Bəbir Hüseynov (26 dekabr 1932, Novruzlu, Ağdam rayonu – 24 may 2024) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, "Qızıl qələm" mükafatı laureatı.
Bəbir Hüseynov | |
---|---|
Doğum tarixi | 26 dekabr 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 24 may 2024 (91 yaşında) |
Təhsili | |
Fəaliyyəti | müəllim, jurnalist |
Mükafatları |
1932-ci ilin dekabrın 26-da Ağdamın Novruzlu kəndində dünyaya göz açan qocaman jurnalistin mətbuata gəlişi bir qədər dolaşıq yollardan keçib. 7 illik məktəbi bitirdikdən sonra Bəbir müəllim Ağdam Pedaqoji məktəbində təhsilini davam etdirib. Daha sonra o, Azərbaycan Dövlət Universitetinin (red: indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə qəbul olunub, tarix müəllimi və ictimaiyyətçi ixtisasına yiyələnib. Təhsil aldığı dövrdən öz yaşıdlarından fəallığı ilə fərqlənən Bəbir müəllim məktəbdə tarix müəllimi, daha sonra yerli komitə sədri, partiya təşkilat katibi kimi məsul vəzifələrdə çalışıb. 1979-cu ildən isə jurnalistika sahəsindəki fəaliyyət dövrü başlayıb. Həmin ildən etibarən Ağdamda nəşr olunan "Lenin yolu" qəzetinin redaktoru vəzifəsində işləyib.[1] Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan Bəbir müəllim qısa müddət ərzində yaradıcı gəncləri bir araya toplayaraq qəzetin fəaliyyətində yeni cığır açmağa nail olub. Ağdamın mövcud problemlərinin həlli, yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli mənlik şüurunun inkişaf etdirilməsini qəzetin səhifələrinin daimi mövzularına çevirib.[2]1979-cu ildən "Ağdam" qəzetinin redaktoru kimi çalışıb və Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü olub.[3][4]
Bəbir Hüseynov 91 yaşında vəfat edib.[5][6][7]