Əliyev Bəhram Hüseyn oğlu — Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Görkəmli Meliorator Alim, Texnika Elmləri doktoru, professor. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini[1] (2005–2013); Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyi (MAKA) Ekologiya İnstitutunun Direktoru.
Bəhram Əliyev | |
---|---|
Bəhram Hüseyn oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Zəngibasar rayonu, Ermənistan SSR |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahələri | Texnika və kənd təsərrüfatı |
Elmi dərəcəsi | texniki elmləri doktoru |
Elmi adları | professor,Rusiya Elmlər Akademiyasının həqiqi üzvü |
İş yerləri |
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini (2005-2013). Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi,Azərbaycan Milli Aerokosmik Agentliyi(MAKA) Ekologiya İnstitutunun direktoru |
Təhsili | Azərbaycan Memarlıq və İnşaat Universiteti |
Mükafatları |
"İlin ixtiraçı mühəndisi" (2003) FAO-nun medalı (2004) "Kənd Təsərrüfatı Nazirliyinin Fəxri fərmanı" (2005) |
Bəhram Əliyev 2 sentyabr 1955-ci ildə Ermənistan SSR-nin Zəngibasar rayonunda anadan olmuşdur. 1973-cü ildə öz əmək və elmi fəaliyyətinə "VODQEO"-nun Bakı filialında laborant vəzifəsində başlamışdır. 1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun hidromeliorasiya fakültəsinin "mühəndis — hidrotexnik" ixtisası üzrə tam kursu bitirmişdir.
Ailəlidir, iki övladı var.
2003-cü ildə "İlin ixtiraçı mühəndisi" adına layiq görülmüşdür.
2004-cü ildə BMT-nin ərzaq təhlükəsizliyi proqramı çərçivəsində FAO təşkilatı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanmış memoranduma əsasən ərzaq təhlükəsizliyi layihəsi həyata keçirilmiş və FAO–nun yüksək medalı ilə təltif edilmişdir.
2005-ci ildə suya qənaət edən suvarma texnika və texnologiyalarının genişmiqyaslı tətbiqinin həyata keçirilməsində birbaşa rəhbərliyinə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.
1988-ci ildə Novoçerkask şəhərində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək "Meliorasiya və suvarma əkinçiliyi" ixtisası üzrə texnika elmləri namizədi dərəcəsi almışdır. Sonra öz fəaliyyətini ÜEIB "Raduqa"-nın "Dağ suvarması texnikası" laboratoriyasının Adler qrupunda meliorasiya sahəsində aparıcı mütəxəssis kimi davam etdirərək elmi işlər aparmışdır. Öz elmi yaradıcılıq fəaliyyəti dövründə 30-dan çox müxtəlif konstruksiyalar, suvarma texnikası sistemi və kənd təsərrüfatı bitkilərinin mütərəqqi suvarma üsullarını yaratmışdır. Bir çox elmi-tədqiqat işlərinin rəhbəri olaraq onların yerinə yetirilməsində bilavasitə iştirak etmişdır ki, bunların da nəticəsi xalq təsərrüfatında artıq tətbiq olunmuş və hazırda təkcə MDB ölkələrində deyil, həm də uzaq xaricdə İran, Türkiyə, Kuba, Almaniya, İsrail və s. ölkələrdə tədbiq olunur.
1995-ci ildə "Qruzvodekologiya"-da doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək 05.10.01 — "Hidrotexniki meliorasiya" ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.
1997-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasına öz dissertasiyasını təqdim edərək yenidən onu müvəffəqiyyətlə müdafiə etmiş və 06.01.02. – "Meliorasiya və suvarma əkinçiliyi" ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.
1997-ci ildə Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü seçilmişdir.
1999-cu ildə Beynəlxalq Mühəndislər Akademiyasının müxbir üzvü seçilmişdir.
2001-ci ildə Rusiya Su Təsərrüfatı Elmlər Akademiyasının akademiki seçilmişdir.
2010-cu ildə Rusiya Kənd Təsərrüfatı Akademiyasının həqiqi üzvü seçilmişdir.
Hazırladığı su çatışmazlığı və ətraf mühitin ekoloji tarazlığının pozulması şəraitində kənd təsərrüfatı və meliorasiyanın inkişafı problemlərinə həsr olunmuş iki böyük layihə Beynəlxalq İnkişaf Bankı və digər beynəlxalq təşkilatlar vasitəsi ilə IKARDA-nın proqramı çərçivəsində həyata keçirilmək üçün qəbul olunmuşdur.
2001–2004-cü illərdə su və torpaq ehtiyatlarının idarə olunması ilə bağlı böyük bir layihənin milli koordinatoru və rəhbəri olmuşdur. Bu layihələr əsasən Azərbaycanın Şamaxı və Tərtər rayonlarında həyata keçirilmişdir. Rəhbərliyi ilə yaradılmış yeni növ suya qənaət edən suvarma texnika və texnologiyalar bu günədək demək olar ki, Azərbaycanın dağ və dağətəyi zonalarında geniş tətbiq edilməkdədir.
100-dən çox elmi əsərin, həmçinin çoxlu sayda (30-dan artıq) ixtiranın müəllifi olmuşdur ki, onlardan onuna patent (o, cümlədən 3-ü Rusiya Federasiyasının, 7-sı Azərbaycan Respublikasının) verilmişdir. Elmi əsərləri ilə yanaşı 22 monoqrafiyası vardır ki, bunlar da meliorasiya və təbii ehtiyatların qorunması probleminə həsr olunmuşdur. Elmi-istehsalat fəaliyyəti ilə yanaşı Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Hidrotexnika və meliorasiya" kafedrasının professoru kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq magistr və tələbələrə mühazirə deyərək elmi-mühəndis kadrların hazırlanmasında fəal iştirak edir. Azərbaycanda meliorasiyanın inkişafına aid beynəlxalq layihələrdə elmi ekspert seçilmişdir.
Torpaqların meliorasiyası, kənd təsərrüfatı bitkilərinin suvarılmasının yeni mütərəqqi suvarma texnologiyasının yaradılması və tətbiqi problemləri, Azərbaycanda suvarma texnologiyasının texniki kompleksinin yaradılması, yeniləşdirilməsi və tətbiqi, su çatışmazlığı və ətraf mühitin ekoloji tarazlığının pozulması şəraitində kənd təsərrüfatı və meliorasıyanın inkişafı problemləri, torpaqqoruyucu əkinçilik metodlarının tətbiqi ilə kənd təsərrüfatı biktilərinin məhsuldarlığının artırılması, suvarma sistemlərinin avtomatlaşdırılması, dağ əkinçilik rayounlarında suvarmanın inkişaf etdirilməsi üçün üsul və texnologiyalarının işlənib hazırlanması, torpaqların mühafizəsi, onları eroziyadan və səhralaşmadan qorunması, müxtəlif metodlar, xüsusilə riyazi modelləşdirmə və məsafədən idarə olunan zondlaşdırma metodlarının tətbiqi ilə onların öyrənilməsi, qlobal iqlim dəyişmələri şəraitində torpaq və su eytiyyatlarının qorunması və idarə olunması istiqamətində tədqiqatların aparılması və bu şəraitdə kənd təsərrüfatının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.