Qazyan — Azərbaycan Respublikasının Tərtər rayonunun Yuxarı Qapanlı kənd inzibati ərazi vahidində kənd.[1]
Qazyan | |
---|---|
40°14′23″ şm. e. 47°01′42″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Tərtər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kəndin düzgün adı "Qazian"dır (yəni qazılar). Ərəb dilində qazi "kafirlərə qarşı vuruşan döyüşçü vədəstə, qoşun başçısı" mənasındadır. Orta əsrlərdə qazilər həm sərhəd qoşunu, həm də dini qurumların və dövlətin başlıca zərbə qüvvəsini təşkil edirdilər. "Kitabi Dədə Qorqudda qazi — ərənlər formasında işlənir. Qızılbaş tayfaları içərisində qazilər (qazian) tayfası da vardır. Azərbaycan ərazisindəki Qazian (Qazyan) adlı toponimlər bu tayfaların adı ilə bağlıdır.[2]
Qazyan coğrafi adının mənası belədir: an — məkan, yurd, oba adını bildiririr. “Qazi” isə tayfa adıdır, yəni “qazi” tayfalarının yaşadığı yer mənasını verir.
Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin sentyabr ayında kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.[3]
Tərtər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |