Böyük Bermamıt

Böyük Bermamıt (устар. Бермамыт, Бермамут, карач. — Уллу-Бурмабут) — Böyük Qafqaz sisteminin (Şimali Qafqaz bölgəsi) şimal yamacındakı Qayalı silsiləsində dağ zirvəsi. Qaraçay-Çərkəz Respublikasının, Maloqaraçayevsk rayonunda, Xasaut kəndindən 3 km aralıda yerləşir. Dəniz səviyyəsindən 2592.3 m yüksəklikdədir.

Böyük Bermamıt
Ümumi məlumatlar
Dağ sistemi Böyük Qafqaz
Dağ silsiləsi Qayalı
Mütləq hündürlüyü 2592,3 m
Yerləşməsi
43°42′16″ şm. e. 42°26′13″ ş. u.
Ölkə Rusiya Rusiya
Region
Rayon
Böyük Bermamıt xəritədə
Böyük Bermamıt
Böyük Bermamıt
[[Fayl:|280px|Böyük Bermamıt xəritədə]]
Böyük Bermamıt
Böyük Bermamıt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adı[redaktə | mənbəni redaktə et]

XIX əsrin sonlarında Rusiya imperiyasının cənubunun ətraflı xəritələrindən birində -"Qafqaz bölgəsinin beş verstli xəritəsin"də, həmçinin D.D.Paqirevin "Qafqaz bölgəsinin beş verstlik xəritəsinə əlifba sırası ilə ..." (1913) əsərində, dağın adı "Böyük" və ya "Kiçik" izah edilmədən yalnız Bermamıt kimi göstərilmişdir.[1][2] Aleksandr Selivanovun Böyük Sovet Ensiklopediyasındakı "Terek vilayəti" (1903) məqaləsində oronim başqa cür - Bermamut olaraq göstərilmişdir.[3] Burmabut qaraçayca "bükülmüş uçurum" mənasını verir.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Böyük Bermamıt, Kuma və Malka çayı hövzələrinin yuxarı su hövzəsində yerləşən Qayalı silsiləsinin dağlarından biridir. Böyük Bermamıt dağının dəniz səviyyəsindən hündürlüyü, 1983-cü il ölçülərinə görə 2592,3 m-dir. Dağın zirvəsində dövlət geodeziya şəbəkəsinin məntəqəsi var.[4] Zirvə düz şəkilli zirvəyə malikdir. İlin isti aylarında zirvəyə xırda heyvandarlıqla məşğul olan çobanlar qalxırlar. Yerli əhalinin zirvə ətrafında yaylaq sahələri vardır. Üstəlik zirvəyə aparan yolun rahat olması, yay və yaz aylarında oraya turist axınına səbəb olur.

Tarixi[redaktə | mənbəni redaktə et]

Böyük Bermamıt dağı XIX əsrin sonlarından bəri müxtəlif xəritələrdə göstərilmişdir, lakin o dövrdə bu bölgənin topoqrafik tədqiqatının dəqiqliyi olduqca aşağı səviyyədə idi. 1913-cü ildə D.D.Paqirevin "Qafqaz bölgəsinin beş verstlik xəritəsinə əlifba sırası ilə ..." əsəri nəşr olundu. Burada Böyük Bermamıt 42-30 uzunluğunda və 43-45 enində (koordinatların müasir təqdimatından fərqli olaraq, bu göstəricidə uzunluq eni qabaqlayırdı və Qrinviçdən deyil, Avropa ilə Amerikanı ayıran meridiandan hesablanmışdı[2]) təyin olundu.[2] "Qafqaz bölgəsinin beş verstli xəritəsində" dağın - 8501 fut hündürlüyü üçün ölçü məlumatları olduqca dəqiq göstərilmişdir (Rusiyada bir fut 0,3048 metrə bərabər idi, Böyük Bermamıtın hündürlüyü təxminən 2591 metr olaraq ölçülmüşdü).[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Пятиверстная карта Кавказского края. Тбилиси. 1869—1930-е. Г4 (Пятигор.).
  2. 1 2 3 Пагирев Д. Д., 2007 (1913)
  3. ЭСБЕ Т. XXXIII, 1901
  4. Карты Генштаба СССР, 1979-1990

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Ефремов Ю. В., Ильичёв Ю. Г., Панов В. Д., Панова С. В., Погорелов А. В., Шереметьев В. М. Морфометрическая и морфологическая характеристика основных хребтов // Хребты Большого Кавказа и их влияние на климат (200 nüs.). Краснодар: «Просвещение-Юг». Ответ. ред. Ю. В. Ефремов. 2001. ISBN 5-93491-006-X.
  • Пагирев, Дмитрий Дмитриевич. Алфавитный указатель к пятиверстной карте Кавказского края, издания Кавказского военно-топографического отдела. Записки Кавказского отдела Императорского русского географического общества. Книжка XXX (Совместное издание: Кавказского отдела Русское географическое общество). Тифлис: Типография К. П. Козловского. 1913 [Алфавитный указатель къ пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно-Топографическаго Отдѣла].
  • Кавказ: географические названия и объекты: Алфавитный указатель к пятиверстной карте Кавказского края (По книге Д. Д. Пагирев 1000 nüs.). Нальчик: Издательство М. и В. Котляровых. Состав. Ю. Л. Меницкий, Т. Н. Попова. 2007 (1913). ISBN 5-93680-170-X.
  • Терская область // Энциклопедический словарь [в 86 томах]. XXXIII (Термические ощущения — Томбази). СПб.: Издатели: Ф. А. Брокгауз и И. А. Ефрон. Под ред. К. К. Арсеньева и Ф. Ф. Петрушевского. 1901. 82–90.

Xəritələr[redaktə | mənbəni redaktə et]

  • Карты Генерального штаба СССР (система координат 1940 г., Балтийская система высот). составлены по карте масштаба 1:50 000, созданной по материалам съёмки 1945-1960 гг. и исправлены по карте масштаба 1:50 000, обновлённой в 1975-1988 гг. (Масштаб: в 1 см 2 км (1:200 000), в 1 см 1 км (1:100 000) и в 1 см 500 м (1:50 000); состояние местности на 1981-1988 гг). Изданы с оригинала ГУГК СССР. 1979–1990.
  • Карты ФГУП «Государственного научно-внедренческого центра геоинформационных систем и технологий» («Госгисцентр») (Масштаб: в 1 см 2 км (1:200 000), в 1 см 1 км (1:100 000), в 1 см 500 м (1:50 000), в 1 см 250 м (1:25 000)). М. 2001.
  • Пятиверстная карта Кавказского края (Масштаб: в 1 см ок. 2,1 км = в 1 англ. дюйме 5 верста (1:210 000)). Тбилиси: Составлена и литографирована в военно-топографическом отделе Кавказского военного округа. 1869—1930-е [Пятиверстная карта Кавказскаго края].