Dikson adası

Dikson adası (rus. Ди́ксон) — Kara dənizində, Rusiyanın Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonunda (rus. Таймы́рский Долга́но-Не́нецкий райо́н), Yenisey çayının mənsəbinin yaxınlığında yerləşən ada. Adanın yaxınlığında Dikson şəhərtipli yaşayış məntəqəsi yerləşir və bu ərazidəki əsas liman və hidrometeorologiya mərkəzidir. Burada Dikson Hava Limanı fəaliyyət göstərir.

Dikson
rus. Ди́ксон
Yenisey çayının mənsəbində yerləşən Dikson adası.
Yenisey çayının mənsəbində yerləşən Dikson adası.
Ümumi məlumatlar
Sahəsi 25 km²
Uzunluğu
  • 8 km
Eni 6 km
Hündür nöqtəsi 48 m
Əhalisi 1.100 nəfər
Yerləşməsi
73°30′25″ şm. e. 80°32′47″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Rayon
Akvatoriya
Dikson xəritədə
Dikson
Dikson
Dikson xəritədə
Dikson
Dikson
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Dikson şəhərtipli yaşayış məntəqəsinin 50 illiyi ilə bağlı buraxılmış poçt markası (1965).

Dikson adası və yaxınlığında yerləşən eyniadlı yaşayış məntəqəsi isveçli Artika maqnatı Oskar Diksonun şərəfinə adlanıdırılmışdır.[1] Ada pomorlar tərəfindən keç edilməsindən sonra XVII əsrdə Dolqi ("uzun") və Kuzkin adları ilə tanınmışdır. 1875-ci ildə fin səyyah Adolf Erik Nordenşöld adaya əslən şotland olan, varlı İsveç maqnatı Oskar Diksonun adını vermişdir.[1] İngiliscə Oskar Dikson "Oscar Dickson" şəklində yazılsa da, daha sonra "c" hərfi düşmüş[1] və ingiliscə "Dikson" adından istifadə olunmağa başlanmışdır. 1884-cü ildə bu ad adanın rəsmi adı kimi qəbul olunmuşdur.[1] Oskar Dikson və Aleksandr Sibiryakov bir çox Artika ekspedisiyasının, eləcə də Nordenşöldün ekspedisiyasının da himayəçiləri idilər.

1915-ci ildə ada Rusiyanın Artikadakı ilk radio stansiyası olmuşdur. 1935-ci ildə burada dəniz limanı tikilmişdir, 1957-ci ildə buraya iki yaşayış məntəqəsi birləşdirilmişdir.[1]

Ada İkinci dünya müharibəsində, 1942-ci ilin avqustunda Vunderland əməliyyatı çərçivəsində "Admiral Scheer" kruyseri tərəfindən bombardman edilmişdir.

1965-ci ildə Dikson şəhərtipli yaşayış məntəqəsinin 50 illiyi münasibətilə SSRİ-də poçt markası buraxılmışdır.

Dikson adasında Artika iqlimi hakimdir. (Keppenin iqlimlər təsnifatına görə ET) İqlim (ən isti dövr avqust ayına təsadüf edir) çox xoşagəlməzdir. Diksonda qış 10 ay çəkir və 2 ay gün çıxmır.

Dikson adasının iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Maksimum orta, °C −21,2 −21,7 −18,1 −13,3 −5,3 2,3 7,9 7,9 3,3 −5,3 −14,2 −19,4 −8,1
Orta temperatur, °C −24,8 −25,4 −22,1 −17,2 −7,8 0,4 4,9 5,5 1,6 −7,5 −17,5 −22,9 −11,1
Minimum orta, °C −28,1 −28,8 −25,6 −20,6 −10,1 −1,2 2,7 3,7 0,1 −9,8 −20,7 −26,2 −13,7
Yağıntı norması, mm 38 27 25 20 21 28 33 40 44 36 27 37 376
Mənbə: İqlim (1981-2010)


  1. 1 2 3 4 5 The Darkness of Dikson Island Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine, Author unknown, russia-channel.com

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]