:
Qoruğun ərasinə nəzər saldıqda əsasən Artik tundra və Arktik səhralardan ibarətlərdən ibarətdir. Qoruq bütünlüklə çoxillik qrunt buzlağı ərazisidir. Çoxillik qrunt buzlaqlarının orta dərinliyi 500–700 m, dərələrdə 200–300 metr, Qərbi Taymır ərazilərində isə 700–900 metr təşkil edir. Qrunt buzlaqlarında temperatur −7°, −9 °C, dağlıq ərazilərdə isə −11°, −13 °С arasında dəyişir.
Qar artıq sentyabr ayından yerə oturur. Bölgədə qarsız günlərin sayına görə Dikson adası seçilir (103–110 gün). Ən çox qar örtüyünün qaldığı ərazi isə Çelyuskin burnudur (300 дней). Ərazinin qardan tam azad olması iyunun sonu iyulun əvvələrinə təsadüf edir.
Qoruq ərazisində ümumilikdə 162 növ bitki yayılmışdır. Onlar ümumilikdə 28 fəsilədə birləşir.
Faunası[2]: burada 124 növ quş yaşayır. Bunlardan 55 növü ərazidə yumurta qoyur. Qoruq ərazisində cəmi 18 növ məməli yaşayır. Balıq növlərinin sayı isə 29-dur.
Məməliləri: Ağ ayı, Şimal maralı, Tülkü, Müşk öküzü, Lemminq, Morj, Ağ balina və Nerpa.