Xəlil Vüsuqi və ya səhnə adı ilə Bəhruz Vüsuqi – (fars. بهروز وثوقی, 11 mart 1938, Xoy, İran) — İranlı aktyor.
Bəhruz Vüsuqi 1938-ci ildə İranın Xoy (Khoy) şəhərində anadan olub. O, İran İslam İnqilabından (1979) qabaq, İranın ən məşhur aktyorlarından biri hesab edilirdi.
İnqilabdan təxminən iki il sonra Amerikaya köçərək burada məskunlaşan aktyor, bir daha İrana qayıtmamışdır. Hal-hazırda Amerikada yaşayan Bəhruz Vüsuqi kinematoqrafiya sahəsindən uzaqlaşmışdır. 1975-ci ildə tanınmış müğənni və aktrisa Ququşla ailə həyatı qursa da bu evlilik çox çəkməmiş, cütlük 1976-cı ildə evliliklərini sonlandırmışdılar. Amerikaya köçdükdən sonra burada ikinci dəfə ailə həyatı quran Bəhruz Vüsuqinin bu evlilikdən 2 övladı var.
Karyerasına Samuel Xaçikyanın "Toofan dar Shahre Ma" (azərb. Şəhərimizdəki fıtına) filmi ilə başlayan aktyor daha sonra 1962-ci ildə rejissor Abbas Şabavizin "Gole gomshodeh" (azərb. İtkin çiçək) filmində oynayır. 1969-cu ildə çəkilən Məsud Kimyainin "Qeysar" (azərb. Sezar) filmindəki rolu ilə İranın ən məşhur aktyorlarından birinə çevrilir. Bu filmdən başqa Məsud Kimyainin 5 filmində də oynayır. Vüsuqinin ona ən çox şöhrət gətirən performansı isə Əmir Nadirin "Tangsir" (1975) (azərb. Möhkəm nöqtə) filmindəki ədaləti axtaran kəndçi Zar Məhəmməd obrazı olur. Eyni il "The Beehive" (azərb. Arı şanı) filmində Əbi obrazını canlandırır. O Əli Hətəmi ilə başqa bir filmdə — "Sooteh Delan" (ing. Desiderium) filmində də əməkdaşlıq edir. O Avropa və Amerika istehsalı filmlərdə oynayan ilk İranlı aktyorlardan biridir (Caravans azərb. Karvanlar) (1978). Bundan başqa 1970-ci ildə çəkilən The İnvincible Six (azərb. Yenilməz altı) filmində Curd Jürgenslə, 1981-ci ildə Sphinx (azərb. Sfinks) filmində isə Frank Lanqella və Lesli Enn Daunla birgə oynamışdır. 2000-ci ildə San Fransisko film Festivalında İran kinemotoqrafiyasına verdiyi töhfələrə görə "Akira Kurosawa" mükafatına layiq görülür. Aktyor karyerasından başqa 2012-ci ildə İran Noor Film Festivalında rəsmi film münsifi kimi iştirak edir. Hal hazırda Fars Qabiliyyət şousunun münsiflərindən biridir.[1]
- Şəhərimizdəki Fırtına (fars. Toofan dar Shahre Ma) (1958)
- İtkin Çiçək (fars. Gole gomshodeh) (1962)
- 100 kiloluq bəy (ing. The Hundred Kilo Bridegroom) (1962)
- Evimdəki mələk (ing. An Angel in My House) (1963)
- Gamine (1964)
- Günahın zövqləri (ing. The Pleasures of Sin) (1964)
- Dənizin gəlini (ing. The Bride of the Sea) (1965)
- Dozde Bank (1965)
- Həşim Xan (ing. Hashem Khan) (1966)
- Bu gün və sabah (ing. Today and Tomorrow) (1966)
- 20 illik gözləmə (ing. Twenty years of waiting) (1966)
- Xüdahafiz Tehran ! (ing. Khodahafez Tehran) (1966)
- Dalahoo (1967)
- Şərab adlanan qadın (fars. Zani Be Name Sharab ) (1967)
