Bəxtiyar Əliyev (əsgər)

Bəxtiyar Nadir oğlu Əliyev — Şəhid.

Bəxtiyar Əliyev
Bəxtiyar Nadir oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Masis, Ermənistan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Xanlar, Azərbaycan SSR, SSRİ
Dəfn yeri Səbiskar qəbiristanlığı, Gəncə, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı

Həyatı[redaktə | mənbəni redaktə et]

Bəxtiyar Nadir oğlu Əliyev 1965-ci ildə Ermənistan SSR Masis rayonunun Nizami kəndində anadan olmuşdur.

3 nömrəli dəmir-beton məmulatları zavodunda fəhlə işləmişdir.

Yanvarın 12-də Çaykənd-Todan zonasında böyük gərginlik əmələ gəlmişdi. Burada böyük cəbbəxana yaranmışdı. Ermənistandan gələn vertolyotlar bir ucdan silah və təlim görmüş silahlıları daşıyırdı. Məhz bu silahlıların köməkliyi sayəsində dinc əhalidən xeyli adam girov götürülmüşdü.

Artıq dözmək məqamı deyildi. Hamı Vətəni saqqallılardan təmizləmək üçün mübarizəyə qalxmışdı. Ölüm-dirim mübarizəsinə. Bəli, bu mübarizədə ölən də oldu, yaralanan da… Dörd nəfər həlak oldu həmin gün. Ruzigar, Abbasqulu, Əliqara, bir də Bəxtiyar…

Bəxtiyar Nadir oğlu Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]