BTQ

Bakı Təşəbbüs Qrupu[a] və ya qısaca BTQFransa müstəmləkəçiliyinə qarşı mübarizə aparmaq məqsədilə yaradılmış təşkilat. Qrupun icraçı direktoru Abbas Abbasovdur.[1]

Bakı Təşəbbüs Qrupu
BTQ
Loqonun şəkli
Loqo
Növü Beynəlxalq təşkilat
Şüar Birlik, azadlıq, müstəqillik
Yaranma tarixi 6 iyul 2023
Mərkəzi Bakı,  Azərbaycan
Sədr Abbas Abbasov
bakuinitiative.com

Bakı Təşəbbüs Qrupunun yaradılması barədə qərar 6 iyul 2023-cü ildə Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Bakıda keçirilmiş dəyirmi masa zamanı verilmişdir. Tədbir zamanı Martinika, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis və Futuna, Solomon adalarının nümayəndələri çıxış etmişdirlər.[2] Təşkilatın ofisi 21 oktyabr 2023-cü ildə Bakıda yerləşən "Winter Park Plaza"da açılmışdır.[1]

Qrupun məqsədi müstəmləkəçilikdə olan dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verməkdir. 22 sentyabr 2023-cü ildə qrup tərəfindən BMT-də "Dekolonizasiya: Sakit inqilab" mövzusunda konfrans keçirmişdir. 20 oktyabr 2023-cü ildə qrupun təşəbbüsü ilə 14 ölkənin, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçilərinin iştirak etdiyi "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" adlı beynəlxalq konfrans baş tutmuşdur.[1] 21 noyabr 2023-cü ildə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda konfrans keçirilmişdir.[3]

20 iyun 2024-cü ildə qrupun təşəbbüsü ilə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında "Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu" adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda Fransa və Niderlandın müstəmləkəsi olan 8 ərazidən nümayəndələr iştirak etmişdirlər.[4]

Bakı Təşəbbüs Qrupu aşağıdakı müstəmləkə ərazilərin dekolonizasiyasını dəstəkləyir, həmin ərazilərin nümayəndələri ilə əməkdaşlıq edir. Bundan əlavə, Komor adaları, Haiti kimi keçmiş Fransa müstəmləkələri də Bakı Təşəbbüs qrupu tərəfindən keçirilən tədbirlərdə iştirak edirlər.

  •  Yeni Kaledoniya: Yeni Kaledoniyanın nümayəndə heyəti ilə qrup arasında daimi görüşlər təşkil olunur.[5][6] BTQ 2024-cü ildə müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkatla birgə Yeni Kaledoniya dəstəkləyən və Fransanı pisləyən bəyanət yayıb.[7] Kanak İşçiləri Həmkarlar İttifaqının xarici məsələlər üzrə koordinatoru Rok Xaokas qrupun fəaliyyətini yüksək dəyərləndirib.[8]
  •  Fransa Polineziyası: 30 aprel 2024-cü ildə Fransız Polineziyasının "Tavini" partiyası ilə qrup arasında əməkdaşlıq memorandumu imzalanıb.[9]
  •  Fransa Qvianası
  •  Qvadelupa: "Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqı"nın Baş katibi Jan Jakob Bisep gördüyü işlərə görə qrupa təşəkkür edib.[10]
  •  Sen-Marten: sen-martenli hüquq müdafiəçisi Roda Arrindell Fransa müstəmləkəçiliyindən xilas olmaq üçün qrupun dəstəyinə inandığını bildirib.[11]
  •  Boneyr: "Boneyr İnsan Hüquqları Təşkilatı"nın prezidenti Davika Bissessar dekolonizasiyaya dəstək verdiyi üçün qrupa təşəkkür edib.[12]
  •  Martinika
  •  Korsika: qrup Korsikanın "Nazione" müstəqillik hərakatına dəstək verdiyini açıqlayıb.[13]
  •  Komor adaları: özü müstəqil olsa da, Mayotta adasının Fransa işğalı altında olduğunu iddia edərək geri qaytarılmasını tələb edir, bu səbəbdən Bakı Təşəbbüs Qrupunda fəaliyyət göstərir.[14]
  •  Uollis və Futuna
  1. ing. Baku Initiative Group; fr. Groupe d’Initiative de Bakou
  1. 1 2 3 "Bakı Təşəbbüs Qrupunun Ofisi açılıb". Report.az. 21 oktyabr 2023. 21 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2024.
  2. "Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılıb". Apa.az. 6 iyul 2023. 21 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2024.
  3. "Fransa müstəmləkələrində Azərbaycan Bayrağı dalğalanır..." Bakı Xəbər. 24 noyabr 2024. 21 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2024.
  4. "Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda müstəmləkəçiliyə dair beynəlxalq konfrans keçirib YENİLƏNİB VİDEO". Azərtac. 21 iyun 2024. 2024-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2024.
  5. "Yeni Kaledoniyanın nümayəndələri Bakıda". Yeni Azərbaycan. 19 aprel 2024. 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2024.
  6. "Bakı Təşəbbüs Qrupunun direktoru Yeni Kaledoniya nümayəndə heyəti ilə görüşüb - FOTO". Oxu.az. 18 aprel 2024. 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2024.
  7. "Bakı Təşəbbüs Qrupu və 14 hərəkatın Yeni Kaledoniyaya dəstəyi". Xalq qəzeti. 17 may 2024. 21 June 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2024.
  8. "Yeni Kaledoniya Bakı Təşəbbüs Qrupunun fəaliyyətini yüksək qiymətləndirir- Rok Xaokas". İki Sahil. 21 noyabr 2023. 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2024.
  9. "Abbas Abbasov: BTQ və "Tavini" partiyası arasında əməkdaşlıq dekolonizasiya prosesinə töhfə verəcək". Report.az. 29 may 2024. 21 June 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2024.
  10. "Jan Jakob Bisep: "Bakı Təşəbbüs Qrupu gələcək işlərimizlə bağlı önəmli müstəvi olacaq"". Oxu.az. 21 oktyabr 2023. 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2024.
  11. "Sint-Martenli yazıçı: "Fransanın xalqımızdan piyada kimi istifadə etməsi qəbulolunmazdır"". Oxu.az. 21 iyun 2024. 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2024.
  12. "Kanaklardan sonra Boneyr xalqı dekolonizasiyaya dəstək verdiyi üçün BTQ-yə təşəkkür edib". Azərbaycan 24. 20 iyun 2024. 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2024.
  13. "Bakı Təşəbbüs Qrupu Fransa polisinin Korsikanın müstəqillik hərəkatı fəallarını qeyri-qanuni saxlamasını qətiyyətlə pisləyib - BƏYANAT VİDEO". Azərtac. 1 fevral 2024. 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2024.
  14. "Petisiyaya start verilib". Yeni Azərbaycan. 29 fevral 2024. 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]