Bağırsaq keçməzliyi[3] — bağırsaqların bu, yaxud digər səviyyəsində kənar edilə bilməyən maneə əmələ gələrək, onun içindəkilərin irəliləməsini pozaraq əmələ gəlir.[4]
Bağırsaq keçməzliyi | |
---|---|
XBT-10-KM | K56.69, K56.60, K56.609 |
XBT-9-KM | 560.9[1][2], 560.89[2] |
DiseasesDB | 15838 |
MedlinePlus | 000260 |
MeSH | D007415 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağırsaq keçməzliyinin iki əsas forması ayırd edilir:[4]
Dinamik bağırsaq keçməzliyi bağırsaqların iflici yaxud spazması nəticəsində bağırsaqlarda irəlilədilmə pozulduqda inkişaf edir.[5] Mexaniki bağırsaq keçməzliyin öz növbəsində iki növü ayırd edilir:[5]
Birinci halda maneə bağırsağın içində yerləşərək bacanı tıxaclayır (şiş, qurd yumağı) və bağırsaq keçməzliyinə səbəb olur. Stranqulyasion keçilməzliyi zamanı bağırsaq bacanı xaricdən və müxtəlif cərrahi əməliyyatlardan sonra əmələ gələn yapışmaların (bitişik yerləri) sıxılıb əzilməsi nəticəsində baş verir.[5]
Ən çox təsadüf edilən bağırsaq keçməzliyinin əlamətlərindən qarın nahiyəsində bərk tutma şəkilli ağrıları qeyd etmək olar. Stranqulyasion keçilməzliyində ağrılar daimi olub, tutma şəkilli xarakter daşıyaraq, qəflətən başlayır. Ağrıların dözülməz səviyyəsində qarında "tərpənməni" müşahidə etmək olar. Obturasion keçməzliyində ağrılar elə intensiv olmayaraq, tədricən inkişaf edir.[6]
Xəstələrdə çox vaxt qusma olur. Ən əvvəl qusuntu kütləsində qida qalıqları, sonralar isə qusuntu öd tərkibli olur (çirkli sarı rəngli, nəcis qoxulu maye). Bağırsaqlardan yellərin (bağırsaqdan çıxan yel), nəcisin və ifrazatın çıxmasının dayanması ən vacib əlamətlərdəndir. Sonralar qarın nahiyəsində köpmə inkişaf edir və tez bir zamanda xəstənin ümumi vəziyyəti pisləşir, ağız nahiyəsi və dili quruyur, taxikardiya qeyd edilir.[5]
Bağırsaq keçməzliyinə ilkin şübhələrdə, həkimə qədər heç bir müalicəvi tədbir və prosedurun (müalicənin hər hansı bir prosesi) yerinə yetirilməsi qəti qadağandır. Xəstə təcili xəstəxananın cərrahiyə şöbəsinə çatdırılmalıdır.[5]