Arif Ənvər oğlu Mansurov (1939, Bakı – 2002, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, yazıçı, SSRİ Jurnalistlər İttifaqı və Azərbaycan Yazıçılar İttifaqının üzvü, Beynəlxalq Ekologiya və Həyatın Mühafizəsi Elmləri Akademiyasının akademiki, Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1988–1990).
Arif Mansurov | |
---|---|
21 may 1992 – 19 yanvar 1997 | |
Əvvəlki | özü (komitənin adı dəyişdirilib) |
Sonrakı | Əli Həsənov |
5 noyabr 1990 – 21 may 1992 | |
Əvvəlki | Bəybala Adıgözəlov |
Sonrakı | özü (komitənin adı dəyişdirilib) |
1 sentyabr 1988 – 5 noyabr 1990 | |
Əvvəlki | Ramiz Sadıqov |
Sonrakı | Şair Həsənov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 2002 |
Vəfat yeri | |
|
|
Təltifləri | |
arifmansurov.org |
Arif Mansurov 1939-cu ildə Bakıda anadan olmuşdur. Arif Mansurov Mirzə Mansur Mansurovun nəvəsidir, tarzən Ənvər Mansurovun oğlu, aktyor Ənvər Mansurovun atasıdır.
2002-ci ildə 61 yaşında, qəfildən, dünyasını dəyişib.[1]
Bakıda, Mərdəkan qəsəbəsində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə, Səbail rayonunda qəzəlxan Əliağa Vahidə qoyulan abidələr Arif Mənsurovun adı ilə bağlıdır.[1][2]
Moskvada çıxan "Nedelya" qəzetində vaxtaşırı ekoloji problemlərlə bağlı məqalələri, esseləri çap olunub.[1]
Arif Mansurov Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri olmuşdur.[3]
Arif Mansurov 1989-cu ildə Azərbaycanda Yaşıllar Hərəkatı kimi fəaliyyətə başlamış və 1993-cü ildə siyasi partiyaya çevrilmiş Yaşıllar Partiyasının sədri və qurucusu olmuşdur.[4]
O vəfat etdikdən sonra 2002-ci ildən həmin partiyaya Elmar Qafarov və həyat yoldaşı Cəmilə Mansurova rəhbərlik etmişdir.[5]
1995-ci ildə "Avr-Asiya" qəzetinin sorğusuna əsasən Azərbaycanda ilin adamı seçilib.[1]