Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bəhaəddin Vələd (1148, 1152 və ya 1149, Bəlx, Xarəzmşahlar dövləti – 1231[1][2], Konya, Rum Səlcuqlu dövləti[4]) — fəqih, filosof.
Bəhaəddin Vələd | |
---|---|
fars. بهاءالدین ولد | |
Doğum tarixi | 1148, 1152 və ya 1149 |
Doğum yeri | |
Vəfat tarixi | 1231[1][2] |
Vəfat yeri | |
Uşağı | |
Fəaliyyəti | fəqih, filosof |
Xarəzmşah hökmdarları Bəhaəddin Vələdin xalq üzərindəki təsirindən hər zaman narahat idi; çünki o, insanlarla son dərəcə mülayim davranır, onların anlaya biləcəkləri fikirləri irəli sürür, dərslərində heç vaxt fəlsəfi mübahisələrinə yol vermirdi. Bəhaəddin Vələd ilə Xarəzmşah Əlaəddin Məhəmməd Tökiş arasında olan bir hadisə: Bəhaəddin Vələd bir gün dərsində, fəlsəfəni və filosofları şiddətlə tənqid edir, onları İslam dinində var olmayan şeylərlə (bidətlə) məşğul olmaqda günahlandırır. Buna çox hirslənən məşhur İslam filosofu Fəxrəddin Razi onun haqqında Məhəmməd Tökişə şikayət edir.
Razinin hökmdarın yanından xüsusi hörmət və etibarı var idi. Razinin xəbərdarlıqları və xalqın Bəhaəddin Vələdə göstərdiyi maraq ve hörmət bir araya gəlincə, öz yerini itirməkdən qorxan Tökiş, Bəlx qəsəbəsinin açarlarını ona göndərdi. Bu, mənim yerimə hakimiyyəti sən idarə et, anlamına gələn bir davranış idı. Deyilənlərə görə bu davranışı "bir yerdə iki sultan olmaz" deyə qarşılayan Bəhaəddin Vələd, dərhal köç hazırlıqlarına başladı, ailəsini, kitablarını, sadid müridlərini yanına alaraq ölkədən ayrıldı (1212 ya da 1213).
Nişapur şəhərində məşhur şeyx Feridüttin Attar onları qarşıladı. Aralarında önəmli söhbətlər oldu. Kiçik Cəlaləddin də bu söhbətləri dinləyirdi. Attar, "Əsrarnamə" (Sirlər kitabı) adlı məşhur kitabını Cəlaləddinə hədiyyə etdi və oradan ayrılarkən kiçik Cəlaləddini nəzərdə tutaraq, yanındakılara "bir dəniz bir çayın dalına düşüb gedir" dedi. Bəhaəddin Vələdə də, "ümidvaram ki yaxın bir gələcəkdə oğlunuz aləm xalqının köksünü alovlandıracaqdır" deyə bir açıqlama gətirdi.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |