Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Bıçaqlar çəkildi: Sirli macəra (ing. Glass Onion: A Knives Out Mystery) — Rian Conson tərəfindən süjet xətti yazılmış və rejissorluğu edilmiş və Conson və Ram Berqmanın prodüseri olduğu 2022-ci il istehsalı olan Amerika müəmma filmidir. 2019-cu ildə çəkilmiş olan "Bıçaqlar çəkildi" filminin davamı olan filmdə Daniel Kreyq texnoloji milyarderi olan Miles Bron (Edvard Norton tərəfindən canlandırılmışdır) və Bronun ən yaxın dostları ətrafında baş verən yeni bir işi həll etməyə çalışarkən usta detektiv Benoit Blank rolunu canlandırmışdır. Digər rolları isə Janelle Monae, Ketrin Hahn, Leslie Odom Jr., Cessika Henvik, Medelin Klayn, Keyt Hadson və Deyv Botista canlandırmışdırlar.
Bıçaqlar çəkildi: Sirli macəra | |
---|---|
ing. Glass Onion: A Knives Out Mystery it. Glass Onion - Knives Out[1] | |
Janr | triller filmi, müəmma filmi, komediya filmi[2], dram filmi[2], cinayət filmi[3] |
Rejissor |
|
Prodüserlər |
|
Ssenari müəllifi |
|
Baş rollarda | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 13 sentyabr 2022[4], 16 oktyabr 2022[4], 23 dekabr 2022[4], 24 noyabr 2022 |
Müddət | 140 dəq. |
Büdcə | 40.000.000 $ |
Gəlir | 15.000.000 $[5] |
Ölkə | |
Dil | ingilis dili |
Əvvəlki film | Bıçaqlar çəkildi |
Rəng | rəngli |
Çəkiliş yeri | Spetses |
IMDb | ID11564570 |
Vikianbarda əlaqəli mediafayllar |
Hələ Bıçaqlar çəkildi filmi yayımlanmamışdan əvvəl Conson davam filminin mümkünlüyündən danışmışdı. 2020-ci ildə isə onun yeni bir süjet xətti üzərində işlədiyi və Kreyqin rolunu yenidən canlandıracağı xəbəri təsdiqlənmişdir. 2021-ci ilin mart ayında isə keçirilmiş olan hərracda Netflix şirkəti, Bıçaqlar çəkildi filminə məxsus olan iki davam filminin hüquqlarını 469 milyon dollara satın almışdır.
2020-ci ilin may ayında Karantində olan qubernatora, alimə, keçmiş modelə və yayımçıya, müştərək dostları, texnoloji milyarderi olan Maylz Brondan onun şəxsi Yunan adasındakı malikanəyə baş çəkmək və əyləncə gecəsinin sahibinin “qətl” sirli oyununda iştirak etmək üçün dəvətnamələri olan tapmaca qutuları gəlir. Oxşar bir paketi avaralıqdan əziyyət çəkən xüsusi detektiv olan Benua Blan da alır və dəvəti həvəslə qəbul edir. Yunanıstana gələn rəngarəng dəstə Maylzın keçmiş iş şəriki, məhkəmədə şirkəti mühakimə etdiyi Endi Bredin gəlişinə təəccüblənir və çox da sevinmir. Əyləncə gecənin gedişində əsl qətl baş verəndə gərginlik artır.
Filmin çəkilişlərinə 28 iyun 2021-ci ildə Yunanıstanın Spetses adasından başlanılmışdır. Conson Porto Helidə yerləşən Aman Resortsa məxsus olan Villa 20-ni kəşf etdikdən sonra onu əsas çəkiliş yeri kimi istifadə etmək qərarına gəlmişdir. Bundan əlavə, Consonun "bir film çəkdiyimiz zaman keçirdiyimiz yay tətili" kimi təsvir etdiyi filmin çəkilişlərinin çox hissəsində filmin aktyor heyəti öz ailələri ilə bərabər çəkiliş məkanında iştirak etmişdirlər. Filmdəki daxili məkanlar Belqradda[6] çəkilmiş və Nyu York səhnələrinin çəkilişlərinə davam etmək üçün[6] film heyəti iyul ayının 30-da Yunanıstanı tərk etmiş və 13 sentyabr 2021-ci ildə isə filmin çəkilişləri rəsmi olaraq başa çatdırılmışdır.