Kirmanşah zəlzələsi — 2017-ci ilin 12 noyabr tarixində yerli vaxtla saat 18:18-də İran–İraq sərhəd bölgəsinə yaxın ərazidə baş vermiş 7.3 bal gücündə zəlzələ. Zəlzələ İranın Kirmanşah ostanında dağıdıcı fəsadlara yol açıb.[3][4] Zəlzələnin episentri İraqın Hələbcə şəhərindən 32 km cənub və cənubqərbdə yerləşməkdədir. Təkanlar Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və İsraildə də hiss edilmişdir.[5][6] Kirmanşah zəlzələsi nəticəsində azı 452 nəfər həlak olub, 7.100-dən çoxu yaralanıb.[7]
Kirmanşah zəlzələsi | |
---|---|
| |
Tarix | |
Maqnituda | 7.3 |
Hiposentrin dərinliyi | 23.2 km |
Episentrin yeri | |
Əhatəsi | |
Ölənlər |
|
Xəsarət alanlar |
|
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Zəlzələ, İran–İraq sərhədinə yaxın, Bağdad şəhərindən 220 km şimal-şərqdə, Ərəb və Avrasiya tektonik platasının yaxınlığında baş vermişdir. Amerika Birləşmiş Ştatlarının Geologiya Araşdırmaları mərkəzi tərəfindən verilən məlumata görə zəlzənin gücü 7.3 bal olmuşdur. Hadisə 1967-ci ilin yanvar ayında baş vermiş 6.1 bal gücündəki zəlzədən sonra ən güclü yeraltı təkan hesab olunur.[3] İran Seysmologiya Mərkəzi, zəlzələdən dərhal sonra müxtəlif güclərdə olan 50-dən çox afterşok qeydə almışdır.
Son məlumatlara görə hadisə nəticəsində azı 452 nəfər həlak olmuş, 7.100-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. İran tərəfi xəsarət alan vətəndaşların sayının 2.500 civarında olduğunu bildirmişdir. Zəlzələnin ən çox ziyan vurduğu bölgə Kirmanşah ostanıdır.[8] İranın Kirmanşah ostanının şəhərlərindən və Sərpol Zəhab şəhristanının mərkəzi olan Sərpol Zəhab şəhərindəki xəstəxananın dağılması nəticəsində azı 142 nəfər həlak olub.[9][10] İraq tərəfində olan itkilərin sayı 7 nəfərin həlak olması, 500 nəfərə yaxının isə yaralanması ilə bağlıdır.[7][11]
İran hökuməti ən azı 70 min vətəndaşının sığınacaq və ilkin yardımlara ehtiyacı olduğunu bildirmişdir. Hadisədən sonra İrana ilk yardım göstərən ölkə Türkiyə olmuşdur. Türkiyə Afət və Təcili Yardım Şöbəsi 92 xilasetmə personalı, 4 min çadır və 7 min ədyal ilə birlikdə hadisə yerinə yollanmışdır. İranın ILNA xəbər agentliyinin yarı rəsmi məlumatına görə, İranın ən azı 14 əyalətində zələzələ baş verib. Bir digər məlumata görə bazar ertəsi günü Kirmanşah ostanı və İlam ostanıında məktəblər yaralıların müalicə edilməsi məqsədi ilə bağlı olacaqdır.[7]