- Şeytanın vəsvəsəsi (fars. Vasvaseye sheitan) (1967)
- Come Stranger (1968)
- Əjdaha boğazı (fars. Tange Ejdeha) (1968)
- Qırmızı Təyyarələr (ing. Red Plains) (1968)
- Günah girdabı (fars. Gerdabe gonah) (1968)
- Mən də ağladım (fars. Man ham gerye kardam) (1968)
- Həngamə (fars. Hengameh) (1968)
- Dozd e Siahpoosh (1969)
- Mavi dünya (ing. Blue world) (1969)
- Sezar (fars. Qeysar) (1969)
- Pəncərə (ing. The window) (1970)
- Boş ciblərlə dünyanın ətrafında (fars. Dore Donya Ba Jibe Khali) (1970)
- Yenilməz altı (ing. The Invincible six) (1970)
- Rıza Motori (ing. Reza Motorcyclist) (1970)
- Taxta göyərçin (ing. Wood Pigeon) (1970)
- Leyli və Məcnun (ing. Leyli and Majnun) (1971)
- Daş Akol (ing. Dash Akol ) (1971)
- Rəşid (ing. Rashid) (1971)
- Tələdən uçuş (ing. Fleeing the trap) (1971)
- 1 adam, 1 şəhər (fars. Yek mard, o yek shahr) (1971)
- Baluch (1972)
- Xəncər (ing. Xəncər) (1972)
- Qərib (fars. Gharibe) (1972)
- Torpaq (fars. Khak) (1973)
- Gorg-e bizar (1973)
- Möhkəm nöqtə (fars. Tangsir) (1973)
- Kompromis (ing. The compromise) (1974)
- Maral (fars. Gavaznha) (1974)
- Mamal Amricayi (1975)
- Zabih (1975)
- Arı şanı (ing. The Beehive) (1975)
- Yol yoldaşı (fars. Hamsafar) (1975)
- Qayıq (ing. Bot) (1976)
- Botshekan (1976)
- İlahi biri (ing. Malakout) (1976)
- Bal ayı (ing. Honeymoon) (1976)
- Arzu (fars. Sooteh-Delan) (1976)
- Qəfəsdəki pişik (ing. Cat in the Cage) (1978)
- Karvanlar (ing. Caravans) (1978)
- Nafas-borideh (1980)
- Sfinks (ing. Sphinx) (1981)
- Zaman yolçusu (ing. Time traveller) (1982)
- Gözlər (ing. Eyes) (1987)
- Beverli Xilsdə terror (ing. Terror in Beverly Hills) (1989)
- Örtülü təhlükə (ing. Veiled Threat) (1990)
- Keçit (ing. The crossing) (1999)
- Dağıdılmış körpülər ing. Broken Bridges (2004)
- Zarin (2005)
- Sepas (2011)
- Uçuşu yadda saxla (ing. Keep the Flight in Mind ) (2012)
- Gərgədan mövsümü (ing. Rhino Season ) (2012)[2]
- Ən yaxşı aktyor mükafatı, Sepas heykəli Film Festivalı — 1969
- Ən yaxşı aktyor mükafatı, Sepas heykəli Film Festivalı — 1970
- Ən yaxşı aktyor mükafatı namizədi, Sepas heykəli Film Festivalı- 1971
- Ən yaxşı aktyor fəxri diplomu, Daşkənd Beynəlxalq kinoforum — 1972
- Ən yaxşı aktyor mükafatı, Hindistanın Beynəlxalq Film Festivalı — 1974
- Ən yaxşı aktyor Vinqed Got mükafatıTehran Beynəlxalq Film Festivalı — 1974
- Ən yaxşı aktyor Vinqed Got mükafatı namizədi, Tehran Beynəlxalq Film Festivalı — 1975
- Ən yaxşı aktyor Vinqed Got mükafatı namizədi, Tehran Beynəlxalq Film Festivalı — 1977
- Akira Kurosawa mükafatı, San Fransisko Beynəlxalq Film Festivalı — 2000[3]
- Həyat Boyu Nailiyyət Mükafatı, San Fransisko Beynəlxalq Film Festivalı — 2006
- Həyat Boyu Nailiyyət Mükafatı, Saloniki Beynəlxalq Film Festivalı — 2012
- Xüsusi Nailiyyət Mükafatı, Tokio Filmex-2012