Bəni-Ahmər dövləti


Kastiliya Tacının vassalı
Qranada əmirliyi
إمارة غرﻧﺎﻃﺔ
İmarat Garnəṭah
Bayraq Gerb
Bayraq Gerb
«Wa lā gāliba illā-llāh
(Allahdan başqa qalib yoxdur)»
 
 

Paytaxt Qranada
Dilləri Ərəb dilinin Əndəlüs dialekti, Ladino, Bərbər dili
Rəsmi dilləri Ərəb, ispan, sefard
Dövlət dini İslam, İudaizm, Katolisizm
Ərazisi 24 000 km²
İdarəetmə forması Monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Əlhambra sarayı

Qranada əmirliyi və ya Bəni Əhmər dövlətiƏndəlus Əməvi dövləti süqut etdikdən sonra Əndəlusda 1233-cü ildə mərkəzi Qranada şəhəri olan Qranada əmirliyi quruldu. Bu dövlət də Əndəlus əməviləri kimi elm sahəsində çox irəli getmiş, dövrün ən yüksək elm mərkəzlərini yaratmışdır. Bunlardan ən əhəmiyyətlisi Qranadada Əlhambra sarayının kitabxanası idi.

Qranada əmirliyi uzun müddət xristian istilasına qarşı dayanmışdır. Lakin, Araqon kralı FerdinandKastiliya kraliçası İzabella evlənərək vahid İspaniya dövlətinin təməlini qoydular və müsəlmanlara qarşı birləşdilər. Müqavimət göstərə bilməyən Qranada əmirliyinin son hökmdarı Abdullah Sağir Osmanlı hökmdarı II Bəyaziddən kömək istədi. II Bəyazid qardaşı Cem Sultanla bağlı problem və kifayət qədər donanmasının olmaması səbəbindən bu ölkəyə kömək edə bilmədi. Abdullah Sağir xristian krallarla bir müqavilə bağlayaraq təslim oldu. Şəhəri tərk edən Əndəlus əmirinin son dəfə ağlayaraq şəhəri seyr etdiyi qayalıq bu gün "Mavrın son nəfəsi" adı ilə məşhurdur.

Bağlanan müqaviləyə və təslim şərtlərınə görə müsəlmanlarla pis davranılmamalı idi. Lakin, bu şərtlər iki həftə yerinə yetirildi. Daha sonra müsəlmanlara hər cür amansızlıqlar edildi. İslam mədəniyyətinin ən gözəl yerlərindən olan Əndəlus yandırılıb viran qoyuldu. Sənətkarlıq nümunəsi olan məscidlər dağıdıldı. Müsəlman olduğunu hiss etdirənlərə, bir kəlmə də olsa ərəb dilində danışanlara, şeir söyləyənlərə, köhnə ailə adlarını daşıyanlara, milli və dini paltar geyənlərə, hətta hamama gedənlərə belə yaxalandıqları zaman zindan, sürgün və diri-diri yandırılmaq kimi ağır cəzalar verilirdi. Dini lider baş yepiskop Kiminez əhali arasına xəfiyyələr saldı.

İspaniyadakı son müsəlman dövləti olan Qranada əmirliyinin 2 yanvar 1492-ci ildə süqutundan sonra II Bəyazid buradakı müsəlman və yəhudiləri xilas etməyi Kamal Rəisə tapşırdı. Kamal Rəis minlərlə müsəlman və yəhudini Şimali Afrikaya, oradan isə Osmanlı torpaqlarına köçürdü. Yəhudilər 1992-ci ildə türk torpaqlarına gəlmələrinin 500-cü illiyini qeyd etdilər.

Əndəlusun müsəlmanların əlindən çıxması ilə burada hər şey bir anda dəyişdi. İslam mədəniyyətindən və onun ortaya qoyduğu əsərlərdən iz saxlamamağa çalışan ispanlar bütün kitabları və sənət abidələrini məhv etməyə çalışdılar. O əsərlər ki, müasir elm bu səviyyəyə gəlməsi üçün onlara borcludur. Məşhur kimyaçı alim Pyer Kürinin dediyi kimi "Əndəlusdan əlimizdə otuz kitab qaldı və biz onunla atomu parçalamağı bacardıq."

Məhvetmə siyasəti sadəcə yazılan kitablara, tikilən binalara qarşı aparılmırdı. Eyni zamanda inkvizisiya məhkəmələri quran kilsə buranın müsəlman camaatına olmazın əzab-əziyyətlər verməyə başladı.

Nasirilər sülaləsi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]