BM-21 Qrad

Qrad (indeski 9K51) — Sovet istehsalı 122 mm reaktiv yaylış atəş sistemidir. "Katyuşa" sisteminin bazasında yaradılmış bu sistem "Ural-375" və ya "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" (9K55) sistemi 9P138 əsasında mövcud olan "Qrad"-ın təkmilləşdirilmiş formasıdır. NATO ölkələrində sistem M1964 adı ilə tanınır.

BM-21 Qrad
Rusiya Ordusuna məxsus BM-21 Qrad hərbi parad zamanı.
Rusiya Ordusuna məxsus BM-21 Qrad hərbi parad zamanı.
Tipi Reaktiv yaylım atəş sistemi
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1963-davam edir
İstismara başlanması 1963
İstismar edənlər İstifadəçilər bölməsinə bax
İstifadə edilən döyüşlər Qarabağ müharibəsi
İstehsal tarixçəsi
Konstruktor Splav dövlət araşdırma və istehsalat müəssisəsi
Konstruksiya tarixi 1963
İstehsalçı Splav dövlət araşdırma və istehsalat müəssisəsi
İstehsal illəri 1963-davam edir
Xüsusiyyətləri
Ağırlığı 13.71 ton
Şose sürəti 75 km/s
Uzunluğu 7.35 m
Eni 2.40 m
Hündürlüyü 3.09 m
Ekipaj 3
Mərminin başlanğıc sürəti 2 atış/saniyə
Maksimum məsafə 405 km
Nişangah PG-1M panoramik teleskop
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi xarakteriskası

[redaktə | mənbəni redaktə et]

Orduda istifadəyə 1963-cü ildən götürülmüşdür. Hədəfi vurma məsafəsi 30 km-dir. Bir dəfəyə 40 ədəd mərmi atır. Çapı 122 mm-dir. Qrad sistemi növündən asılı olaraq "Ural-375" və "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" modifikasiyası üçün ZİL-131 avtomobili tətbiq olunur. Atıcı qurğunun hərəkət sürəti 75–90 km/saat arasında yerləşir. Sistemdə atəşin avtomatik idarə edilməsi üçün "Vivariy" kompleksi tətbiq edilir.

İstehsalçı: SSRİ/Rusiya

Lülə diametri: 122 mm

Lülə sayı: 40 ədəd

Doldurulma: 7 dəqiqə

Məhvetmə radiusu: 145.000 m²

Salvo Atış müddəti: 20 saniyə

Atəş məsafəsi: 42 km

Qrad yaylım atəş sistemi düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmək üçün, artilleriya və minomyot bateriyalarını susdurmaq, möhkəmləndirilmiş sədlərin dağıdılması üçün tətbiq edilə bilər. SSRİ-nin Əfqanıstanda apardığı müharibə zamanı geniş tətbiq olunmuşdur.

Raket və mərmi başlıqları

[redaktə | mənbəni redaktə et]

"Qrad"da aşağıdakı raketlərdən istifadə edilə bilər:

  • 9M22U mərmi qırıntılarından ibarət başlıqla təchiz olunmuş, çəkisi 19,4 kq, uçuş məsafəsi 20 km.
  • 9M22M mərmi qırıntılarından ibarət başlıqla təchiz olunmuş, çəkisi 18,4 kq, uçuş məsafəsi 21 km.
  • 9M22S mərmi yandırıcı başlıqla təchiz olunmuş, çəkisi 19,4 kq, uçuş məsafəsi 20 km.
  • 9M22D təşviqat üçün vərəqlərlə təchiz olunmuş başlıq, uçuş məsafəsi 21 km.
  • 9M22K "Kəpənək minaları" ilə təchiz olunmuş, uçuş məsafəsi 15 km.
  • 9M22K1 5 ədəd POM-2 minaları. Uçuş məsafəsi 13 km.
  • 9M22K2 3 ədəd PTM-3 tank əleyhinə minalar, uçuş məsafəsi 13 km.
  • 9M28F mərmi qırıntılarından ibarət başlıq ilə təchiz olunmuş, çəkisi 21 kq, uçuş məsafəsi 15 km.
  • 9M28K tank əleyhinə minalar, uçuş məsafəsi 13 km.
  • 9M42 işıqlandırıcılarla təchiz olunmuş, uçuş məsafəsi 20 km.
  • 9M43 tüstü və alov yaratmaq üçün 4 ədəd boboletlər, uçuş məsafəsi 20 km.
  • 9M53F paraşütlə əyləclənən mərmi başlıqları cəmi 26 kq, uçuş məsafəsi 20 km.
  • 9M217 3 ədəd MOTV-3F tipli özü hədəfini axtaran kiçik güllələr, uçuş məsafəsi 30 km.
  • 9M218 45 ədəd tank əleyhinə bombolettlər, uçuş məsafəsi 30 km.
  • 9M519 rabitə siqnallarının pozulması üçün ötürücü, uçuş məsafəsi 18,5 km.
  • 9M521 mərmi qırıntılarından ibarət başlıq ilə təchiz olunmuş, çəkisi 21 kq, uçuş məsafəsi 40 km.
  • 9M522 paraşütlə əyləclənən mərmi başlıqları cəmi 25 kq, uçuş məsafəsi 38 km.
  • PRC-60 su altı hədəfləri məhv etmək üçün mərmi qırıntıları, çəkisi 20 kq, uçuş məsafəsi 15 km.

İstifadə olunan ölkələr

[redaktə | mənbəni redaktə et]
  • BM-21 "Qrad" istifadəçiləri
Ermənistan Silahlı Qüvvələrinə məxsus olan BM-21 Qrad

Əlcəzair Əlcəzair

  1. 1 2 Hogg I. V. Twentieth-Century Artillery. Friedman/Fairfax Publishers, 2000. S. 303. ISBN 978-1-58663-299-1