Təzəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Babək rayonunun Çalxanqala kənd inzibati arazi dairəsi tərkibindəki Təzəkənd kəndi Təzəkənd adlandırılmış, Təzəkənd və Xıncab kəndləri Çalxanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Xıncab kəndi mərkəz olmaqla, Babək rayonunun tərkibində Xıncab kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Təzəkənd | |
---|---|
39°23′36″ şm. e. 45°17′57″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kəndin keçmiş adı Sərdərabad olmuşdur, sonralar dəyişdirilərək Təzəkənd adlandırılmışdır.[3]
Təzəkənd kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
49 | Qızılburun yaşayış yeri; I-II Qızılbulaq məbədləri[4] |
Tunc dövrü | Təzəkənd kəndinin yaxınlığında | Axeoloji | Dünya |
1839 | Astabad nekropolu[5] | XII-XIX əsrlər | Təzəkənd kəndi | Arxeoloji | Ölkə |
1840 | Astabad şəhərgahı[6] | XII-XIX əsrlər | Təzəkənd kəndi | Arxeoloji | Ölkə |
Kənd mərkəzində yeni tikilmiş məktəb, ictimai-iaşə, və s. binalar fəaliyyət göstərir.
Kəngərli rayonunun Təzəkənd kəndi Şərur düzündədir.
Şimaldan Kəngərli rayonunun Çalxanqala kəndi, cənubdan Naxçıvan-Sədərək yolunun əhatə etdiyi ərazi (Duz dağı mədəni əhatəsi), şərqdən Babək rayonunun Payız kəndi, qərbdən Kəngərli rayonunun Xıncab kəndi ilə qonşu sərhəddə yerləşir
İqlimi kəskin kontinentaldır – yayda çox isti, qışda soyuq olur.
Əhalisi 538 nəfərdir.[7] Kəndin köhnə adı Əznəbürddür. (Təzəkənd (Babək))
Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.