Bərdə zəlzələsi (2017)

Bərdə zəlzələsi2017-ci ilin 15 noyabr tarixində yerli vaxtla saat 23:48-də Azərbaycannın Bərdə rayonunda baş vermiş zəlzələ. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələnin 40°10′ şm. e. 47°07′ ş. u. koordinatında, 27 km dərinlikdə və 5,7 maqnituda gücündə olduğu barədə məlumat yaymışdır[1]. Ermənilərin nəzarətində olan Dağlıq Qarabağdakı seysmiloji stansiyalarda isə zəlzələnin Mingəçevir şəhərindən 68 km cənubda, yerin 10 km dərinliyində, 5.3 maqnituda gücündə baş verməsi və təkanların gücünün 7 bal olması qeydə alınmışdır[2]. Lakin Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi zəlzələnin episentrinin Bərdə şəhərindən 23 km şərqinə düşdüyünü, yer səthinin 9 kilometr dərinliyində baş verdiyini, episentrdə təkanların 5,1 maqnituda gücündə olduğunu açıqlayıb[3]. Digər beynəlxalq seysmiloji mərkəzlərin internet saytlarında isə zəlzələnin episentrinin Bərdə şəhərindən 19 km şərqdə 40°19′48″ şm. e. 47°21′50″ ş. u. koordinatında olması və episentrdə zəlzələnin gücünün 5,2 maqnituda, Ağdamda 4, Xankəndində 6, Mingəçevirdə 5, Bərdədə isə 6 bal gücündə olması göstərilir[4]. Yeraltı təkanlar nəticəsində Tərtərin Qaziyan kəndində 1 nəfər yaralanmış[5], bundan başqa həmin rayonda 9 evə ziyan dəymiş, 3 ev və 1 tövlə tamamilə dağılmışdır. Bərdə rayonu ərazisində 150-ə yaxın evə ziyan dəymiş, məcburi köçkünlərin məskunlaşdığı Meşəçilik massivində bir ev tamamilə dağılmışdır. Ağdam rayonunda 127 evə, 1 məktəb binasına ziyan dəymiş, Üçoğlan kəndi ərazisində bir ev tamamilə dağlmışdır[6].

Bərdə zəlzələsi
Bərdə zəlzələsi (2017) (Azərbaycan)
Yeraltı təkanların 4-6 bal gücündə hiss edildiyi yaşayış məntəqələrinin xəritədə yerləri
(Xəritəni böyütmək üçün "Tam ekran" linkini açın)
Tarix
Maqnituda 5.1
Əhatəsi Azərbaycan Azərbaycan
Xəsarət alanlar 1 nəfər yaralı
İqtisadi zərər 286 evə, 1 məktəb binasına ziyan dəymiş, 5 ev 1 tövlə tamamilə dağılmışdır.
  1. "Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytı". 2017-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.
  2. "Panaroma.am". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-17.
  3. "APA TV". 2017-11-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-17.
  4. "Earthquake.usgs.gov". 2017-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-17.
  5. Milli.az
  6. "News.day.az". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-17.