Hacıağa İbrahimov

Hacıağa Xəlil oğlu İbrahimov (22 mart 1923, Quba27 may 1992, Bakı) — Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Azərbaycan KP MK-nın katibi.

Hacağa İbrahimov
bayraq
Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsinin sədri
bayraq2
23 yanvar 1981 – 26 mart 1985
ƏvvəlkiBəybala Adıgözəlov
SonrakıBəybala Adıgözəlov
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
bayraq2
20 mart 1970 – 23 yanvar 1981
Birinci katibHeydər Əliyev
10 mart 1961 – 20 mart 1970
ƏvvəlkiXurşud Məmmədov
SonrakıAslan Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 22 mart 1923(1923-03-22)
Doğum yeri
Vəfat tarixi 27 may 1992(1992-05-27) (69 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi

1923-cü ildə anadan olub. 1992-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.[1]

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1948-ci ildən Ümumittifaq Kommunist Partiyasının üzvü idi.
  • 1941–1946-cı illərdə Fəhlə Kəndli Qırmızı Ordusunda xidmət edib.
  • 1946-cı ildən 1952-ci ilə qədər Bakı dənizçilik məktəbinin Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) komitəsinin katibi, Azərbaycan LKGİ rayon komitəsinin birinci katibi olub.
  • 1952-ci ildə Azərbaycan LKGİ-nin Bakı şəhər komitəsinin 1-ci katibi vəzifəsini icra edib.
  • 1952-ci ildən 1961-ci ilə kimi Azərbaycan Kommunist bolşevik Partiyasının şəhər komitəsində şöbə müdiri, Azərbaycan KP-da Mərkəzi Komitənin şöbə müdiri müavini vəzifəsinə təyin edilmişdir.
  • 1961-ci il mart ayının 10-dan 1970-ci ilin mart ayına kimi Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi olmuşdur.
  • 1961-ci il sentyabrın 9-da Azərbaycan KP MK-nin üzvü, 1970-ci il mart ayının 20-dən 1981-ci il yanvar ayına kimi Azərbaycan KP-nın MK-nin katibi olmuşdur.
  • 1981–1985-ci illərdə Azərbaycan Təbiəti Mühafizə Komitəsinin sədri olmuşdur.
  • Azərbaycan SSR Ali Sovetinin 8-ci çağırışdan deputatı idi.[1]

Ali təhsilini Azərbaycan Dövlət Universitetində alıb.[1]

  1. 1 2 3 "Ибрагимов Гаджи Ага Халил оглы" (rus.)). knowbysight.info. 28 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2018.