«Bəbir Torpağı» Milli Parkı — milli park Primorsk diyarı ərazisində 5 aprel 2012-ci ildə Uzaq Şərq bəbirlərinin qorunması məqsədi ilə yaradılmışdır. Bu canlıların Rusiya ərazisində sayları cəmi 50 başdır. Bundan əlavə bölgədə Rusiyanın Qırmızı kitabına düşən Amur pələngi yayılmışdır.
Bəbir Torpağı Milli Parkı | |
---|---|
rus. Национальный парк "Земля леопарда" | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 279 913,652 ha[1]. |
Yaradılma tarixi | 5 aprel 2012[2] |
Yerləşməsi | |
62°30′ şm. e. 36°55′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
leopard-land.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
«Bəbir torpağı» yaradılarkən Kedrovaya Pad yasaqlığı, Ussuriy şəhər dairəsi, Xasan rayonu, Nadejdin rayonu və Vladivostok ərazilərində təşkil olunmuşdur.
Milli park inzibati cəhətdən Primorski diyarının Ussuriy şəhər dairəsi, Xasan rayonu, Nadejdin rayonu ərazisində yerləşir. Milli park Yapon dənizinin Amur körfəzi sahillərindən başlayaraq meridian istiqamətdə Çin Rusiya sərhəddinə qədər uzanır. Poltavski yasaqlığı ilə Tumannaya çayı arasında yerləşir. Parkın şimalı ilə cənubu arasında məsafə 150 km-dir. Qərbi Rusiya və KXDR sərhəddə yerləşir. Şərq sərhədi isə Melkovodnaya buxtasına düşür[3].
Bəbir Torpağı milli parkı Amur ekoregionuna daxildir. Burada Mancuriyanın qarışıq meşələrinin sahəsi geniş yer tutur. Bu bölgə Rusiya ərazisində Qafqazdan sonra yeganə ərazidir ki, son buzlaşmaya məruz qalmamışdır. Bu səbəbdən ərazi flora və fauna baxımından seçilir. Milli park ərazisində 54 növ məməli, 184 növ quş, 7 növ suda-quruda yaşayan, 8 növ sürünən, 12 növ balıq, 940 növ borulu bitkilər, 283 növ yosun, 251 növ şibyə, 179 növ mamır və 1914 növ göbələk vardır.
Park ərazisində yayılmış bir çox növlər beynəlxalq səviyədə qorunur. Hazırda 40 növ nadir və nəsli kəsilmək üzrə olan növdür. 10 KXDR ilə birlikdə xüsusi qoruma statusuna malikdir. 23 növ Rusiya ərazisində azlığı səbəbindən qorunur. Burada bəbir və pələngdən başqa Himalay ayısı, qonur ayı, cütdırnaqlılar (xallı maral, müşk maralı, Sibir cüyürü, şərq qoralı və qaban), vaşaq, Uzaqşərq meşə pişiyi, porsuq, kirpi, yenotabənzər it, Mustela sibirica, susamuru, Soricidae və yarasalar, Mancuriya dovşanı, sincab, burunduk, 7 növ suda-quruda yaşayan və 12 növ sürünən[4] yaşayır.