Bənövşəyi rəng

Bənövşəyi – rəng çaları.

Bənövşəyi
HEX 8000FF
RGB¹ (r, g, b) (128, 0, 255)
CMYK (c, m, y, k) (50, 100, 0, 0)
HSV² (h, s, v) (270°, 100%, 100%)
  1. [0—255] aralığında normallaşdırıldı
  2. [0—100] aralığında normallaşdırıldı

Bənövşəyi rəngin dünyaya hakim kəsilməsi Oxford küçələrini işıqlandıran gaz lampalarının City of London School da oxuyan bir şagirdin diqqətini çəkməsi ilə başlamışdı. Kimya dərslərinə böyük həvəs göstərən 13 yaşlı William Perk bu lampalara sərf edilən qazın kömürdən əldə edildiyini bilirdi. Buna görə kömürün daha hansı bilinməyən sirlərinin olması onu çox maraqlandırırdı. 1851-ci ildə apardığı təcrübələr nəticəsində o, daş kömür qətranından «anilin» maddəsini əldə etmiş, onu oksidləşdirmiş, nəticədə bənövşə rəngində bir boya maddəsi ortaya çıxarmışdı. Perk bənövşəyi və onun çalarları olan rəngləri bir qrupda birləşdirərək, qrupu «movein» adlandırmışdır.
Wassily Kandinsky'ye görə, bu rəng xəstəlik və üzüntünün göstəricisidir. Rənglər haqqında yazıları olan Johann Wolfgang von Goethe, bu rəngi yaşlılıqla əlaqələndirmişdi. 1989-cu ildə, 14-83 yaşlı insanlar arasında aparılan sorğu nəticəsində bənövşəyi rəng sevilməyən rənglər sırasında 3-cü yeri tutmuşdu.
Çılğın kişi rəngi qırmızı ilə sakit qadın rəngi mavinin birləşməsi olan bu rəng orta dövrlərdə «zidliklərin birləşmə nöqtəsi» adlandırılırdı. Ametist, eritrit, kvars, kalkedon, fluorit, tansanit kimi qiymətli və yarı qiymətli daşlar bənövşəyi rəngi özündə əks etdirir.

Özünə güvəni təmsil edir. Amma unutqanlıq və səbirsizlik yarada bilir.[1]

  1. "Tənbəllik yaradan rənglər". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-11.
Veb rəngləri Qara Gümüşü Boz Qırmızı Çəhrayı Tünd qırmızı Bənövşəyi Açıq bənövşəyi Yaşıl Açıq yaşıl Zeytun Sarı Narıncı Göy Tünd göy Firuzə Mavi
                                   
Yazılış black silver gray white red pink maroon purple fuchsia green lime olive yellow orange blue navy teal aqua