Böyükdüz (əvvəlki adı: Böyük Düz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyük Düz kəndi Əliabad kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Böyük Düz kənd inzibati-ərazi vahidi yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyük Düz kənd inzibati ərazi dairəsi tərkibindəki Böyük Düz kəndi Böyükdüz kəndi, Böyük Düz kənd inzibati ərazi dairəsi Böyükdüz kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[3]
Böyükdüz | |
---|---|
39°16′50″ şm. e. 45°14′08″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 851 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Böyükdüz Araz çayının sol sahili boyu uzanır. Düzənliyin ümumi meyli Arazın yatağına doğrudur. Yarımsəhra təbiətə malik olan bu ərazidən qış otlağı kimi istifadə edilir. Oronim düzün sahəsinin genişliyini bildirir. Ərazidə Böyükdüz dağı da vardır. Hün. 957 m. Coğrafi obyekt geniş ərazini əhatə etdiyi üçün belə adlandırılmışdır.) adlı sahədə salındığı üçün belə adlandırılmışdır.[4]
Böyükdüz kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
1851 | Qədim duz karxanası[5] | e.ə. II-I minilliklər | Böyükdüz kəndi yaxınlığı, Duzdağ ərazisi |
Arxeoloji | Ölkə |
1852 | Orta əsr duz karxanası[6] | e.ə. III-XIX əsrlər | Böyükdüz kəndi yaxınlığı, Duzdağ ərazisi |
Arxeoloji | Ölkə |
1860 | I Böyükdüz nekropolu[7] | E.ə.II-I minilliklər | Böyükdüz kəndi | Arxeoloji | Ölkə |
1861 | II Böyükdüz nekropolu[8] | II-III əsrlər | Böyükdüz kəndi | Arxeoloji | Ölkə |
1862 | I Böyükdüz yaşayış yeri[9] | E.ə. II-I minilliklər | Böyükdüz kəndi | Arxeoloji | Ölkə |
6069 | II Böyükduz yaşayış yeri[10] | Orta əsrlər | Böyükdüz kəndi | Arxeoloji | Yerli |
Əhalisi 1504 nəfərdir.[11]